İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
27
Adətən nağıllar  əkinçi  əhalinin məişətini, həyatını  və dünyagörüşünü  əks etdirirdi. Bunlardan "İki qardaş 
haqqında nağıl", "Cadulanmış  şahzadə", "Düz və  əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış barədə 
nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar. Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, 
müdrikliyi tərənnüm edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini açıqlayırdılar. Nağıllarda allah 
və fironların qüdrətinin sarsılmaz olması ideyası  əks olunmuşdur,  əyanların zalımlığı  və  qəddarlığı  təsvir 
edilmişdir. 
Birinci nağılda  əhvalat iki qardaş - Bata və Anubis ətrafında baş verir. Hər iki qardaş birgə  işləyir
böyük qardaş Anubis, kiçik qardaşı Bataya atalıq edir. Bir gün çöldə  səpin üçün taxıl azlıq edir, Anubis 
Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin 
Bata nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin arvadı  ərinin qulağını doldurub 
Bataya şər atır. Anubis qardaşını öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir. Bata mal-
qaranı evə  gətirərkən inəklərdən biri Bataya qardaşının niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. 
Allahlar Bataya kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün Bata qardaşına günahsız 
olduğunu sübut edir və uzaq ölkəyə yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş  gələrsə, qardaşı 
bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi. Böyük qardaş qayıdır və arvadını öldürür. 
Bata uzaq ölkədə (Sidr ağacı  dərəsində) evlənir. Ovçuluqla məşğul olur. Arvadına tövsiyə edir ki, 
dəniz kənarına getməsin, çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan çıxararaq dəniz sahilinə 
gedir. Dəniz coşur və onu təqib edir. O, çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və su 
onu Misir sahilinə  gətirir. Dəniz zülfünün xoş  ətir iyini firon Narmerə çatdırır.  Ətir iyi fironun dəniz 
kənarında yuyulan pal-paltarına keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur. Firona izah edirlər 
ki, xoş  iy  sidr  dərəsində yaşayan ilahə qadının zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə 
arvadı tapdırır. Arvad Batanın həyat sirrini onlara acır və içərisində Batanın canı olan sidr ağacını kəsdirir. 
Bata vəfat edir. 
Anubis Sidr dərəsinə gəlir, sidr ağacının gülləri içərisində Batanın ürəyini tapır və onu həyata qaytarır. 
Hər ikisi Misirə qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını saxlayan sidr ağacını 
kəsməyi məsləhət görmüşdü. Firon öləndən sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində qələbəsi ilə 
qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini tapmışdır. 
"Düz və  əyri barədə" nağılın da qəhrəmanları iki qardaşdır. Kiçik qardaş böyük qardaşın paxıllığını 
çəkir. Qardaşlar arasında mübahisə başlayır. Kiçik qardaş şərt kəsir ki, əgər mübahisəni udsa, böyük qardaşın 
gözlərini çıxaracaqdır. Kiçik qardaş mübahisəni udur, qardaşının gözlərini çıxarır və əmlakına sahib olur. Bir 
müddət sonra qardaşının iki quluna əmr edir ki, koru aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları 
gəlir, orada qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə həmin korun gözəlliyi barədə bacılarına 
danışırlar. Bacı koru görmək istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə  təyin edir. 
Sonra gizlicə ona arvad olur. Onların oğlu olur, böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə fərqlənir. 
Yaşıdları onun paxıllığını çəkirlər. Sataşmaq məqsədilə onun atasının kim olduğunu soruşurlar. Uşaq bunu 
anasından bilmək istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun əhvalatlardan sonra əmisini 
cəzalandıraraq atasının əmlakını qaytarır. 
Bu nağıl mövzuları şərq xalqları ədəbiyyatında indi də yaşayır. Qədim Misir nağılları "Min bir gecə" 
nağıl silsiləsinin yaranmasına təsir göstərmişdi. 
Qədim misirlilər təbiətdə  və insan həyatında baş verən hadisələri dini ideologiya əsasında izah 
edirdilər. Bunların içərisində "Osiris haqqında" əfsanə geniş yayılmışdı. Osiris ölən və dirilən təbiət allahı 
hesab olunurdu. Qardaşı Set onu qəddarcasına öldürür. Osirisin arvadı  İsida və bacısı Neftida allahlardan 
kömək diləyirlər, Osirisi tapıb dirildirlər.  İsidanın oğlu olur. Adını Qor qoyurlar. Qor Setdən atasının 
intiqamını alır, allahlar hakimiyyəti ona verirlər. 
Misirdə  də dünyanın  əmələ  gəlməsi haqda əfsanə vardı. Günəş allahı Ra dünyanı  xəlq edən hesab 
edilirdi. O, səmanı, yeri, bitkiləri, heyvanları, quş  və balıqları sudan yaratmışdı. Bu təsəvvürlərin bəziləri 
qədim yəhudilərin dini dünyagörüşünə də təsir göstərmişdi. 
Misirin qonşu ölkələr ilə iqtisadi və  mədəni  əlaqələri bədii  ədəbiyyatın yeni janrında - səyahətlərin 
təsvirində öz əksini tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl” rəvayətini misal göstərmək 
olar. Firon öz məmurunu Punta göndərir. Gəmi qəzaya uğrayır və dənizçi sirli adaya düşür. Adanın hökmdarı 
xeyirxah ilan surətində ona qonaqpərvərlik göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır. 
“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs 
edilir.  Əsərdə Sinuxetin yolda çəkdiyi  əzab-əziyyətdən, Suriyada varlanmasından, vətən həsrətindən  əzab 
çəkməsindən danışılır. Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına baxmayaraq, Sinuxet 
vətən həsrəti ilə yanırdı, doğma yurduna qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o, Misirə 
qayıdır. 
Nəsihət xüsusiyyətli  əsərlər  əsasən Orta və Yeni səltənət dövründə yaranır. Nəsihətlər mövcud olan 
dövlət və ictimai quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı  təbəqələrə münasibət, dövlət 
idarəetmə qaydaları, mirzəlik sənətinin üstünlüyü, xalq üsyanlarının acı  nəticələri və s. əks olunmuşdur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə