İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
11
cəhdin nağıl xassəli, fantastik və realist istəkləri məcmusu hesab oluna bilər.  İnsan fikri gündəlik konkret 
qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru istiqamət götürə bilir. Mifdə müasir 
sivilizasiyanın mənəvi potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim cəmiyyətlərdə dünyanın 
dərki və insanın oradakı yeri əslində mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura qarşı 
qoyulan, ondan köklü şəkildə  fərqlənən kollektiv şüurun inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən 
sakral dərk edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu olmuşdur. Onun ümumi 
mədəniyyətlə  əlaqəsi  şəksizdir. Mif ilkin fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv 
təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə  də abstrakt mühakimələrə  əsaslana bilməzdi. 
Qrupların təsəvvürləri, hər  şeydən  əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək mühitə daxil etməyə 
arxalanır. 
Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan təfəkkürdür. Mifin fərqləndirici cəhəti 
ziddiyyətləri aradan qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini sübut etmək, onu əhatə 
edən dünya ilə eyniləşdirmək, insanı, onu əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və 
cəmiyyətin uyğunluğuna nail olmaqdır. 
Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi rahatlıq təmin etmək və bununla da onu 
yad şəraitə, özünü dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait yaratmaqdır. 
Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa 
imkan verir:  
- Miflər adamların öz varlığını  dərk etmək və  şüurlu  şəkildə emosional və  məntiqi assosiasiyaların 
köməyi ilə varlıqla çulğaşmaq cəhdidir.  
- Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd anlayışların çatışmamağı ilə əlaqədardır.  
- Mif ibtidai insanın şüurunun intuitiv olaraq təbiət hadisələrinin qaydası və qanunauyğunluğunun dərk 
edilməsidir.  
- Miflərin quruluşu insan psixikasının müəyyən xüsusiyyətlərini ifadə edir.  
- Miflər kollektiv təcrübə ilə  əlaqədardır, bu isə individ üçün etiqad obyekti, əcdadların müdrikliyi 
kimi olmuşdur. Fərdi təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, subyektin işi kimi 
yoxlanmırdı, məntiqi əsaslandırılmağa ehtiyac hiss etmirdi.  
- Mif təbiətin qanunauyğunluğunu  əks etdirirdi, mücərrəd təfəkkürün zəifliyinə görə onları 
şəxsləndirirdi, onları şüurlu fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə mifologiyanın əsas fəaliyyət 
göstərən simaları-allahlar təzahür edirdi.  
- Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif insan yaradıcılıq qabiliyyətinin təzahürünün 
ən qədim və  əbədi formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə  bəşər mədəniyyətinin 
müxtəlif forma və tiplərini əks etdirir. 
Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika hindularının dilindən götürülmüşdür). 
Totemizm totemə (onun qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə müəyyən heyvan və 
bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə 
etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və  ətraf aləmdə onun əlaqələrini başa 
düşməyin birinci forması hesab olunur. Əmələ  gəlməkdə olan qəbilə kollektivinin həyatı onun üzvlərinin 
ovladıqları müəyyən heyvan növləri ilə  sıx bağlı  idi.  Bu  və ya digər heyvanın həmin ovçu kollektivi ilə 
qohumluğu haqqında illüziyalı təsəvvürün meydana gəlməsi totemizm üçün əsas olmuşdur. Tədricən belə bir 
təsəvvür inkişaf edib, şüurlara hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi əcdadıdır, yəni 
totemidir. 
İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı artdıqca, balıq totemləri və bitki totemləri 
haqqında təsəvvürlər yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, həmin totemin 
yeyilməsi mərasimi bu bayramlarda əsas yer tuturdu. Əslində  mərasimin bu cəhəti kollektivin qüvvəsini
onun  əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və bununla da totemin təkrar istehsalına 
zəruri  şəraitin təminatçısı olmalı idi. İndinin özündə  də bir sıra xalqlar arasında totemizmin qalıqları öz 
varlığını saxlamaqdadır. Hazırda adamların heyvana (məsələn, canavara, ayıya) çevrilə bilməsinə, 
heyvanların isə insan şəkli almasına olan etiqad formasında özünü göstərir. 
Totemizm elementləri özünü mifologiyada daha çox qoruyub saxlaya bilmişdir. Mifologiya isə 
özlüyündə ibtidai cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin dünyagörüşü isə mahiyyətcə 
mifoloji xarakter daşımışdır. Lakin həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun 
mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) mühüm rol oynamışdır. Həm kitablardan, həm 
də xalqımızın tarixindən bizə  məlumdur ki, bu və ya digər heyvan, yaxud quş necə böyük hörmətə malik 
olmuşdur. Türk xalqlarında qurd, at, it qaranquş, göyərçin və s. heyvan və quşların etiqad və inamlarda öz 
xüsusi yeri vardır.  
Bu proses bütün dünya xalqlarında, mövcud olan dünya dillərində baş vermişdir. Məsələn, Qədim 
Misirdə allah Ra öküz obrazında, Osiris qırğı başlı təsvir olunurdu. Yunanıstanda Zevs guya insanlara öküz 
və yaxud qartal, eləcə də qu quşu simasında görünürdü. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
12
Allah Pan keçi ayaqları və buynuzları ilə yunan etiqadlarında məlum idi. Finikiya ilahəsi Aştart inək 
simasında, obrazında təqdim olunmuşdur. Meksika günəş allahı Teskatlipoka ayı başlı,  Şumer allahı Eya 
insan-balıq, xristian allahı Xristos quzu obrazında bizə  məlumdur. Qədim yunanların dinlərində ovçuluq 
ilahəsi Artemida xallı maral simasında təsvir olunmuşdur. Dəhşətli görünüşü olan köpək Serber cəhənnəmin 
girişinin mühafizəçisi olmuşdur. 
Bəzi ibtidai xalqlarda belə bir təsəvvür mövcud idi ki, insanların mənşəyi heyvanlarla, quşlarla, 
balıqlarla, hətta həşəratlarla əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab edirlər ki, onların əcdadları 
canavar olmuşdur. Sibir xalqlarının  əksəriyyəti - Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə öz 
mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və qurbağadan götürürdülər. 
Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz işlərində köməkçi olurdular. Məsələn, 
Kanada eskimoslarında ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi. Labrador 
eskimoslarında kişi allahları  ağ ayı simasında təsvir olunurdu. Bir sıra xalqların miflərində heyvanlar 
insanlara od verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat əfsanəsinə görə, birinci şaman 
qartal olmuşdur. O, qadınla  əlaqəyə girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və çukçalarda 
ilahi qarğa dünyanın, torpağın, çayların və  hətta insanların yaradıcısı hesab olunur. O, insanlara sənət 
öyrətmiş, onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan obrazında təsəvvür edilirdi. Məşhur 
filosof Plotin (III əsr) ölərkən onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın yarığında 
gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan Plotinin ruhudur. 
Qədim farslarda itlər  ən böyük hörmətə malik idi. Onların fikrincə insan öldükdən sonra onun ruhu 
«itlərə» keçir. Ona görə də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi. 
Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə müqəddəs heyvanın öldürülməsi ölümlə 
cəzalandırılırdı. E.ə. V əsrdə  məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki, Misirdə pişiyin 
ölümü oğulun ölümündən betər sayılırdı.  İnkişafın daha sonrakı  mərhələlərində animizm (latınca  nimus
nima-ruh, can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam, əqidə qədim dövr insanlarının, ən 
qədim  əcdadlarımızın fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır. 
Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti özünü göstərəndən sonra əmələ  gəlmişdir. Bu inkişaf 
mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə bölünməsinə imkan yaranır. Sonralar 
fövqəltəbii aləmin real aləm üzərində hakim olması haqqında inam formalaşır.  İbtidai insanın aləmi onun 
fantaziyasının məhsulu olan ruhların insanların, heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı 
predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya başqa predmetdən ayrılan, onu tərk edən 
ruhlar haqqında təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii qüvvələrin və təbiət hadisələrinin 
ildırım, günəş, ay, planetlər, dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş verirdi. 
Ruhlar - insanla daimi qarşılıqlı təsirdə olan mifoloji varlıqlardı. İnsanların hamiləri olan ruhlar, nəsil 
ruhları,  əcdad ruhları, xəstəlik ruhları,  şamanların köməkçi ruhları, müxtəlif obyektlərin, sahələrin, təbiət 
qüvvələrinin sahiblərinin ruhları kimi müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt onları 
insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi təqdim edir. Ruhlar çoxsaylı miflərdə və mifoloji 
əfsanə  və dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret insanların başına gələn əhvalatları 
ifadə etməklə yanaşı, həmçinin insanların ruhlarla təması - görüşü haqqında hadisələri  əks etdirir. Ruhlar 
haqqında təsəvvürlər allahların obrazlarının formalaşmasında mühüm rol oynamışdır.  İnkişaf etmiş 
mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud olsa da ruhlar mifoloji sistemlərin daha aşağı 
səviyyəsinə aiddir. 
Beləliklə animizm ruhların təbiət hadisələrinin səbəbkarı mövcudluğuna inamı, bütün təbiətin canlı 
olmasına inamı ifadə edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların universal forması idi. 
Elə bütün dini tamaşaların, mərasim və ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır.  
İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da mühüm rol oynamışdır. Magiya da ibtidai 
dini etiqadlara aiddir. Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq və s.) yolu ilə, yəni 
fövqəltəbii yolla ibtidai insanın hər hansı  təbii hadisələrə  təsir göstərmək imkanına olan etiqadından 
ibarətdir.  İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin gedişinə özünün arzu etdiyi 
istiqamətdə  təsir göstərməyə çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm ünsürlərindən 
birinə çevrilmişdir, hər bir müasir dini kult sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən 
sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, qabaqcadan xəbər vermə, «bəd nəzər», 
caduya inam, «bağlamaq» və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır. 
İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından biri də fetişizm hesab olunur. Fetişizm 
(fransızca fetiche - büt, tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə etiqad olunmasına 
deyilir.  İbtidai insanın müxtəlif  əşyalardan, məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən 
(gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii kömək almaq ümidi fetişizmdə  əks 
olunurdu.  İbtidai cəmiyyətdə yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf etməsi və onun 
dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk mənbələri olmuşdur. İbtidai dövrlərdə fetiş öz-özlüyündə 
real mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə onda «məskunlaşan» gizli fövqəltəbii 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə