İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
23
qorxmalarına baxmayaraq qəbirlərin talan edilməsi zaman-zaman davam etdirilmişdir. 
Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli 
hökmranlığı dövründə Misirdə elm və  mədəniyyət inkişaf etməyə başlamışdı.  İşarə-şəkillər-heroqliflər 
yarandı. Papiruslarda yazılar yazılırdı. O vaxtdan bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut 
edirdi: 
Müdrik mirzələr 
Özlərinə ehram tikmirdilər. 
Tunc baş daşı da qoymurdular, 
Onların ehramı kitablar idi 
Onların övladı qamış qələm idi. 
Buna görə də kitabda yazılan 
Haqqında xatirə əbədidir. 
Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını 
allahlar idarə edir. Misirlilər allahları adətən insan, lakin heyvan başlı insan şəklində  təsəvvürlərinə 
gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması  şübhəsizdir. Qədim misirlilərdə axirət 
dünyasına inam mühüm yer tutduğundan meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət 
səltənətində  hər  şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris 
mühakimə edir. O, allahın iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Elələrinin ruhunu 
müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar ilahiləşdirilirdi. Ona görə  də  qədim dini kitabədə 
yazılırdı: «Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız 
itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra 
isə Oziris mühakiməsi ilə hədələnirdi. 
Qədim insanlara elə  gəlirdi ki, fironların ixtiyarında olan qeyri-məhdud hakimiyyəti insanlar yox, 
allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük allah» adlandırırdılar. 
Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab olunurdu. 
Orada allahların bütləri qoyulurdu. Məbədlərdə «allahların xidmətçiləri» - kahinlər olurdular. Hesab edilirdi 
ki, kahinlər allahları yedizdirirdilər-onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı baş olan Günəş allahı 
Ra, allahların padşahı  hər gün qızıl qayıqda göydə  gəzir və  qərbdə yerə enir. Uzaq cənubda Nil allahı 
ilanların qoruduğu mağarada küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan 
əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi. 
Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, qədim bədii yaradıcılıqda, həm də digər 
sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur. 
Məsələn, Nil çayını tərənnüm edən himndən bir parça verməklə görərik ki, misirlilər Nili canlı varlıq 
və allah hesab edirdilər: 
Misir torpağına həyat gətirən 
Nil çayı daim yaşa, var ol sən
Sən bir az geciksən tükənər həyat, 
Əgər qəzəblənib çıxsan özündən. 
Şən yaxşı gələndə şənlənir həyat  
Ölkə fərəhlənər, ölkə şad olar.  
Alqış deyər gənclər, körpələr sənə,  
Düşürlər sənin şad qədəmlərinə. 
Misirlilərin etiqadına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni  əzəmətli pozada təsvir edirdilər. O, 
həyatda kimi idisə, ölümündən sonra da həmin adam, yəni firon və ya əyan olaraq qalmalı idi. 
Misirin tarixi, mədəniyyəti, incəsənəti, özünü bu və ya digər  şəkildə Misir mifologiyasında 
göstərmişdir. Günəş allahı eləcə də insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin 
yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nə isə fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və 
Nunu, eləcə də qadın allahları Tefnut, Nut və Okonu Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura 
insanlardan gizlin olaraq çağırılmışdı. Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında 
bəşəriyyəti məhv etməyə göndərdi.  İlahə  işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın 
hüzuruna qayıdarkən Ra peşman olaraq hələ  məhv edilməyən insanların günahından keçməyə  qərar verdi. 
Onun əmri ilə gecə sahələrə qırmızı pivə tökdülər. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü 
və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. Xatxor bayramına məstedici içkilər 
hazırlanması adəti belə yaranmışdır. 
Misirdə günəş allahı kultu Şumer və Akkad mərasimlərinə nisbətən daha mühüm rol oynamışdır. 
Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o yaranma mifi ilə 
əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən Misirin birinci padşahı olmuş Atum kimi dünyanın 
yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq 
dövründə elə həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi baş vermişdir. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
24
Elə  həmin zamandan başlayaraq fironların allah Ranın oğlu olması  mərasimi keçirilirdi. Firon 
Xafranın heykəlində onun başının qoruyucusu Qor, şahin Qor və Ranın eyniliyini və padşah hakimiyyətinin 
Ra ilə əlaqəsini göstərir. Oziris-Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması 
qaydasını müəyyən edirdi. III Tutmosun ölümü və II Amenxotepin taxta gətirilməsi belə təsvir olunurdu: 
Padşah Tutmos səmaya yollandı, 
O günəş diski ilə birləşdi. 
Allahın bədəni onun yaratdığı ilə birləşdi. 
Ertəsi gün 
Günəş şəfəq saçdı, 
Səma işıqlandı. 
Amenxotep atasının taxtına əyləşdirildi. Ölən padşah Ozirisə çevrildi və sonra gətirilən mətndə o, həm 
də Ra ilə birləşdi. Məlum olur ki, Ra və Oziris haqqında miflər tamamilə bir-birinin içərisində  əriyərək 
birləşir. Doğrudur, Qədim Misirdə «Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Oziris haqqında 
mifdən köklü surətdə  fərqlənir. Lakin Günəş allahı Ra yerdə insanlarla birlikdə olmaqdan yoruldu. Qədim 
allahlardan biri Nunu (onun adının mənası «ilkin okean» deməkdir) Raya məsləhət görür ki, Nut adlı inəyin 
çiynində otursun. Sübh açılarkən adamlar bir-birinə ox atmağa başlayan anda çiynində Ranın oturduğu inək 
Nut yüksəkliyə qalxıb səma oldu. Ra razı qaldı və arzu etdi ki, səmada yaşıllıq olsun. Yalnız bundan sonra 
«Məmnunluq sahəsi» və «Qarğı (qamış) sahəsi» meydana gəldi, səma gölü təsəvvürü yarandı. Sonralar 
həmin mifin kontekstində  əkinçilərin ideal-axirət dünyasında  əkmək üçün torpağın olması ifadə edilirdi. 
Lakin daha yüksəklikdə inəyin başı hərlənməyə başladı və o titrədi. Bu zaman günəş allahı Ra dedi: «Əgər 
mən Xex (milyon ilahə nəzərdə tutulurdu) olsaydım, inəyi səmada saxlaya bilərdim». Bu sözlərlə o 8 Xex 
ilahəsini yaratdı  və onlar səma inəyinin ayaqlarını saxladılar. Nəhayət, Ra allah Şuya  əmr etdi ki, inəyi 
saxlamaq və 8 Xex ilahələrini qorumaq üçün aşağıda yerləşsin. 
Hekayə onu ancaq inək rəsmi önündə oxumağı  məsləhət verən göstərişlə başa çatır. Bunu isə yeni 
doğulmuş uşağını başı üzərində tutmuş ata etməli idi. 
Hekayətin birinci hissəsi qədim mifoloji baxışların  əks edilməsi ilə  əlaqədar idi. Günəş allahı Ra 
allahların və insanların padşahı rolunda ilkin allah Atumla eyniləşdirildiyindən öz təbiətinə görə ulu qocadır. 
Məlum olduğu kimi, insanların Atuma qarşı günah işlətməsi hələ e.ə. 2000-ci ildən xatırlanırdı. 
Günəş allahının yaranması haqqında Misirdə bir sıra  əfsanələr mövcuddur. Onlar bəzən bir-birini 
tamamlayır, bəzən də bir-birindən köklü surətdə  fərqlənir. Onların bəzisinə görə, günəşin, onunla birlikdə 
dünyanın yaradıcısı ana ilahədir. Ana ilahə heç bir kişi olmadan günəş oğlunu doğmuşdur. İkinci əfsanəyə 
görə isə allah-ata ilk iki allahı qadınsız yarada bilmişdir.  Əldə edilən materialların  əksəriyyətində  səma 
ilahəsindən doğulduğu qeyd olunur. O, günəşi tək doğur, yəni burada nə kişi allah, nə  də heyvan iştirak 
etmir. O, bəzən qadın, bəzən inək obrazında təzahür edir. Hər gün sübhdən işıqlı disk onun bətnindən çıxır, 
axşamlar o günəşi təzədən udur ki, səhər onu yenidən doğsun. 
Bütün ibtidai cəmiyyətlərdə olduğu kimi Qədim Misirdə də uşağın doğulması haqqında aydın təsəvvür 
yox idi. Yeni tarixə  qədərki Misirdə  uşağın doğulması bu və ya digər predmetin udulması ilə 
əlaqələndirilirdi. Misir folkloru belə baxışlar haqqında geniş məlumat verir. Misirdə «uşağa qalmaq» «nə isə 
udmaq» kimi başa düşülürdü. Bu barədə fikir Ehram mətnlərində  və dini mərasimlərdə uzun müddət 
yaşamışdır. 
«Udmaq» mövzusu matriarxat xarakter daşıyırdı. Qədim Misirdə ana-allahlar mühüm rol oynayırdı.  
Əsrlər keçdikcə dünyanın yaranması və allahların yaranması haqqında təsəvvürlər də zənginləşmişdir. 
Müxtəlif sahələrdə öz funksiyalarını yerinə yetirən allahlar xarakterinə görə insanlara da bənzəyirdilər. 
Öz təbiətinə görə yumşaq olan Xatxor inək  şəklində  təzahür edəndən sonra qaniçən Okoya çevrilir. 
Bəlkə  də bunlar Xatxor bayramında artıq içib sərxoş olmamaq üçün uydurulmuşdur. Xatxonrun rolunu 
məhəbbət hamisi kimi təhlil etməyə meyl də mövcud idi. 
Mifin ikinci hissəsi Ranın bəşəriyyətdən yorulması motivi ilə əlaqədardır. Ra inəyin çiynində oturduğu 
halda olsa da, özünün iki qayığı ilə üzdüyü şəkildə  təsvir olunmuşdur. Bu kosmoqonik nəqletmə  səmanın 
yaranmasını izah edir. Bundan əlavə səma sahələrinin və inəyin ayaqlarmı tutan 8 ilahənin mövcudluğu söz 
oyunu kimi də  təsvir olunur. Misir mifologiyasında söz oyunu geniş yer almışdı. Söz oyunu himnlərdə və 
mərasimlərdə yaradılırdı. Hər şeydən əvvəl, səma inəyi və yaxud bəzi mənbələrdə qeyd edildiyi kimi, inək-
səma haqqındakı  təsəvvürlər tarixəqədərki dövrə gedib çıxır. Qədim mətnlərə  əsasən inəyin hüdudsuz 
okeandan qalxaraq səmaya çevrilməsi barədə  təsəvvürlər həmin mifə  qədər mövcud olmuşdur.  İkincisi, 
günəşin il qayığının səmanı su kimi ifadə edən konsepsiyaya görə, səma həm gecə, həm gündüz qayıqlarında 
üzməkdədir. Həmin səma suları yer okeanlarına müvafiqdir. Təəccüblü deyildir ki, səma inəyi də yer inəyinə 
oxşayır. Bu sular Nilə  bənzəmir, çünki qədim misirlilər bilirdilər ki, Nil cənubdan  şimala axır. Günəş isə 
Şərqdən Qərbə  hərəkət edirdi. Üçüncüsü, öz qızı Nutu səmaya qardaşı  və  əri Kebinyerin üzərinə qaldıran 
allah-kişi inəyin qarnından tutmuşdur. Nutun onu qaldıran allahların qayıqlarını apardığını, sonra onların 
duzlara çevrildiyi haqqında təsəvvürlər hələ çox qədimlərdən məlum idi. Allahların, ulduzların və günəş 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə