İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
53
 
FƏLƏSTİN 
 
Fələstində samilərdən  əvvəlki dövrlərdə yaşamış  əhali barədə arxeoloji qazıntılar və Tövratda əks 
olunmuş materiallar məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz tutan sami qəbilələri 
Fələstindən keçib gedirmiş.  Şimaldan  əks istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş. 
Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar edilmişdir. Fələstin  əhalisinin böyük hissəsini 
qərbi sami qrupuna məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi. Ümumi yəhudi adı ilə 
məlum olan samilərin növbəti köçü mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli boylarına 
bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. 
Aralarında qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və israillilərlə etnik yaxınlığından 
xəbər verir. 
Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların Musa peyğəmbərin başçılığı altında Misiri 
tərk etməsi, Sinay səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması təsvir olunur. E.ə. XIII əsrdə onlar 
artıq bir neçə qala istisna olmaqla (o cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə 
məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində ehtimal ki, Krit mənşəli filistin qəbilələri də 
məskunlaşırlar. Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında  böyük rol oynamışlar. Yerli etnoslar 
dəmir emalını onlardan öyrənmişdi. 
Fələstinin sahil zolağını zəbt etmiş filistinlilər yəhudi və hanaanlarla amansız müharibələr aparırdılar. 
Qısa barışıq dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı. 
İsraillilər ölkənin bağçılıq və  əkinçiliyin inkişaf etdiyi şimal bölgəsində, yəhudilər isə oturaq 
maldarlığın üstünlük təşkil etdiyi cənub bölgəsində məskunlaşmışdılar. 
Davudun dövründə  əhalinin siyahıya alınması keçirildi. Davud filistinliləri bir neçə  dəfə döyüşdə 
məğlub etdi, qərb sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə qonşu dövləti işğal edib 
ölkə  ərazisini genişləndirdi. Edumun zəbt olunması Akab körfəzinin limanlarına çıxmaq imkanı verdi. 
Davud Hanaan şəhəri Qüdsü tutub ölkənin paytaxtı elan etdi. 
Davudun oğlu Süleymanın hakimiyyəti dövründə dövlət aparatı möhkəmləndirildi. Misir, Finikiya, 
Suriya və cənubi Ərəbistanla ticarət əlaqələri quruldu. İnşaat işləri vüsət aldı, Finikiyadan peşəkar memar və 
nəqqaşlar dəvət olundular. Qüdsdə möhtəşəm Yahve məbədi və gözəl imarətlər tikildi. 
Şərqi Aralıq dənizi ölkələrinin mədəniyyəti yerli kənani tayfalarının nailiyyəti  əsasında inkişaf 
tapmışdı.  İlk zamanlar Misir və  İkiçayarası  mədəniyyətinin burada güclü təsiri olmuşdu.  Əhali qonşu 
xalqların yüksək mədəniyyətini yerli mühitə uyğun tətbiq edirdi. Bunun nəticəsində  Şərqi Aralıq dənizi 
ölkələrinin  əhalisi özünəməxsus mədəniyyət yaratmışdı.  İncəsənət sahəsində müəyyən nailiyyətlər  əldə 
etmişdilər. E.ə. II minillikdə qala və  məbəd tikintiləri geniş yayılmışdı. Məbəd divarlarında təsvirlər 
verilmirdi. E.ə. VIII-VI əsrlərdə Yerusəlim (Qüds) kahinləri insan və heyvanların təsvirini qadağan 
etmişdilər. Hətta allah Yahve belə  təsvir olunmurdu. Allah və müqəddəslərin  şəklinin qadağan edilməsi 
İslam dinində də qalmışdır. 
Şərqi Aralıq dənizi əhalisi əlifba sistemli yazı yaratmışdılar. E.ə. II minillikdə burada Misir heroqlif 
yazısından və  İkiçayarasının mixi yazılarından istifadə edirdilər. Həmin dövrdə Bibldə 100 işarədən ibarət 
hecalı yazı növü icad etmişdilər. Bu protobibl yazısı adlanır. Bu işarələri yadda saxlamaq daha asan idi. 
Protobibl yazı işarələri yeni yazı sisteminin yaradılmasına təsir göstərdi. İşarələrin sayını azaldıb sait səsləri 
ləğv etməyə başladılar. Saitlə samit səslər bir işarədə əks olunurdu. Bunun nəticəsində sadələşdirilmiş yazı 
sistemi yaradıldı. Uqaritdə belə yazılı hərflərin sayı 30-a çatırdı. Finikiya yazısı təkmilləşmiş əlifba sistemi 
təşkil edirdi. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər isə bu əlifbanı Hindistan 
və  mərkəzi Asiyaya kimi yaydılar. Qərbdə yunanlar müəyyən dəyişikliklər etməklə Finikiya əlifbasını 
mənimsədilər. Yunanlar bu əlifbanı soldan sağa yazmağa başladılar və bir neçə sait səsi əlavə etdilər. Bir sıra 
hərf adları Finikiya adlarını saxlamışdı. Məsələn, "əlif (Finikiya dilində "öküz" deməkdir), "beta" (həmin 
dildə "ev" deməkdir). Beləliklə, Finikiya əlifbası qərb və şərq əlifba sisteminin ilk nümunəsi olmuşdur. 
Şərqi Aralıq dənizi  əhalisinin dini təsəvvürləri müxtəlif olmuşdur.  İlk  əvvəl vahid panteon mövcud 
deyildi. Hər  şəhərin özünəməxsus allahı vardı. Onlar müxtəlif adlar daşıyırdılar. Adətən bu allahlar Baal 
(ağa), yaxud El (allah), bəzən Melek və ya Molox (hökmdar) adlanırdılar. Bibldə Adon (yunan allahı 
Adonis) allahına sitayiş geniş yayılmışdı. O, ölən və dirilən allah surətini təmsil edirdi. Mənası isə sadəcə 
olaraq "mənim ağam" deməkdir. Yahve hələ vahid allah hesab olunmurdu. Tövratda Elohim (allahlar) allah 
adı da işlənilirdi. Kosmik ilahələrə sitayiş uzun müddət davam etmişdi. Bəzən yadelli allahlara da sitayiş 
olunurdu. Tədricən Yahve israillilərin və  yəhudilərin ümumi allahına çevrildi. Yahve öküz şəklində  təsvir 
olunurdu. E.ə. V-III əsrlərdə yəhudi dini formalaşdı və iki təriqət əsasında inkişaf tapdı. Çoxallahlılıq təqib 
edildi və vahid allaha sitayiş bərqərar oldu. 
Yəhuda və  İsrail  ədəbiyyatı qonşu xalqları, xüsusilə  İkiçayarası  və Misir ədəbiyyatı  əsasında 
formalaşırdı. Bu ədəbiyyat Tövratda öz əksini tapmışdı. Dünyanın  əmələ  gəlməsi, ümumdünya daşqını 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
54
əfsanələri bilavasitə  Şumer və Babilistan təsiri altında meydana gəlmişdi. Tövrat mövzuları  nəinki 
xristianlığa, eyni zamanda islam dininin formalaşmasına da böyük təsir göstərmişdi. 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə