İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
69
işlənmiş mixi işarələrin bir çoxu başqa mənada da oxuna bilər. Bu istiqamətdə aparılan tədqiqatlar qədim 
mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni mühakimələr ortaya çıxarır. 
Tədricən mixi işarələr təkmilləşir, bəzən də sayı azalırdı. Mixi yazı növü akkadlar və qonşu qədim 
xalqlar tərəfindən mənimsənilmişdi. Ön Asiya xalqları bu yazı növünü mümkün dərəcədə öz dillərinin 
xüsusiyyətlərinə uyğunlaşdırırdılar. Mixi (mismarı) yazılar üç min il ömür sürmüş, e.ə. I minilliyin sonunda 
aradan çıxmışdı. Həmin minilliyin əvvəlində  İkiçayarasında samidilli arami tayfalarının gətirdiyi arami 
əlifba yazı növü də tətbiq olunmağa başladı. 
İkiçayarası  qədim xalqları müxtəlif bədii  əsər növləri (janr) yaratmışlar.  Şumer  ədəbiyyatı e.ə. lll-ll 
minilliyin  əvvəli  ərzində çiçəklənmə  mərhələsinə  qədəm qoymuşdu. Təxminən 150 (xırda parçalarla 
birlikdə)  şumer  ədəbiyyat nümunəsi üzə  çıxmışdı. Bunlar yazıya köçürülmüş  şifahi xalq yaradıcılığı 
nümunələri, xüsusilə əfsanələr, allah və hökmdar şərəfinə deyilmiş himnlər, fəlakətli hadisələr, dəfnlə bağlı 
ağılar və mərsiyələr, atalar sözü və zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq dastanları, məhəbbət mahnıları və 
s. olmuşdur. Eyni zamanda şumerlər müxtəlif həyati və  məktəb mövzularında bədii  əsərlər yaratmışdılar. 
Şumerlərdən başqa akkadlar da müxtəlif  ədəbiyyat nümunələri yaratmış, bir çox şumer  ədəbi  əsərlərini 
akkad dilinə  tərcümə etmiş, bəzən də  şumer mövzularını  təkmilləşdirmişdilər. Bədii üslub Akkad 
hökmdarlarının salnamələrində də öz əksini tapmışdı. İkiçayarasında bədii əsərlərin tərtibatı arami dilində də 
aparılırdı. Yazılı ədəbiyyatla yanaşı İkiçayarasında şifahi xalq yaradıcılığı da öz varlığını saxlayırdı. Şifahi 
xalq yaradıcılığı nümunələrinin böyük hissəsi yazıya köçürülməmişdi, onlar əzbərləmə yolu ilə ifa olunurdu. 
Bunların müəyyən qismi ibadət xüsusiyyəti daşıyırdı. 
Bir qayda olaraq allahların  şərəfinə oxunan, mədh, tərifləmə xüsusiyyəti daşıyan himnlər adətən 
bayram ziyafətləri zamanı mahnı kimi ifa olunurdu. Allahın  əməlləri sadalanır, adları  çəkilir və onlardan 
kömək dilənirdi. Himnlər təkbaşına kahin tərəfindən və ya xorla dindarlar tərəfindən ifa edilirdi. Mətn adətən 
qabaqcadan öyrənilirdi. Himn xüsusiyyətli mahnılar külliyyatı Nippur dini mərkəzlərində tərtib olunmuşdu. 
Himnlər mirzələr hazırlayan məktəbdə öyrənilirdi. Hökmdarların  şərəfinə  də himn xüsusiyyətli mahnılar 
qoşulurdu. Adətən himn ilahiləşdirilmiş hökmdarlara həsr olunurdu. 
İkiçayarasında ağı da təmsil olunmuşdu. Bu da şifahi xalq yaradıcılığı  əsasında meydana gəlmiş 
poeziya növü idi. Ağılar müxtəlif səbəblərdən yaradılırdı. Ağıların matəm və dini mərasim formaları vardı. 
İqtisadi və siyasi fəlakət üz verəndə  ağlaşma keçirilirdi. Belə  ağlaşmalardan biri Laqaş  şəhərinin 
Luqalzaqqesi tərəfindən dağıdılmasına həsr edilmişdi. Ağı yanan şəhəri, adamların  əsarətini, məbədlərin 
murdarlanmasını  təsvir edirdi, şəhəri dağıdanlara lənətlər yağdırırdı. Dini məzmun daşıyan ağılar Ur 
şəhərinin, Şumer və Akkadın dağıdılması ilə əlaqədar meydana gəlmişdi. Dəfn mərasimi ilə bağlı qoşulmuş 
ağı mahnısı ata və arvadın ölümünü təsvir edir. Mahnıda atanın ölümündən, oğlunun uzaqlarda bu xəbəri 
eşidib matəm saxlamasından, arvadının dul qalmasından, övladlarının və gəlinlərinin göz yaşı axıtmasından, 
ailə üzvlərinin xoşbəxt və sağlam qalmasından bəhs edilir və ailə başçısını öldürən qatilə lənətlər yağdırılır. 
Digər mahnı arvadın vəfatı,  ərinin tək qalması  və  qəm-qüssə içində  mərhum qadının  şərəfinə  mədhiyyə 
oxuması («haradasan, səni çağırmaq istəyirəm, haradasan, mənim qiymətli brilyantım, səni çağırmaq 
istəyirəm» və s.), sağ qalanlara xoş arzular söyləməsi («Qoy sənin  ərin sağ-salamat olsun, qoy sənin 
övladlarının taleyi xoş  və firavan olsun, qoy Utu (günəş allahı) axirət dünyasında sənə  işıq versin» və s.) 
barədə ağı mətnindən ibarətdir. İndinin özündə də müasir Şərq xalqlarının dəfn mərasimlərində ağı ifa edilir. 
Dastanlar tarixi hadisələri əks etdirirlər. Bu dastanlar Nippur külliyyatında cəmləşdirilmişdi. Doqquz 
belə dastan məlumdur. Dastanlarda iştirak edən bəzi qəhrəmanlar, məsələn, I Uruk sülaləsinin hökmdarları 
Enmerkar, Luqalbanda və Gilqameş tarixi şəxsiyyətlər olmuşlar. 
«Enmerkar və Aratta hökmdarı» dastanı e.ə. III minilliyin birinci yarısında baş vermiş hadisələrdən 
danışır. Dastan Enmerkarla Aratta hökmdarı arasında mübahisə  şəklində  tərtib olunmuşdu. Aratta ölkəsi 
İkiçayarasının şimal-şərqində Urmiyyə gölünün cənub və cənub-şərq torpaqlarını əhatə edirdi. Dastan Aratta 
hökmdarının adını  çəkmir, lakin onu «en» (kahin-hökmdar) adlandırırdı, ölkəni isə yeddi dağ arxasına 
yerləşdirirdi. Uruk hökmdarı Enmerkar Arattanı özünə tabe etmək və varidatını  əlinə keçirmək niyyətində 
imiş. Bu məqsədlə o, kömək üçün ilahə  İnannaya müraciət edir. Enmerkar İnannanın lütfü ilə Aratta 
adamlarını qızıl, gümüş, lacivərd və s. gətirməyə məcbur etmək istəyirdi. Enmerkarın İnannaya müraciətində 
deyilir: «Aratta, qoy mənə, Uruka tabe olsun. Aratta adamları qoy mənim üçün öz dağlarından dağ  aşı 
gətirsinlər, qoy mənim üçün böyük ibadətgah tiksinlər, qoy mənim üçün böyük məbəd ucaltsınlar». İnanna 
Enmerkara Arata hökmdarının yanına qasid göndərməsini məsləhət gördü. Enmerkar Arattaya qasid 
göndərdi. Qasid "Qara dağı" aşdı, yeddi dağı keçdi və Aratta ölkəsinə daxil oldu. Qasid Ermerkanın tələbini 
Aratta hökmdarına şifahi yetirdi. 
Aratta hökmdarı  əvvəl Enmerkarın tələbini qəbul etmədi, özünü İnannanın sevimlisi kimi qələmə 
verdi və dedi: "Qasid! öz ağana, Kulabın ali kahin-hökmdarına de: - Mən, ali kahin-hökmdar, təmiz  əlin 
(İnannanın) təyin etdiyi adamam. Səma hökmdarının özülü, kainatın hökmdar qadını, bütün qanunlar hakimi 
müqəddəs  İnanna məni pak adət-ənənələr ölkəsi Arattaya həqiqətən gətirdi, dağlarda onun (Arattanın) 
önündə böyük qapı kimi məni qoydu. Necə ola bilər ki, Aratta Uruka boyun əysin? Aratta Uruka boyun 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə