Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   67
Maili quyular

 
“POWERDRIVE
”- 
sistemi yığım şəklində. 
İdarə blokuna daxildir: elektronika bloku, stabilləşdirici 
giroskop, enerji turbininin generatoru; idarə edici klapan. 
İnhirafetdirici blokda inhirafetdirici dayaqları hərəkətə gətirən 
mərkəzi klapan vasitəsilə elektronika ilə idarə olunan 
mürəkkəb hidravliki sistem qurulmuşdur. 
Alətin fırlanması ilə sinxronlaşdırılmış inhirafedirici 
dayaqlar gövdədən çıxır, bununlada sistemin gövdəsini 
həmçinində baltanı əks tərəfə yönəldir və növbəti dayaq 
hərəkətə gələn zaman geri gövdəyə qayıdır (şəkil 9.8). 
Qazıma 
zamanı 
konkret 
şərait 
üçün 
xüsusi 
layihələndirilmiş və ATP lövhələrlə təchiz olunmuş baltalardan 
istifadə edirlər. 
“Rid Xaykaloq” baltasının diametri 114-dən 464 mm-ə 
qədər olur, intensiv surətdə əyriliyi yığan kiçik hündürlüklü 
aqressiv təchizatlı lövhələrə malikdir. 


261 
Şəkil 9.8. Trayektoriyanı idarə edən ünsürlər. 
Şəkil 9.9-də kavernaölçənin üç ölçülü qrafiki göstərir ki, 
sadə quyudibi mühərriklə azıma zamanı dəyişən diametrli 
qeyri-bərabər, “Powerdrive” sistemindən istifadə edən zaman 
isə hamar səlis quyu lüləsi alınır. 
 
 
 
 
Şəkil 9.9. Quyu lüləsinin vəziyyəti. 


262 
9.2. Baltanın pozisionlaşdırılması “Point the bit” İRS. 
Bu tip sistemə aiddir: “Geopilot”-Halliburton Sperry-Sun, 
AQS (Autemeyted Qaydans Sistem)-KDAL (Kembridj Drilling 
Avto Ltd.), Smartsliv – “Rotari Strabl Tulz”, “Anderdrill” və 
“Dart”- Anderqeydj”. 
Baltanın pozisionlaşdırılması texnologiyası alətə nisbətən 
ötürücü valın yerdəyişməsi və onun əyriliyinin dəyişməsi balta 
dişlərinin süxurla təmas bucağının dəyişməsinə gətirib çıxarır. 
Geopilot”- Sperry-Sun. 
Sperry-Sun şirkəti Yaponiya Milli Neft Korporasiyası ilə 
birlikdə 
baltanı 
pozisionlaşdırılması 
“Geopilot” 
İRS-ni 
işlədirlər. “Geopilot” qurğusu şəkil 9.10-da göstərilmişdir. 
Şəkil 9.10. “Geopilot” – sisteminin xarici görünüşü və 
ölçüləri 
Fırlanmayan 
gövdədə 3 bilavasitə balta üstündə 
inklinometrik datçiklər yerləşdirilir; ötürücü vala balta 1 
bağlanır. Gövdənin 3 vəziyyəti diyircəkli stabilləşdirici 4 
vasitəsilə qeyd edilir. Yuxarı hissədə telemtriya datçikləri 5, 
elastiki keçirici 6 və telemetriya aləti 7 yerləşir. 
Ötürücü val 1 (şəkil 9.11) yuxarı və aşağı şarikli 
dayaqlarda (podşipniklərdə) yerləşdirilir. Yuxarı şarikli dayaq 2 
silindr formasında, aşağı şarikli dayaq 4 kürə formasında olub, 
baltanı pzisionlaşdrımaq üçün işlədilir. Ekssentrik halqa 3 


263 
ötürücü valı ortadan əyir və nəticədə balta 5 əks istiqamətə 
inhiraf edir. 
Baltanın 5 pozisionlaşma intervalı mürəkkəb üç ölçülü 
profilin yerinə yetirilməsinə imkan verir. 
Şəkil 
9.12a-da 
ekssentriklər 
diametr 
üzrə 
əks 
istiqamətlidir, bu halda ötürücü val düz qalır. Şəkil 9.12 b-də 
ötürücü valın maksimum əyilməsi üçün halqa eyni istiqamətə 
yönəlir. Ekssentriklərin vəziyyəti istənilən istiqamətə dəyişə 
bilər (şəkil 9.12 c) iş diapazonunda balta uyğun olaraq istənilən 
bucaqla pozisionlaşa bilər. 
Şəkil 9.11. İnhirafetdirici qurğunun prinsipial sxemi 
Şəkil 9.12-də ekssentrik halqanın hərəkət sxemi verilir. 


264 
“Geopilot”un əsas xüsusiyyətlərindən biri – xüsusi 
layihələndirilmiş böyük yan səthli “Sekyuriti-DBS” baltasının 
istifadısidir (şəkil 9.13). 
Uzun pərlər quyu lüləsinin keyfiyyətini yaxşılaşdırır və 
trayektoriyanı stabilləşdirir, xüsusən də yumuşaq süxurların
qazılmasında. “Geopilot” sistemi uzun düzxətli intervalın 
qazılmasında daha yaxşı hesab edilir. 
Bu sistemin idarə olunması iki rejimdə yerinə yetirilir. Əl 
ilə idarə rejimində sistemin vəziyyətinə operator vasitəsilə 
nəzarət olunur. 
Avtomatik rejimdə “Geopilot” trayektoriyanı düzəltmək 
və 
saxlamaq 
alqoritmasından 
istifadə 
etməklə 
proqramlaşdırılmış trayektoriya üzrə aparır. Məlumatların yer 
üzərinə qaldırılması müsbət impulsu hidravliki əlaqə kanallı 
telemetriya ilə yerinə yetirilir, idarə asan başa düşülən xüsusi 
komanda vasitəsilə, rotorun fırlanma tezliyi qazıma məhlulu 
selinin dəyişməsi yolu ilə yerinə yetirilir. 
Geopilot-Halliburton Sperry-Sun sistemində “Sekyuriti-
DBS” baltası ilə istənilən şəraitdə maili və üfüqi quyuların 
qazılmasında çox effektli nəticələr verir. 
Şəkil 9.13. “Sekyuriti-DBS” baltası 


265 
“Pauerdrayv” 
– 
Şlümberje 
bazasında 
baltanın 
pozisionlaşdırılması əsasında “Direkt” idarə olunan rotor 
sistemi işlənib hazırlanıb. (şəkil 9.14). 
Burada alət yuxarı intiqal (ötürücü) sistemi və ya quyudibi 
mühərriklə fırladılır. Bu sistemin qurğusunun gövdəsində 
aşağıdakılar yerləşdirilir: elektroenerji turbin generatoru, 
geonaviqasiya və stabilləşdirici datçikləri saxlayan elektronika 
bloku, 
elektrik 
mühərriki, 
universal 
keçiricidə 
yastıq 
(podşibnik) və hermtikləşdirici uzel yerləşdirilmişdir, baltanın 
intiqal valı (ötürücü0 valı). 
Şəkil 9.14. ”Direkt” sistemi yığım şəklində. 
Bu sistemdə dinamiki stabilləşdirici tədbiq edilir, belə ki, 
quyu oxundan intiqal (ötürücü) valın inhirafı qazıma kəmərinin 
ilə sinxronlaşdırılır (şəkil 9.15). 
Yastıq (podşibnik) üzərində yerləşən intiqal valı, quyu 
oxundan elektrik mühərriki vasitəsilə baltanı inhiraf etdirir. 
Baltaüstü keçiricidə baltanın dinamiki pozisionlaşmasına imkan 
verən inklinometriya datçiki yerləşir. 


266 
Şəkil 9.15. “Direkt” sisteminin sxemi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə