İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
26
tamaşalar, ayinlər və s. mərasimlər), predmetlərdə  və  rəsmlərdə,  şəkillərdə (təsvirlər, bitkilər və göy 
cisimləri), yaxud canlı varlıqlarda (padşah və heyvanlar) ifadə oluna bilərdi. Bu ifadələrdən hər biri mənəvi 
təcrübəni təmsil edir, yaddaşda bir sıra dini əhval-ruhiyyə yaradırdı. Əksər mifoloji anlayışları bu müxtəlif 
ifadə formalarında hiss olaraq qavramaq olar. 
Oziris və Xor haqqında mif padşahların dəfn mərasimlərini təsvir edir. Bu mif olmuş hadisələr 
haqqında bir hekayə formasında hələ II minilliyin əvvəllərində əzbər şəkildə dildən-dilə, eldən-elə keçmişdi. 
Misir mifologiyasının xarakterik cəhətlərindən biri müxtəlif tipli təsəvvürlərin bədii  şəkildə 
birləşdirilməsidir. Səma inəyi haqqında mif kosmik, kosmoqonik hadisə, yaxud dini adət kimi təsvir olunur,  
ondan sehrbazlıq vasitəsi kimi istifadə edilirdi. 
«Allahlar dünyası» adlandırdığımız yeganə mahiyyət eyni teoloqlarda müxtəlif, bir-birinə zidd 
anlayışlarla ifadə oluna bilərdi. Hər hansı ilahi qüvvə, yaxud allah çox asanlıqla digəri ilə eyniləşdirilə 
bilərdi. Səma inəyi haqqında hekayədə Ra bir yerdə Atum kimi, digər yerdə isə günəş diski kimi çıxış edir. 
Oko digər  şəraitdə ilanla eyniləşdirilir. Ureyem Xatxor kimi çıxış edir. Xatxor inəyə xas olan yumşaq 
təbiətdən fərqli olaraq amansız kimi təqdim olunur. Bu isə Misir mifologiyasının  əsas prinsipini-eyni 
zamanda dəyişmək, ənənəni saxlamaq meylini bir daha əks etdirir. Misir dininin dəyişkən forması və azad 
ruhu mühafizəkarlıqla bərabərləşdirilir. Beləki, nə vaxt isə lazım olan mifoloji konsepsiyalar faktiki olaraq 
heç vaxt atılmırdı. Bu səbəbdən Misir mifologiyasının mühafizəkar xüsusiyyəti e.ə. XIX əsrdə Misir dinini 
parçalamaqdan xilas etmiş, Misir dininin daimiliyini və uzunmüddətli mövcudluğunu təmin etmişdir. 
Misir və Şumer mifologiyaları arasında məlum oxşarlığı inkar etmək qeyri-mümkündür. Lakin onların 
fərqi daha çox nəzərə çarpır. Bu iki sivilizasiyanı yaradan mühitlərin oxşarlığı  da    hər iki mifologiyanın 
oxşarlığında mühüm rol oynamışdır. Hər iki ölkə çay vadilərində yerləşirdi ki, bu da şübhəsiz, onların 
əhalisinin həyat tərzinə həlledici təsir göstərmişdir. Lakin Nil çayı ilə Dəclə və Fərat çayları arasında fərq 
çoxdur. Nil Misiri iki hissəyə - düzənliyə  və deltaya bölür. Fransız alimi More demişdir: «Təbiət Aralıq 
dənizi Misirini və Afrika Misirini belə yaratmışdır. Misirlilərin çox vaxt xüsusi vurğuladığı bu «iki torpaq» 
arasındakı fərq ölkənin mifoloji və bəşəri tarixinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün kifayət qədər 
böyükdür». 
Qədim Misir yazısı e.ə. IV minilliyin sonunda meydana gəlmişdi. Bu yazı sisteminin ilkin nümunələri 
artıq Erkən səltənət dövründə tətbiq olunurdu. İlk Misir yazı növü piktoqrafiya, yəni şəkli yazı adlandırılır. 
Ən qədim Misir yazısı sadə naxış və müxtəlif anlayışları bildirən şəkillərdən ibarət olmuşdur. Şəkli işarələr 
vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Ay, günəş, ev, su və s. müvafiq oxşar 
şəkillərlə ifadə olunurdu. 
Misir təsərrüfatı genişləndikcə, dövlət idarə sistemi mürəkkəbləşdikcə yazı gündəlik həyatda tez-tez 
tətbiq olunmağa başladı. Bu, şəkli yazıların sadələşdirilməsinə gətirib çıxartdı. İşarələr artıq əvvəlki mənası 
ilə yanaşı  səs birləşmələrini, hecaları bildirməyə başladı. Məsələn, "ulduz" işarəsi oba kimi tələffüz 
olunurdu, o eyni zamanda heca kimi də  işlədilirdi. Yaxud "kanal" işarəsi  mer kimi səslənirdi,  mer eyni 
zamanda hecanı bildirirdi. Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bunun nəticəsində 
müxtəlif anlayışları və hadisələri ifadə etmək imkanı yaranırdı. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni 
"müqəddəs işarələr" adlandırılmışdı. İlk zamanlar heroqliflərin sayı çox imiş. Ən çox işlədilən işarələrin sayı 
yeddi yüzə çatırdı. Adətən heroqliflər daş, ağac, dəri üzərində yazılırdı. Belə hallarda heroqliflərin  şəkli 
dəyişilmirdi. Qədim misirlilər eyni zamanda, bitkisinin gövdəsini lazım olan ölçüdə doğrayır, sonra özəyini 
uzununa çox nazik təbəqəyə ayırıb, xüsusi üsulla bir-birinə yapışdıraraq "kağız" kimi istifadə edirdilər. 
Böyük mətnləri yazmaq üçün papirus vərəqlərini uzununa bir-birinə calayırdılar və lülə halında bükürdülər. 
Onların bəzilərinin uzunluğu qırx beş metrə çatırdı. Heroqliflər papirus üzərində  də yazılırdı. Belə halda 
heroqliflərin ilkin şəkli xeyli dəyişilirdi. Bu yazı heroqlifikadan fərqli olaraq heratika adını almışdı. E.ə. VIII 
əsrdən etibarən yazı sistemində  dəyişiklik baş vermişdi.  Əvvəllər ayrı yazılan işarələr indi bir işarədə 
birləşdirilirdi. Bu yazı demotika, yəni xalq yazısı adını daşıyırdı. Bu yazı növü dövlət idarələri, ədəbi və dini 
mətnlərin tərtibində  işlədilirdi. Heratika vasitəsilə  təsərrüfat sənədləri, eləcə  də  ədəbi və elmi əsərlər 
yazılırdı. 
Misir yazı sistemində  əlifba işarələri də peyda olmuşdu. Bunlar 21 işarədən ibarət idi, hər birisi 
müəyyən samiti bildirirdi. Əlifba işarələri heroqliflərin ayrılmaz tərkib hissəsini təşkil edir və müstəqil 
işlənmirdi. 
Misir yazı sistemi dəyişildiyi və  təkmilləşdiyi kimi onun dil quruluşu da minilliklər  ərzində eyni 
şəkildə qalmırdı. Qədim, orta və yeni Misir dili bölgüsü təklif olunmuşdur. Erkən orta əsrlərdə (III-IV əsrlər) 
qədim Misir dili artıq ölü dillər cərgəsinə daxil olmuşdu. Bu zaman gipti dili işlənirdi. VII əsrdən etibarən 
ərəb dili yayılmağa başladı. Hal-hazırda Misirdə dörd milyon yerli gipti yaşayır. Onlar xristian olmaqla ərəb 
dilində danışır, lakin dini ibadətlərini gipti dilində aparır, qədim ənənələri qoruyub saxlayırlar. 
Qədim misirlilərin  şifahi xalq yaradıcılığı  bədii  ədəbiyyat  əsərlərinin  əsasını  təşkil edir. Ən qədim 
əsərlər e.ə. IV minillikdə yaradılmışdır. Üç min il ərzində  qədim misirlilər zəngin bədii  ədəbiyyat, onun 
müxtəlif janrlarını yaratmışdılar.  Şifahi xalq yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə