Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə35/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   175
Dörd nəcib həqiqət
aşkar olur. Bir az da dərinə enəndən sonra 
ona səbəb-asılılıq əlaqəsinin yaranmasının ümumi prinsipi aydın olur. Nəhayət, 
Siddharthanın dərrakəsi dördüncü mərhələyə çatır və zehnində nirvananın 
pozulmayan sükunət nuru parlayır. Bu vaxt o, trans (samadhi) vəziyyətinə düşür 
və artıq şahzadə Siddhartha Qautama şəxsiyyət kimi əriyib yox olur, əvəzində 
dünyaya aydınlanmış, oyanmış müdrik – Budda qayıdır.
Həmçinin Buddizmin mistik ənənəsində 
qeyd olunur ki, Budda yeddi gün trans 
vəziyyətində qalır, səkkizinci gün bu haldan 
çıxır. Dərhal Mara yaxınlaşıb sonuncu dəfə onu 
yoldan azdırmağa çalışır. O, Buddaya təklif edir 
ki, heç yerə getmədən bodhi ağacının altında 
qalsın, qazandığı xoşbəxtlik hissindən həzz 
alsın, həqiqəti digər insanlara təbliğ etməsin. 
Lakin Budda bunu rədd edir və Hindistanın dini 
mərkəzlərindən biri olan Benaresə (Varanasi) 
yollanır. Benaresdə Maral parkında özünün 
Budda olduğunu elan edir və “Təlim təkərinin
dönüşü” mövzusunda ilk möizəsini söyləyir. 
Buddanın ilk dinləyiciləri vaxtı ilə onu “dönük” 
adlandıraraq tərk edən beş zahid yoldaşı idi. 
Onlar Buddanı dinlədikdən sonra söylədiklərinə 
iman gətirirlər, beləliklə “sanqha” adlanan buddist icmasının ilk rahibləri olurlar.
Siddhartha bundan sonra hər yerdə Budda Şakyamuni (Sakya qəbiləsinin 
aydınlanmış müdriki) kimi tanınır və ömrünün son qırx beş ilini Hindistanın 
şimal-şərqində yerləşən dövlətlərdə təlimini yaymağa həsr edir. Varlı tacir 
Anathapindada Koşala dövlətinin paytaxtı Şravasti şəhərinin yaxınlığında 
yerləşən meşəliyi yeni yaranmış icmaya bağışlayır. İcmaya qoşulanların sayı 
sürətlə artır. Budda qadınlar üçün də ayrı icma yaradır və beləliklə kişi rahiblərlə 
(bhikşu) yanaşı, qadın rahibələr (bhikşuni) meydana gəlir.
Budda ailəsini və yaxın qohumlarını unutmayaraq öz məmləkətinə 
qayıdır. Başda atası hökmdar Suddhodana, həyat yoldaşı Yaşodhara olmaqla 
Buddizmin simvolu -
Sansara Çarxı. 


MULTİKULTURALİZMƏ GİRİŞ
70
sakya qəbiləsi onu böyük sevinclə qarşılayır. Budda ilə söhbətdən sonra xanımı 
Yaşodhara və oğlu Rahula rahibliyi qəbul edirlər. Hökmdar Suddhodana 
vəliəhdsiz qalır və Buddadan söz alır ki, o bir daha ailənin bir oğul övladını 
valideynlərinin icazəsi olmadan icmaya qəbul etməyəcək. Budda buna söz verir 
və bu adətə indinin özündə də Buddizmin yayıldığı ölkələrdə ciddi riayət olunur.
Buddanın məşhurluğu onun əmisi oğlu Devadattanın paxıllığına səbəb 
olur. O, əvvəllər də şahzadə Siddharthanın uğurlarını paxıllıqla qarşılayırdı. İndi 
isə Buddanı fiziki olaraq məhv etməyə cəhd göstərir, lakin uğursuzluğa düçar 
olur. Daha sonra icmanı daxildən parçalamaq üçün yalandan rahibliyi qəbul edir. 
Amma onun bütün fitnə-fəsadları ifşa olunur və o, icmadan rüsvayçı şəkildə 
qovulur.
Zaman ötür, Budda yaşlanırdı. Mənbələrə görə, o, 80 yaşında Nayrancani 
çayının sahilində, Kuşinaqara adlanan yerdə tələbələri ilə vidalaşır, onlara 
öz güvvələrinə güvənmək və xilas olmaq naminə səylə çalışmaq barədə son 
məsləhətlərini verir. Daha sonra sağ tərəfi üstündə uzanır, üzünü şərqə çevirir, 
sağ əlini başının altına qoyaraq meditasiyaya qərq olur və əbədi nirvanaya 
qovuşur (parinirvana).
Onun vəfatından sonra tələbələri adət-ənənə üzrə Buddanın nəşini 
yandırdılar. Hörmət əlaməti olaraq, ətraf dövlətlərin hökmdarları onun yanmış 
cəsədinin külündən bir hissə götürüb saxladılar. Daha sonra həmin külü 
“stupa” adlanan və konusvari formada inşa olunan xüsusi tikililərin içərisinə 
yerləşdirdilər.
Budda sağlığında özündən sonra icmanı idarə etmək üçün heç kəsi təyin 
etməmişdir. Ona görə də onun vəfatından qısa müddət sonra tələbələri Rajagriha 
şəhərində
toplaşaraq ilk böyük şura yığıncağı çağırdılar. Şuranın məqsədi 
Buddanın dediyi və öyrətdiyi bütün məsələlərin şifahi ötürülməsində səhvlərin baş 
verməməsini təmin etmək idi. Buddanın üç məşhur tələbəsi – Ananda, Mahakaşyapa 
və Mahamaudqalyayana hafizələrindən Buddanın fəlsəfi təlimini, moizələrini, 
nəsihətlərini, öyrətdiyi normaları, icmanın qayda və qanunlarını bir araya gətirirlər. 
Sonrakı dövrlərdə də buddist rahiblər arasında yaranmış müəyyən fikir ayrılıqlarını 
aradan qaldırmaq üçün üç böyük şura yığıncağı çağırılmış və imperator Aşokanın 
(e.ə. 273-232) bu məsələdə xüsusi xidmətləri olmuşdur. Ümumiyyətlə, Buddizmin 
tarixi baxımından e.ə. III əsrdə Hindistanda hakimiyyətdə olmuş imperator 
Aşokanın fəaliyyəti böyük əhəmiyyət kəsb etmişdir.


71
DÜNYA DİNLƏRİ 
Belə ki, Aşoka Buddizmi qəbul etdikdən sonra, onun geniş arealda 
yayılması istiqamətində tədbirlər görmüş, bu dinin təbliğatçılarını dəstəkləməklə 
onu dövrünün ən böyük dininə çevirmişdir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə