İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
30
bilik mənbəyi məktəblər idi. Biliklər tətbiqi xüsusiyyət daşıyırdı. Riyaziyyat sahəsində biliklər praktiki 
tələbatdan doğurdu, yer ölçənlərin və inşaatçıların işini yüngülləşdirməli idi. Sərdabələrdə xüsusi iplə torpaq 
ölçən adamların  şəkli çəkilirdi. Hesab və  həndəsə sahəsində sadə biliklərə malik idilər. Dəqiq riyazi 
hesablama nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə  ən böyük nailiyyət onluq hesablama 
sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu. Hətta 
milyonu bildirən işarə vardı: bu təəccübdən əllərini qaldırmış adam şəklində təsvir olunurdu. 
Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər düzbucağın, yarım bucağın, xüsusilə bərabəryanlı 
üçbucağın, trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr sahəsində bir naməlum tənliyi 
çıxara bilirdilər. Astronomiya sahəsində müəyyən nailiyyətlər  əldə edilmişdi. Planeti ulduzdan 
fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər xüsusi təqvim yaratmışdılar. İli hər bir ayı 30 
gündən ibarət 12 aya bölmüşdülər.  İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365 gündən ibarət olurdu. 
Misir təqvim ili tropik ildən dörddə bir sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu. 
Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad etmişdilər. 
Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər müalicə olunurdu. Misir həkimləri insanın 
anatomiyasına bələd idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu öyrənməyə imkan yaradırdı. 
Həkim bacardığını edirdi. Həkim xəstəyə baxıb xəstəlik  əlamətlərini və müalicə vasitələrini 
müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi. Həkim öz müalicə imkanlarını  xəstəyə 
əvvəldən bildirməli idi və bunu belə deməli idi: "Bu xəstəliyi mən müalicə edə bilərəm, yaxud bu xəstəliyi 
mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi mən müalicə edə bilmərəm". Cərrahlıq geniş inkişaf tapmışdı. 
Misir Qədim  Şərqin inkişaf etmiş  mədəniyyət (sivilizasiya) mərkəzlərindən birinə çevrilmişdi. Bu 
sivilizasiyaya mənsub olan dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz 
varlığını saxlaya bilmiş, digər ölkələrə təsir göstərmişdi. Misir Qədim Şərqdə ən uzun ömürlü dövlətlərdən 
biri olmuşdu. 
Qədim Misirdə  həm bədii  ədəbiyyat - nağıllar, hökmdarların öz övladlarına nəsihətləri, fəlsəfi 
dialoqlar, o cümlədən məşhur «ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı. Heykəllər
divar rəsmləri, daş üzərində təsvirlər Qədim Misir üçün səciyyəvi idi. E.ə.VI əsrdə Misir farslar tərəfindən 
işğal edilmişdir. Onların hökmranlığı e.ə. 405-ci ilə  qədər davam etmişdir. E.ə. 332-ci ildə Misir İsgəndər 
tərəfindən işğal olundu. Onun şərəfinə tikilən  İsgəndəriyyə ellin mədəniyyətinin Misirdə, Misir 
mədəniyyətinin Yunanıstanda yayılmasına səbəb oldu. Burada hündürlüyü 100 metrdən artıq olan, dünyanın 
yeddi möcüzəsindən biri sayılan İsgəndəriyyə mayakı tikilmişdir. 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
31
 
  
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
32
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
33
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
34
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
35
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
36
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
37
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
38
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
39
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
40
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
41
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
42
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
43
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə