İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
14
etməyə başlayır.  
İbtidai cəmiyyətdə  təsviri sənətin, demək olar ki, bütün növləri: rəsmlər, heykəlciklər, təsvirlər 
(mineral rənglərdən istifadə etməklə  rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan yonulmuş, yaxud da 
gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı. Dekorativ sənət növləri (daş, sümük üzərində  işləmələr, 
relyeflər və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə bürünc, qızıl və gümüşün emalı 
ilə bağlı bədii sənət növləri yaranırdı.  
İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri - qalalar yaranmağa başladı. Sonralar yaşayış 
məskənləri, dəfnlə əlaqədar məqbərələr və s. meydana çıxdı. 
İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı inkişafı üçün əsas olmuşdur. Qədim Misir
Şumer, İran, Hindistan, Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai dövr mədəniyyətinin 
əvəzsiz xidməti olmuşdur. 
Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai incəsənət meydana gəldi. Bu incəsənətin 
yaranması insanların gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik heykəllər düzəldir, sümük 
üzərində təsvirlər cızır, təbiətdən əldə etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə təsviri sənət 
nümunələri  İspaniyada Altamira mağarasının divarlarında aşkar olunmuşdur. Mağarada təsvir edilmiş 
bizonların bir qismi sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir edilmişdir. Sonralar 
dünyanın müxtəlif yerlərində mağaraların divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri 
aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə yaranmışdır. 
İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların hərəkətlərini təqlid edirdilər. Buradan da 
rəqs meydana gəlmişdir. Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq rüşeymləri, 
heykəltəraşlıq nümunələri Paleolit dövründə yaranmışdı. İnsanlar heyvanların gözəlliyini, onların zahiri və 
daxili aləmini təsvir edə bilmişlər. 
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
15
 
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
16
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
17
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
18
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
19
 
QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
 
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində  və deltasında yerləşirdi. Yayın  əvvəlində 
gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu 
qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə  də misirlilər öz ölkələrini “Qara 
torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu 
vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan 
insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, 
kolluqları  qırır, bəndlər düzəldir, kanallar çəkir,  əkinçiliklə  məşğul olurdular. Misirlilərin başlıca 
məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. 
Onlar torpaqları toxa və sadə  xışlarla  şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz 
becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə  məşğul olurdular. Bacarıqlı 
dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.  
Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti meydana gəldi. Tayfa başçıları, adlı-sanlı 
əyanlar qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər 
təşkil edirdi. Misir dövlətlərinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular fironun 
ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud yaxın qohumu firon olurdu. Onlar işğalçılıq 
müharibələri aparır, cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil edirdilər. 
Misir fironları özləri üçün ehramlar (piramidalar) tikdirmişlər. Ehramların inşası “tarixin atası” 
Herodotun “Tarix” əsərində geniş  təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin ehramlarda dəfn 
edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən 
axirət dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların  əzəmətini nümayiş etdirməli idi. Qədim 
Misirdə fironun sərdabəsinə o dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları qoyurdular. 
Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir. 
Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı aslan bədənli nəhəng heykəl - sfinks 
yonulmuşdur. Bu nəhəng heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası” adlandırılmışdır. Bəlkə  də, 
sfinks ehramların qoruyucusu məqsədi ilə qoyulmuşdur. 
Misirdə  işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750 heroqlif var idi. Yazı üçün papirusdan 
istifadə edilirdi. Qədim Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur. Misirlilər bənd, 
binalar tikmək üçün hesablamalar aparırdılar. Hesab və  həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı 
həmişə ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər ulduzları müşahidə etmələri 
nəticəsində astronomiya elmini yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə əsasən təqvim 
tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə 
işlərini bacarırdılar.  
Misirdə dövlət idarələrində  və  məbədlərdə  məktəblər açılırdı. Bu məktəblərdə  oğlanlar oxuyurdular. 
Kiçik məktəblilər qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində yazırdılar. Məktəblərdə 
varlıların balaları oxuyurdu. 
Qədim Misirdə musiqi və  rəqs sənəti yüksək inkişaf etmişdi. Nəfəs, zərb və simli musiqi alətləri 
mövcud idi. Rəqqasələr bəzən döyüş  səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə dini 
mərasimləri səhnələşdirirdilər.  
Qədim Misirdə allahları heyvan başlı insan şəklində  təsvir edirdilər. Bu da ovçuluqla bağlı idi. 
Misirlilərin etiqadına görə, ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar. Elə buna görə də 
misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. 
Osiris dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu mühakimə edir. Məbədlərə kahinlər 
rəhbərlik edirdilər. Məbəd allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki məbədin 80 min 
qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar 
zümrəsinə dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə durum firon təkhakimiyyətliliyi 
ilə ziddiyyət yaradırdı. Məsələn, IV Amenxotepin (1372-1354) dövründə  kəskin qarşıdurma baş verir. 
Ehnaton adını  qəbul etmiş IV Amenxotep dini islahat keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul 
etdirir. Lakin Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.  
IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin 
dövlətlərindən birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını artırmışdı. Misirin 
təsərrüfatında yüksəliş gözə çarpırdı. Müharibələrdən  əsir gətirilmiş  əhali təsərrüfatda qul kimi işlədilirdi. 
Təcavüzkar xarici siyasətdən imtina etmiş III Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun 
fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb sahilində Amon allahın  şərəfinə inşaat 
işləri aparmış və onun adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən olan Fiv yerləşirdi. 
Bu  şəhər Yeni səltənət dövründə ölkənin paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv 
şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində Amonun şərəfinə tikinti işləri görmüşdü. O, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə