İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
28
Nəsihət səpkili əsərlərdən "Ptaxotepin nəsihəti", "Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I 
Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin nəsihəti", "Nefertitinin nəsihəti"ni 
göstərmək olar. 
Axtoyun oğlu Merikara nəsihəti aşağı  təbəqələrə, yoxsullara və onların sırasından çıxan fərasətli və 
müdrik adamlara münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq olmağı, fərasətliləri 
əzməyi oğluna tövsiyə edir. Burada dövlətin idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu 
Axtoyun nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və mirzəlik peşəsinin daha üstün və 
şərəfli olması qeyd olunur. "Ptaxotepin nəsihəti" əsərində əxlaq qaydalarından, yaxşı davranışdan bəhs edilir, 
"xırda adamı" öz taleyi ilə razılaşmağa çağırır. Onu inandırmağa çalışır ki, allah ancaq adlı-sanlı adamı 
yüksəldir. Bu nəsihətə görə, xırda adamlar itaətkar olmalı, öz ictimai mənşəyini heç zaman yaddan 
çıxarmamalı, vəzifəli adamlara itaət etməlidirlər. Nəsihət mövcud olan quruluşun möhkəmləndirilməsini 
tövsiyə edir. 
"İpuserin kəlamı" və "Nefertitinin nəsihətləri" yoxsulların və qulların Orta səltənətin sonunda baş 
vermiş üsyanını bədii şəkildə şərh edir. 
"Natiq kəndli" hekayəti kəndlinin əmlakının (iki eşşəyinin) əlindən alınmasından, onun şikayətindən
saraya gəlməsindən, hökmdarı öz natiqliyi ilə valeh etməsindən danışır. 
"Miskin adamın öz ruhu ilə söhbəti" hekayəti dialoq şəklində verilmiş və burada mövcud olan həyat 
qaydalarına etiraz əks olunmuşdur. Əsərdə miskin adamın bədbinliyi, əzab-əziyyətli həyatı, ölüm arzusu ilə 
yaşaması  təsvir olunur. Əsərdə axirət dünyasının və  əbədi həyatın olmasına  şübhə ilə yanaşılır, dini 
dünyagörüşləri şübhə altına alınır. 
Sinfi cəmiyyətdə incəsənət firon hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdi. 
Qədim Misir memarlığı dini ibadətin güclü təsiri altında olmuşdu. Məhz buna görə allahların və ilahi 
mənşəli hesab edilən fironun şərəfinə  əzəmətli məbədlər, saraylar, ehram və heykəllər yaradılırdı. Artıq 
qədim səltənət dövründə Misir memarlığını  fərqləndirən  əzəmətlilik  əlaməti meydana gəlmişdi. Firon 
ehramları buna misal ola bilər. 
Ehramın  ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur. Firon Coserin şərəfinə burada pilləli 
ehram tikilmişdi. IV sülalə fironları Xufu,  Menkaura, Xafra əzəmətli ehramlar tikdirmişdilər. Ehramın 
yanında, sonralar isə (XVIII sülalə dövründən etibarən) kənarda axirət məbədləri (axirət dünyası ilə bağlı 
dini mərasimləri icra etmək üçün) tikilirdi. Məbədlərin divarında ilahiləşdirilmiş fironun həyatı və şücaətləri 
təsvir olunurdu. Bundan başqa, misirlilərin gündəlik həyatını əks etdirən səhnələr də vardı: burada dalaşan 
qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimində  iştirak edən  əkinçilər, balıqçılar, çobanlar, ağı tutanlar 
təsvir olunmuşdu. 
Yeni Səltənət dövründə incəsənət və memarlıq yüksək inkişaf səviyyəsinə qalxır. Bu dövrdə qayanı 
kəsib yeraltı dəfn sərdabələri inşa edirdilər. I Setinin yeraltı dəfn sərdabəsinin yüzlərlə otaqları vardı. Burada 
minlərlə heykəllər qoyulmuşdu. Xəzinəsində saysız-hesabsız varidat saxlanılırdı.  Ən möhtəşəm memarlıq 
dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş 
həyət sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri varmış. Onun təkcə böyük salonu 16 
cərgədə ucalan 134 sütundan ibarət imiş. Böyük salonun 12 mərkəz sütunu 21 m hündürlüyündə imiş. 
Salonun sahəsi 5 min m
2
-dən artıq imiş. 
Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat məbədini və Mədinət-Abuda III Ramzesin 
böyük məbədini göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində tikilmişdi. Buraya kanal 
çəkilmişdi. 
Qaya məbədləri  əzəmətli və  dəbdəbəli idi. Abu-Simbeldə II Ramzesin məbədi qaya içərisində inşa 
edilmişdi. Qayanın içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon sarayları burada böyük bir 
zövqlə tikilir, otaqlara nəfis və zərif bəzəklər vurulurdu. 
Heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil edirdi. Hər bir məbəd və saray ehram və  sərdabə 
heykəllərlə dolu olurdu. Bunlar həm nəhəng, həm də nisbətən xırda şəkildə yonulurdu. Heykəltəraşlar Misir 
allahlarını  və fironlarının surətini yaradırdılar.  Əyan və sadə adamlara həsr olunmuş heykəllər də 
düzəldilirdi. Divar təsviri geniş  təmsil olunmuşdu. Təsviri sənət vasitəsilə müxtəlif səhnələr  əks etdirilir, 
zəngin bədii surətlər yaradılırdı. Təsviri sənət müharibə  səhnələri, firon ailəsi,  əkinçilik və balıqçılıqla 
məşğul olma səhnələri, qurbankəsmə və dəfn mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş 
mövzuları əhatə edirdi. 
Dini təsəvvürlər qədim Misir cəmiyyətinin bütün sahələrində özünü təzahür etdirirdi, mədəniyyətin 
hər bir sahəsində müəyyən iz buraxırdı. Din qədim misirlilərin ideologiyasını təşkil edirdi. Dini təsəvvürlərin 
sadə formaları, yəni heyvanlara, əşyalara və  əcdadlara ibadət Misir tarixinin bütün dövrlərində mövcud 
olmuşdur. Fetişizm (əşyalara ibadət) və totemizm (totem heyvanlara ibadət) sadə dini təsəvvürlər idi. Qədim 
misirlilər təbiət qüvvələrini ilahiləşdirmişdilər. Onlar günəşə, aya, suya, Nil çayına, vəhşi və ev heyvanlarına 
və s. sitayiş edirdilər. Misir dini sistemi tədricən yaranırdı və Yeni səltənət dövründə bitkin şəklə düşmüşdü. 
Misirdə xeyli sayda allahlara ibadət olunurdu. II Ramzesin Het hökmdarı ilə müqaviləsində min Misir allahı 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
29
və ilahəsi şahid kimi yad edilir. Bu allah və ilahələrin hamısının adları məlum deyildir. Misirin hər guşəsində 
dini ibadət mövcud idi. Allahlar haqda təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin 
təcəssümü kimi meydana gəlmişdi. Dini təsəvvürlər nəticəsində yerli, vilayət (nom) və ümum Misir 
ibadətləri möhkəmlənirdi. Adətən mərkəz  şəhərlərin allahları bu və ya digər siyasi şəraitdən asılı olaraq 
ümum Misir allahına çevrilirdi. 
Misir panteonunda Amon allah ali mövqe tutmuşdu. O, allahların hökmdarı və fironun havadarı hesab 
olunurdu. Onun məskəni Fiva şəhəri sayılırdı. Misir panteonunun nüfuzlu allahlarından biri Ra idi. O, Günəş 
allahı kimi məlum idi. Onu gündüz üfüqündə  səma gəmisində  təsəvvür edirdilər. Günəş allahına sitayiş 
Heliopol  şəhərində yayılmışdı. Yeni Səltənətin  əvvəlində Ra-Günəş allahı Amon allahı ilə birləşdirildi və 
Amon-Ra ibadəti yarandı. Amon-Ra dünyanın yaradıcısı kimi qələmə verilirdi. Exnatonun dövründə Aton 
("Günəş üfüqü") allahına sitayiş  bərqərar oldu. Memfis şəhərində allah Ptax məskən salmışdı. Guya Ptax 
allahları və dünyanı yaratmışdı. Misir panteonunda Osiris, onun bacısı və arvadı İsida, oğlu Qor şərəfli yer 
tuturdular. Osiris firon hakimiyyətinin havadarı olmaqla yanaşı, axirət dünyasının allahı kimi təsəvvür 
edilirdi. O, ölən və dirilən təbiəti təcəssüm edirdi. Təbiətdə  qış  və yaz fəsillərinin gəlməsi onun adı ilə 
bağlanırdı. O, ər-arvad məhəbbətinin və analığın himayəçisi idi. 
Qor səma və  işıq allahı idi. İlk Misir fironları Qoru firon hakimiyyətinin havadarı kimi təsəvvür 
edirdilər. Qədim misirlilər Nil çayına sitayiş edirdilər, onu Hapi adlandırırdılar. Tot müdriklik və hesab 
allahı, Xatxor səma, məhəbbət və şadlıq ilahəsi hesab edilirdi. Maat (ədalət ilahəsi), Soxmet (qüdrət ilahəsi) 
və başqaları Misir panteonuna daxil idilər. 
Misirlilər allahları müxtəlif heyvan görkəmində təsvir edirdilər. Bu, ən qədim təsəvvürlərin əksi idi. 
Öküzə sitayiş geniş yayılmışdı. Allah Apis öküzü təmsil edirdi. Öküz Ptax, Osiris, Ra və s. allahları əks edə 
bilirdi. Amona qoyun, Soxmetə  şir, Tota əntər, Sebekə timsah görkəmi verilirdi. Dini təsəvvürlərin 
təkmilləşməsi allahların totem ibadətini dəyişdirdi. Allahlar artıq heyvan, yaxud quş başlı adam görkəmində 
təsvir olunurdular. Ra, Qor şahin başlı adam, Anum, Xnum qoyun başlı adam, ilahə Xatxor inək başlı adam 
görkəminə salınmışdı. 
Qədim Misirdə ilk allahlar haqda da təsəvvürlər müəyyən sistem şəklinə salınmışdı.  Əvvəl guya 
qarmaqarışıq su aləmi olmuş və onu Nun təmsil etmişdi. Sonra Atum su aləmindən təpə şəklində bünövrə 
yaratmışdı. Sonralar Atumu Ra təmsil edirdi. Atum-Ra qoşa allah (hava) və arvadı Tefnutu (nəmişlik) 
törətmişdi. Yer allahı Heb və  səma ilahəsi Nut onların törəməsi olmaqla Osiris, İsida, Set və Neftidunu 
yaratmışdılar. Beləliklə, allahların ailəsi təsəvvürü yaradılmışdı. Nəticədə allah-ata, allah-ana və allah-oğul 
dini anlayışı meydana gəlmişdi. Bu dini ehkam sonrakı dinlərə, xüsusilə xristianlığa təsir göstərmişdi.  
Misirin ən qədim dövründə əcdadlara və onunla bağlı olan mərhumlara ibadət mövcud idi. Misirlilərə 
görə ölüm insanın varlığını  məhv etmir, onu sadəcə olaraq başqa aləmə, həyatın guya davam etdiyi axirət 
dünyasına aparır. Odur ki, misirlilər ölünü başqa aləmdə  əbədi həyatla təmin etməyə  cəhd edirdilər. 
Mərhumu dəriyə, həsirə, yaxud parçaya büküb basdırırdılar, yanına yemək, silah, heyvan və insan 
heykəlcikləri (uşebtu) qoyurdular. Qədim səltənət dövründə varlı  məmurları  və adlı-sanlı kahinləri kürsü 
(mastab)  şəkilli sərdabələrdə  dəfn edirdilər. Meyiti süni surətdə saxlamaq üçün onun içalatı  çıxarılırdı  və 
xüsusi qablara qoyulurdu. Meyitin bədəninə duzlu maddələr və qatranlı  məhlullar sürtməklə 
mumiyalayırdılar. Meyiti (mumiyanı) bir çox kətan parçalara büküb dəfn edirdilər.  
Orta səltənət dövründə yeni varlı  təbəqələr yaranmışdı. Bununla bağlı  mərhuma ibadət nisbətən 
dəyişilir.  Əgər  əvvəllər dini-cadu xüsusiyyəti daşıyan yazılar ancaq hökmdarlar və  əyanların sərdabəsinə 
həkk olunurdusa, indi belə yazılar orta təbəqəyə  mənsub adamların daş tabutu (sərdabə) üzərində  də  həkk 
olunurdu. Belə cadu xüsusiyyətli yazılar əsasında "Ölülər kitabı", "Dirilmə kitabı" tərtib olunmuşdu. Kitabda 
sehr, himn, dua və allah şərəfinə mədhlər vardı. Kitabın çox hissəsi cadu xüsusiyyətli sehrlərdən ibarətdir. 
Belə sehrlər guya mərhumu axirət dünyasının dəhşətindən qorumalı  və onu o dünyanın səadəti ilə  təmin 
etməli idi. Mərhum axirət dünyasının məhkəməsində Osirisin qarşısında hesabat verirdi. Mərhum üzərində 
məhkəmə qurulurdu, onun ürəyi çəkilirdi və 42 əsas günah şərh edilirdi. Mərhum günahsız olduğunu sübut 
etməli idi. Fironlar da axirət dünyası  məhkəməsi qarşısında cavab verirdilər. Günah sahibi əjdahaya yem 
olurdu. Günahsız isə o dünyada əbədi həyat qazanırdı. Artıq o dövrdə günahsız və mömin həyat sürmüş 
insanların axirət dünyasında əbədi səadətə qovuşması barədə təsəvvür formalaşır.  
Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi.  Əvvəllər onu allah oğlu, sonra allah 
adlandırırdılar. Ona yer üzünün allahı kimi sitayiş və itaət edirdilər. Hər bir ictimai etiraz, hökmdara qarşı 
qiyam dini baxımdan cinayət hesab olunurdu. 
İncəsənətdə hökmdarın allah oğlu olması müddəası  təbliğ edilirdi. Məbədlərdə firona ibadət xüsusi 
otaqlarda keçirilirdi. Belə otaq "böyük ev" (pir-a) adlanırdı. Bu sözdən də "firon" rütbəsi yaranmışdı. XVIII 
sülalə dövründə "firon" anlayışı artıq hökmdar mənasında işlədilirdi. Otağın divarlarında fironun həyatını əks 
edən təsvirlər həkk olunurdu. Bu təsvirlər fironun ilahi mənşəli olmasına dəlalət edirdi. Buna baxmayaraq 
firon hakimiyyəti dini ehkamların güclü təsiri altında olmuşdur. 
Dinin geniş təsirinə baxmayaraq, insanlarda "bilik" və onun əhəmiyyəti haqda təsəvvür yaranırdı. Əsas 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə