İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
67
uzadır. O, vücudlar yaradır, onlara «dirilik yemi» və «dirilik suyu» verib o dünyaya göndərir. Bu vücudlar 
İnannanı dirildirlər. Lakin axirət dünyasının qayda-qanununa görə, oraya gedən işıqlı dünyaya qayıda 
bilməzdi, işıqlı dünyaya qayıtmaq istəyən adam özünə əvəz verməli idi. İnanna da bu qaydaya riayət etməli 
idi. Bu şərtlə İnanna zalım iblislərin müşayiəti ilə işıqlı dünyaya qayıdır. Çox gəzdikdən sonra İnanna Uruk 
şəhərinin Kullab məhəlləsinə  gəlib çatır. Bu şəhərin hökmdarı onun əri Dumuzi imiş.  İnanna görür ki, 
Dumuzi arvadının taleyinə ağlamaq əvəzinə şadlanır, gününü eyş-işrətlə keçirir. İnanna ona öldürücü nəzər 
salır və ərini amansız iblislərə təhvil verir. Dumuzi qorxusundan ağappaq olur, dərdini bacısı Geştinannaya 
danışır. Geştinanna ona gizlənməyi məsləhət görür. İblislər Geştinannanı tutub, ona əzab-əziyyət verirlər və 
ondan Dumuzinin yerini xəbər alırlar. Bacısını ölümdən xilas etmək üçün Dumuzi üzə çıxır. İblislər onun əl-
qolunu bağlayıb, o dünyaya aparmaq istəyirlər. Dumuzi arvadının qardaşı Utudan onu ceyran görkəminə 
salmasını xahiş edir. Ceyran görkəminə düşmüş Dumuzi qaçıb bir müddət gizlənə bilir. İblislər onu tapırlar 
və döyə-döyə öldürürlər. Lakin bitki ilahəsi Geştinanna qardaşının daima o dünyada yaşamasına razı olmur. 
İlin yarısını qardaşının yerinə o dünyada yaşayır, Dumuzi isə bir müddət işıqlı dünyaya keçir. Dumuzi yer 
üzünə çıxanda təbiət canlanırmış, bitki və ağaclar göyərirmiş, isti günlər başlanırmış. 
Bu  əfsanənin Babil variantı hadisələrin gedişi ilə  fərqlənir. Burada Dumuzi İştarın həm  əri, həm də 
qardaşı kimi qələmə verilmişdir. 
Dumuzi ov zamanı  həlak olur. İştar onu qaytarmaq üçün axirət dünyasına, yəni «gedər-gəlməz» 
dünyaya düşür. Yeraltı hökmdar qadın Ereşkiqal onun gəlişindən qəzəblənir və keşikçiyə tapşırır ki, yeraltı 
qanunlar  İştara da tətbiq edilsin. İştar axirət dünyasına daxil olur. Ereşkiqal onun üstünə 60 dərd-bəla 
göndərir. Yer üzündə həyat sönükləşir, laqeydlik yaranır, sevgi-məhəbbət yoxa çıxır, doğum kəsilir, körpə 
səsi eşidilmir. Allahlar İştarın azad olması üçün tədbir görürlər. Onlar yer üzündə insan nəslinin, heyvan və 
quşların məhv olacağından qorxurlar. Səma allahları Ereşkiqalın yeraltı padşahlığına qasid göndərirlər. İlahə 
allahların tələbini yerinə yetirməyə məcbur olur. İştar əlində bir qab dirilik suyu axirət dünyasını tərk edir. O, 
dirilik suyunu Dumuzinin meyiti üstünə tökür və onu həyata qaytarır. Dumuzin dirilməsi ilə təbiət yenidən 
canlanır.  
Şumer  əfsanələrinə görə, allahlar insanların sayının, qüdrətinin, müdrikliyi və  fəallığının artmasını 
görərək qorxuya düşmüş  və yer üzündə onların sayını azaltmaq qərarına gəlmişlər.  Əfsanəvi rəvayətdə bu 
haqda deyilir: «Lap çoxdan, yüz illər  əvvəl, yer üzündə yekdillik mövcud idi. Nə ilan vardı, nə  əqrəb, nə 
qorxunc şir vardı, nə acgöz qurd, nə tamahkar kaftar vardı, nə də vəhşi it. İnsanlar hamısı bir dildə danışırdı 
və bir-biri ilə  həmrəy yaşayırdılar. Qorxu və paxıllıq yox idi. Heç kəs hakimiyyət və var-dövlət yolunda 
rəqabət aparmırdı. Böyük Şumer, ilahi qanunlar ölkəsi və qonşu ölkələr “sülh və  həmrəylik  şəraitində 
yaşayır, heç bir rəqabət aparmırdılar”. Müdriklik allahı Enki birdən öz uçurum aləmindən baş qaldırdı, 
adamlara baxdı  və gördü ki, onlar xeyli çoxalmışlar, hədsiz güclənmişlər, son dərəcə  də  məharətli və  fəal 
olmuşlar.  Ən müdrik allah dəhşətə  gəldi və Enlilə dedi: «Ehtiyatlı ol, qardaşım. Sənə tabe olan insanların 
sayı çoxalır, onlar qüdrətli bahadırlara çevrilirlər. Onlar fəndgir və  fəal olurlar, şəhər və istehkamlar 
yaradırlar. Qorx ki, onlar bizə tay olmasınlar... Onların sayını azaltmaq lazımdır, onları qorxutmaq lazımdır 
ki, özlərini allahlara tay saymasınlar... Vəhşi heyvanları yaradaq ki, onlar insanları  məhv etsin və sayını 
azaltsınlar. Yer kürəsinə bürkü və  çəyirtkə göndərək ki, aclıq başlansın və adamların sayı azalsın. Zalım 
İrranı (taun, vəba allahını) onların üstünə qaldıraq, qoy o, insanları 60 dərd-bəla ilə qırsın. Onda adamların 
sayı azalar və onları barmaqla saymaq mümkün olar. Adamların bir-biri ilə arasını vuraq, qoy qardaş qardaşı, 
qonşu qonşunu qırsın, qoy tayfa tayfaya, xalq xalqa qarşı dursun. Onda adamların sayı azalar, itaətdə olar və 
bizim qarşımızda qorxudan əsərlər». Enlil Enkinin məsləhətinə uyğun hərəkət etdi. «Onlar hətta xalqları 
ayırdılar və hər xalq öz dilində danışmağa başladı». İnsanların sayı azaldıqdan sonra qırğın dayandırıldı.  
Əfsanədə insan cəmiyyətində baş verən hadisələrə, adamların qarşılıqlı münasibətlərində mövcud olan 
naqis cəhətlərə dini don geyindirilmişdi. 
İnsan nəslinin kökünü kəsmək məqsədilə allahların törətdiyi «Ümumdünya daşqını»  əfsanəsi qədim 
Şumer və Akkad əsatirlərində  əks olunmuşdur. Sonrakı dini kitablarda (Tövrat, Quran) da «Ümumdünya 
daşqını» allahın qəzəbindən doğan əməl kimi şərh edilmişdir. Bu dini müddəa da İkiçayarası əfsanələrinin 
təsiri altında meydana gəlmişdi. 
«Ümumdünya daşqını»  əfsanəsi hadisələrin gedişini Anu və Enlil başda olmaqla allahlar şurasının 
qərarından başlayır. Qeyd edək ki, şumer rəvayətini  əks edən kitabə  zədələnmişdir, buna görə çatışmayan 
hissələr Akkad rəvayəti əsasında bərpa olunmuşdur. Allahlar bu qərarı adamlara xəbər verməyəcəklərinə and 
içirlər. Anu və Enlil qəfildən su selini törətmək niyyətində imişlər. Lakin bəzi allahlar insan nəslini məhv 
etmək qərarından narazı imişlər. Belə allahlardan biri, yəqin ki, Enki (akkadlarda Ea) bu qərarı gizli surətdə 
insanlara çatdırmaq niyyətinə düşür. O, allahlardan qorxan və dindar Ziusudra adlı bir hakimin evinə 
yaxınlaşır və allahların gizli niyyətini evin divarlarına söyləyir. Ziusudra divar arxasında ilahi sözləri eşidir, 
baş verəcək daşqından agah olur. Əfsanənin Akkad nüsxəsində deyilir ki, Ea Utnapiştimə yox, evin 
divarlarına müraciət etdi, çünki o, andı pozmaq istəmirdi. O, demişdi: «Ey daxma, qamış divar, eşit və yadda 
saxla. Qoy Şuruppak sakini Utnapiştim, Ubartutu oğlu gəmi düzəltsin və canını xilas etsin». Ertəsi gün 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə