İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
55
 
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ 
 
Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim 
İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda 
olan dağlardan başlayan Fərat və  Dəclə çayları  İran körfəzinə tökülür. Dəclə  və  Fəratın orta və  aşağı 
axarlarında yerləşən ölkə  qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Cənubi 
Mesopotamiya qısa sürən qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə dağlarda qar əriyir, 
Dəclə  və  Fərat çayları daşıb sahilləri basır, daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit 
dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit dövründə isə insanların  İkiçayarası 
ərazilərində məskunlaşması sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini yaradır. Köçəri 
həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır. 
E.ə. VII-VI minillikdə Mesopotamiyada insanlar məskunlaşdı. Dağlıq yerlərdən gələn insanlar Cənubi 
Mesopotamiyada toxa əkinçiliyi və maldarlıqla məşğul olmağa başladılar. Qədim Mesopotamiyada yazı 
sistemini  şumerlər yaratmışlar. E.ə. IV minillikdə piktroqrafik (şəkilli) yazı, daha sonra mixi yazılar 
meydana gəldi. Yazı materialı gil lövhələr idi. E.ə. III minillikdə mixi yazı sistemi geniş yayıldı. Bütün Ön 
Asiyada mixi yazıdan istifadə olunurdu.  
Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət 
olmuşdur. Tarixçilərin fikrincə,  İkiçayarasının cənub hissəsi Fərat və  Dəclə çaylarının gətirdikləri 
çöküntülərdən  əmələ  gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, 
torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər iki çay daşaraq geniş sahələri basır 
və bataqlıq yaranır. Burada nə metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqdan 
sonra xeyli dərəcə münbit olur. 
Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını da güclü olur. Dəclə və Fəratın suyunun 
artması dağlardakı qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral-may ayları arasında mümkündür. 
Nilə nisbətən bu çayların artıb-azalma rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava 
bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri-mümkün idi. 
Mesopotamiya torpağı  hələ  ən qədim dövrlərdən özünün məhsuldarlığı ilə seçilir. Bunu biz antik 
dövrün qüdrətli tarixçiləri Herodot, Teofrast və başqalarının  əsərlərində  də aydın görə bilərik. Lakin 
İkiçayarası ölkəsinin ərazisində əkinçiliklə məşğul olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi 
və həmin işlər bütün il boyu həyata keçirilməli idi. 
E.ə. VII-VI minilliklərdə əkinçi və maldarlar münbit torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün 
dağlıq yerlərdən Fərat və Dəclə çayları vadisinə enməyə məcbur oldular. Onlar bataqlıqlar arasında qamış və 
gildən komalar tikir, mal-qara otarır, toxaların köməyi ilə kiçik torpaq sahələrini  əkib becərirdilər. Həmin 
dəhşətli dövrlərdə  əhali bataqlıq qızdırmasından,  əqrəblərdən və saysız-hesabsız həşəratlardan  əziyyət 
çəkirdi.  Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan qabanlar əkin sahələrini məhv 
edirdilər. Çay daşqınları komaları dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və  Dəclə çayları 
qovuşaraq coşqun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına elə gəlirdi ki, bu sel bütün dünyanı basır. 
Çayların daşması-Cənubi  İkiçayarasının ilk sakinləri üçün qorxunc və  təhlükəli düşmən idi. Sonralar 
yaranacaq «Nuhun tufanı» mifinin əsasını Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı. 
Cənubi Mesopotamiyada ilk dövlətlər e.ə. IV-III minilliklərdə yaradılmışdır. Dəclə və Fərat çaylarında 
baş verən daşqınlar Mesopotamiyada “Dünya tufanı haqqında”  əfsanənin yaranmasına səbəb olmuşdu. Bu 
çayların sahilləri becərilirdi. Burada xurma “həyat ağacı” adlanırdı. E.ə. IV-III minilliklərdə Mesopotamiya 
ərazisində Şumer, Akkad, Ur və s. qədim dövlətlər yarandı. Beləliklə, IV-III minilliklərdə Mesopotamiyada 
quldarlıq quruluşu və dövlət meydana gəldi. Kəndlilər varlılardan asılı olur və aldıqları borcu qaytara 
bilmədikdə qula çevrilirdilər. Mesopotamiyada qulları “gözlərini yuxarı qaldırmayanlar” adlandırırdılar. 
Burada yaranmış dövlətlər arasında müharibə başladı. Qaliblər məğlubların hesabına varlanırdılar. Bunların 
arasında Babil şəhər-dövləti qalib gəldi və yüksəldi. Ticarət yolları üzərində yerləşən Babil şəhəri e.ə. II 
minilliyin əvvəllərində yaranmış Babil padşahlığının mərkəzi oldu. Mesopotamiyanın başlıca quru yolları və 
karvanları buradan keçirdi.  
Babil şahlığının ən görkəmli hökmdarı Hammurapi (e.ə. 1792-1750) olmuşdur. O, Mesopotamiyanı öz 
hakimiyyəti altında birləşdirdi. Ölkə onun qanunları əsasında idarə olunurdu. Hammurapi Şumer və Akkadda 
istifadə olunan qanun və qaydaları toplayıb 282 maddədən ibarət ilk qanunlar külliyyatı yaratdı. Bu külliyyat 
onun adı ilə “Hammurapinin qanunları” adlandı.  Əhali arasında mübahisəli məsələlər bu qanunlarla həll 
edilirdi. Bu qanunlar hündür qara bazalt daş sütun üzərində yazılmış və dövrümüzə qədər qalmışdır. 
 Babil şəhəri Fərat çayının hər iki sahilində yerləşirdi. Onu əhatə edən divarların uzunluğu 8 km idi. 
Dünyanın yeddi möcüzəsindən biri olan “Semiramidanın asma bağları” e.ə. VII əsrdə burada olmuşdur. 
Şəhərin mərkəzində 90 m hündürlüyündə olan 7 mərtəbəli məbəd qülləsi ucalırdı.  
Babil  şahlığında riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya, təbabət və s. inkişaf etmişdi. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
56
Babillilər “Pifaqor teoremini” Pifaqordan min il əvvəl bilirdilər, çevrənin 360 dərəcə, saatın 60 dəqiqəyə 
bölünməsini öyrənmişdilər. Babillərdə elmin inkişafı Yunanıstanda və onun vasitəsi ilə  Qərbi Avropada 
yayılmasına böyük təsir göstərmişdir. Bu dövlətlərin qoşunları, keşikçiləri və  məmurları var idi. Burada 
padşahı «böyük adam» adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit tayfaları olmuşdur. 
Suvarma kanallarının çəkilməsi üçün kiçik dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı 
çox olan qüdrətli dövlət suvarma kanallarını çəkə bilərdi. Kiçik dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan 
dövlətinin yaranmasına gətirib çıxardı. E.ə. 2350-ci ildə Semit tayfalarının güclənməsi nəticəsində Akkad 
padşahı Sarqon bütün Mesopotamiyanı öz hakimiyyəti altında birləşdirdi. 1792-1750-ci illərdə hökmranlıq 
etmiş Babil hökmdarı Hammurapi bütün Mesopotamiyanı  fəth etmiş  və padşahlıq üçün vahid qanunlar 
qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları pozanları bu qanunlara əsasən mühakimə 
edirdilər. Lakin Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərinin işğalları ilə deyil, həmçinin mədəniyyəti ilə 
tarixə düşmüşdür. Həmin mənəvi dəyərlər sırasında İkiçayarası xalqlarının mədəniyyəti də özünəməxsus yer 
tutur. 
Dəclə və Fərat çayları arasında mövcud olan qədim şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir 
daha göstərir ki, Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ e.ə. 4000-ci ildə məskunlaşdırılmışdır. 
Bəzi alimlərin fikrincə, bu ərazi daha qədim tarixə malik olmuşdur. Qədim şəhər-dövlətləri Ur, Uruk və Kit 
daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar. Həmin sivilizasiyanı yaradanlar Şumerlər 
olmuşdur.  Şumerlər dağlıq  ərazilərdən gəlmişdilər. Bu xalqın mifologiyasının tədqiqi bir daha göstərir ki, 
onların qədim yurdları gəldikləri, sonradan əldə etdikləri vətənlərindən köklü surətdə fərqlənirmiş. Şumerlər 
Mixi yazılarını  kəşf etmiş («Zikkurat» adlı tikili də bu qəbildəndir), böyük işlər görmüşlər. Onların 
şəhərlərinin qalıqları (məsələn, Ur şəhərində aparılan qazıntılar) yüksək sivilizasiyadan xəbər verir. Burada 
böyük məbədlər tikilmiş, kahinlər, mirzələr yaşamış, qanunlar, ədəbiyyat və  zəngin mədəniyyət yaranıb 
inkişaf etmişdir. 
Zəmanəmizə  gəlib çatmış  Şumer və Akkad miflərində dünyanın yaranması  və quruluşu, allahların 
doğulması, onların xeyir-duaları  və  lənətləri, nəhayət, allahların yaradıcı  və dağıdıcı  fəaliyyətləri  əks 
olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad miflərində hakimiyyət uğrunda allahların mübarizəsi əks 
edilmişdir. Adətən bu heç də gərgin mübarizə və amansız münaqişə kimi göstərilmirdi. İntellektual məzmun 
baxımından Şumer-Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş baxışı ifadə edirdi. Bu miflərə 
əsasən həmin xalqların ciddi teoloji və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar. 
İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad 
allahları ilə yanaşı, Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. Babil allahlarının 
əksəriyyəti  Şumer allahlarıdır.  Şumer allahlarını    qəbul etmiş Babillilər onların xeyli hissəsinin adlarını 
dəyişmiş, funksiya və vəzifələrini isə dəyişməz saxlamışlar. Şumerlərdə allahların daxili iyerarxiyası mövcud 
olmuşdur. Hər bir allah özünəməxsus mövqe tutmuşdur. Allahlar panteonu cəmiyyət və dövlət qaydalarına 
uyğun təşkil edilmişdi. Allahlar iyerarxiyasının zirvəsində  əvvəllər  Şumer allahı Anu dururdu. O, özünə 
göylərdə məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu 
cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən məhdud sayda məbədlərdə sitayiş edirdilər.  İnsanlara 
düşmən kəsilən Anu onlara müxtəlif bəlalar göndərirdi. Odur ki, onunla dindarlar arasında heç vaxt yaxınlıq 
və etibarlılıq münasibətləri yaranmamışdır. Təsadüfi deyildir ki, Şumer dövründə Anunun yerini bir sıra 
münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı. 
Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə 
qalxdı. O, talelər cədvəlinə malik idi. Bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni 
zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında da hökm verə bilirdi. 
Enlil təbiətin dağıdıcı qüvvələri-tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları 
cəzalandıra bilərdi. Adamları, habelə yer üzündə mövcud olan bütün canlıları  məhv etmək üçün dünya 
daşqınını o göndərmişdi. Atası Anu kimi Enlil də qorxunc cəza verən allah imiş  və insanlar üçün onun 
etimadını qazanmaq olduqca çətin olmuşdur. 
Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı semit xalqları isə Eya adlandırırdılar. Eya su dibi allahı 
olub Enlilin oğlu idi. Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə  də  Şumerlər bütün 
biliklərinə görə Eyaya borcludurlar. Eya sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə 
görə yazı Eyanın sayəsində  kəşf edilmişdi. Eyanın  əqli insanlara imkan verir ki, yerin gizli qatlarının və  
səmanın sirlərinə yiyələnsin. Eya xəstəlikləriə, bədbəxtliklərə  və müxtəlif fəlakətlərə çarə tapan allah 
sayılırdı. Ona gizli cadugərlik məlum idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər. Dünyanın 
yaranması haqqında epik əsatirə görə Eya insanları gildən yapmış,  əjdaha Kinqunun qanı ilə onlara can 
vermişdir. Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə adamların məhv olmasının qarşısını 
kəsən Eya hiyləyə əl atmışdı. Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında məlumat verilməsin. 
Allahlarla birgə Eya da and içmişdi ki, insanlara məlumat verməyəcək. Lakin Eya bir vasitəyə  əl atmışdı. 
Sirrini qamış daxma vasitəsilə Utnapiştiyə demişdir: 
Lakin Eya sirləri danışmışdı daxmaya, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə