İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
25
allahının qayıqlarda üzməsi haqqında təsəvvürlərin əsası var idi. Qayıq Nil çayında təbii və rahat nəqliyyat 
növü idi. Geniş yayılmış  əks olunan səma haqqında dördüncü konsepsiya nisbətən rasionalist xarakter 
daşıyır. Səma allahlar tərəfindən qorunan və dörd dayaqla saxlanılan üst qatdır.  İnəyin dörd ayağı burada 
səmanın dörd dayağını əvəz edib. Dayaqları qoruyan 8 Xex ilahə dünyanın dörd tərəfini təmsil edən allahlar 
cərgəsinə daxildir. Dünyanın dörd tərəfinin göstəricisi olan say-rəqəm misirlilərdə  həmişə müqəddəs 
olmuşdur. 
Misirlilərin səma haqqında dörd müxtəlif təsəvvürləri olmuşdur. İnək, okean, qadın Nut və yerin üstü 
səma həmin dörd rəqəminə daxildir. 
Qədim Misir miflərində dünyanın və insanların yaradılması əfsanələri mühüm yer tutur. İlk baxışda bu 
əfsanələr özlərinin ziddiyyətli rəngarəngliyi ilə adamları çaş-baş sala bilər. 
Allahların, insanların və kainatın yaradıcısı rolunda gah heyvanlar, gah allahlar, gah da ilahələr çıxış 
edir. Bir əfsanəyə görə Günəş səma inəyindən doğulur, digərinə görə bitkilərdən, üçüncü qrupa görə isə qaz 
yumurtasından doğulur. Yaradılma üsulu və yaradıcılar da müxtəlif olur. Bütün miflər üçün ümumi olan 
cəhət budur ki, ibtidai xaosdan bu və ya digər allahlar meydana gələrək bu və ya digər  şəkildə dünyanı 
yaradırlar.  
Dünyanın yaranması haqqında miflərin əksəriyyəti ən qədim zamanlarda qəbilə-tayfa münasibətlərinin 
hökm sürdüyü Nil vadisində yaranmışdır. Sonralar isə ictimai münasibətlərin inkişaf etməsi, qədim 
misirlilərin dünyanı anlama üsullarının təkmilləşməsi ilə  əlaqədar olaraq həmin miflər də bir sıra köklü 
dəyişikliklərə  uğramışdır. Nəticədə dünyanın yaranması haqqında mif bir növ «işlənmiş»  şəkildə  gəlib 
çatmışdır. Dünyanın yaranması haqqında miflərin  əksəriyyəti bizə tam şəkildə  gəlib çatmamışdır. Misir 
mifləri zəngin olduğu qədər, həm mürəkkəb, həm də ziddiyyətli xarakterdədir. 
Səma-inək haqqında mifə  əsaslanaraq Misir mifologiyasının xarakteri haqqında bəzi fikirlər demək 
mümkündür. Hər bir hadisə üçün çoxsaylı mifoloji müddəalar mövcud ola bilər. Mifoloji müddəalara 
münasibətdə  səxavətlilik Misir üçün səciyyəvi bir haldır. Ehkamlar olmadığından təriqətlər haqqında da 
təsəvvürlər olmamışdır. Dini dözülməzlik və fanatizm yalnız ölkənin tənəzzülə  uğradığı dövrlərdə  təzahür 
etmişdir. Fanatizm yalnız II minillikdə, təqribən e.ə. 1370-ci ildə Ehnatonun Misir dinini zorla 
mifologiyadan azad etmək cəhdi zamanı meydana çıxmışdır. Ehnatona qədər magiya və fetişizm daha geniş 
yayılmışdı. 
Misirlilər özləri üçün insana adi görünən anlayışlarla obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir 
sıra hadisələri izah etməyə  cəhd edirdilər. Onlara görə  həmin hadisə, obraz və anlayışlar «allahlar 
dünyasına» mənsub idi. «Allahlar dünyası» ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq 
bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa, onu özünə daxil edir, «simvol» vasitəsilə ifadə 
edilirdi. «Simvol» insanın allahlar dünyasındakı bəzi ünsürləri bəşəri kateqoriyalar, daha dəqiq desək, məntiq 
və hissi qavrayış kateqoriyaları ilə vermək cəhdidir. Doğrudur, elə  də olur ki, onların  əksəriyyətini təbiət 
qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ e.ə. III minillikdə Misirin müdrik adamları bu 
barədə özlərinə həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun əks etdirdiyi predmetin əsli 
kimi qəbul etmək olmaz. Bu mənada Misir simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması kimi 
qəbul edilə bilərdi. Həmin dövrdə  hər bir simvol mifoloji anlayış olmadığı halda, hər bir mifoloji anlayış 
allahlar dünyasının predmetinin simvolik inikası idi. Şübhəsiz, zəka simvolun həqiqiliyini yoxlamaq 
imkanına malik deyildi. Mifoloji anlayış yalnız o halda həqiqidir ki, o allahlar dünyasının hər hansı bir 
hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi və insan tərəfindən etiqad kimi qəbul 
olunurdu. 
Misir mifologiyası bütün mifoloji anlayışların cəmidir. «Mif» ifadəsini Misir mifologiyasının 
müəyyən tərkib hissəsini göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada qədim misirlilərin 
mifoloji anlayışlardan ümumi istifadəyə sakit razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada 
Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik aspektlərindən təfsiridir. 
Misir kahinləri öz təbliğatlarında miflərdən geniş  şəkildə istifadə edirdilər. Çoxlarına məlum olan 
miflər qədim dini himnlərdə  təkrar olunurdu. Amon-Ra allahların, insanların, heyvanların və bitkilərin 
yaradıcısı kimi tərənnüm edilirdi. Onun əbədi düşməni olan əjdaha-ilan üzərində  qələbəsi qeyd edilirdi. 
Həmin təbliğatda yaradıcı allah kimsəsizlərin və əzabkeşlərin müdafiəçisi kimi göstərilirdi. Digər tərəfdən
müxtəlif dini-fəlsəfi sistemlərin inkişafı ilə  əlaqədar olaraq Misir dini mətnlərində daha tez-tez dünyanın 
yaradıcısı-allahın  əsas cizgiləri-əbədiliyi, hər  şeyə qadirliyi tərənnüm edilirdi. Allah biliklərin hakimi və 
bütün kəşflərin səbəbkarı elan olunurdu. Sonralar bunun inkişafı yalnız kahin mühiti ilə məhdudlaşır, dini-
fəlsəfi təlimlərin mücərrəd ilahiyyatçı quramaları ilə təsvir olunurdu. Mətnlər allahların surətləri və epitetləri 
ilə doldurulur, onlar bir sıra predmet, hadisə və anlayışlarla səsləşir. Bu mətnlər isə sonralar müxtəlif ibadət 
və mürəkkəb mərasimlərin geni yayılmasına güclü zəmin olurdu. Sonrakı dini-fəlsəfi traktatlar, mərasim 
nəğmələri və dünyanın yaranması haqqında Misir təsəvvürləri Ellin və Roma dövrünə  qədər yaşayaraq, 
Misirin hüdudlarından kənara çıxır. 
Misir mifoloji anlayışları sözlərdə (himnlər, dualar, hekayələr, ayin mətnləri), hərəkətlərdə (dramatik 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə