Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
Maili quyular

“Beyker-Xyuz İndeks” firmasının “Vertitrak” sistemi. 
Bu sistem istehsalatda şaquli quyuların qazılmasında 
tətbiq edilən ilk sistemdir. “Vertitrak” həcmi quyudibi 
mühərrikdən və baltanın yerdəyişmə texnologiyasından və 
yoxlanılmış idarə olunan rotor sistemində yeni effektli güc 
seksiyasını birləşdirir. Belə ki, şaquli quyuda quyu divarında 
yatan şlamın çıxarılmasına ehtiyac yoxdur və ya qazıma 
kəmərinin hərəkətindən yaranan müqavimətin dəf olunmasına 
maili və üfüqi quyudan fərqli olaraq ehtiyac olmur. Ona görə 
də, “Vertitrak” sistemi qazıma kəmərinin fırladılmayan halı 
üçün layihələndirilib (şəkil 8.11). Şaquli quyuların qazılması 
üçün “Xyuz-Kristensen” şirkətinin layihələndirilmiş yüksək 
effektli ATP baltasının əlavə olunması zamanı “Vertitrak” 
sisteminin effektliyi daha da arta bilər.


243 
Şəkil 8.11. “Vertitrak” sisteminin konfiqurasiyası 
“Vertitrak” sisteminin üstünlıükləri aşağıdakılardan 
ibarətdir: 
- quyu lüləsinin şaquliliyinin təmin olunması;
 
- şaquli trayektoriyaya qaytarmaq və sonrakı inhirafın 
qarşısını almaq üçün avtomatik korreksiya;
 
- quyu lüləsinin stabilliyinin artırılması.
 
Vaxta qənaət : 
- şaquli intervalın qazılma vaxtının azaldılması;
 
- uzunmüddətli düzəldilmə reyslərinin olmaması.
 
Quyu lüləsinin vəziyyəti: 
- spiral şəkilli işlənmələrin olmaması;
- oturmalar və alətin dönmə ehtimalının az olamsı;
 
- qazıma kəmərinin hərəkət müqavimətinin, burucu 
momentin, 
QKAH 
və 
qoruyucu 
kəmər 
ünsürlərinin 
yeyilməsinin az olması;
 
- dinamiki pərçimlənmə və QKAH-in zədələnməsinin 
olmaması.
 
Küt qazımada:
- quyu lüləsinin görüçmə riskini azaldır; 
- bir özüldən çoxlu sayda quyuların qazılması. 
Quyuların tamamlanmasının xüsusi layihəsi:
- diamertri ciddi qorunan quyular; 
- nasos avadanlıqlarının yeyilməsinin azalması; 


244 
- qoruyucu kəmərlərin asan endirilməsi və istismar 
prosesində az yeyilmə; 
- quyu dimaetrinin kiçildilməsi; 
- yuxarı intervallarda kəmərin ölçülərinin azalması; 
- sement sərfinin azalması. 
“Vertitrak” sistemi əsasən diametri 215,9 mm-dən 811 
mm-ə qədər olan quyuları qazıya bilir. 
“Vertitrak” sistemi “Navi-Drill Ekstrim” güc seksiyası 
ilə təmin olunan, hərəkət edən dayaqlar və baltanın fırladılması 
ilə istiqamətləndirilmiş qazıma rejimində işləyir. Baltanın 
yaxınlığında quraşdırılmış datçiklər zenit bucağını ölçür və 
müntəzəm olaraq yerin səthinə ötürür. Balta yanında 
yerləşdirilmiş zenit bucağı datçikləri quyu lüləsinin şaquldan 
uzaqlaşmasını təyin edən kimi (şəkil 8.12.a) idarə sistemi 
inhirafetdirici dayaqları idarə edən ötürücü daxili hidravliki 
nasosu aktivləşdirir (şəkil 8.12.b). Bu nasoslar ən çox maili 
laylı mürəkkəb şəraitdə quyu lüləsini zenit bucağının sıfır 
qiymətinə qaytarmaq və istənilən inhirafa qarşı müqavimət 
göstərmək üçün hər bir üç dayaqda qüvvə yaratmaq üçün 
hazırlanmışdır. 
“Vertitrak” 
sistemi 
istənilən 
inhiraf 
tendensiyasının qarşısını alır və quyunu qazıma effektivliyini 
azaltmadan şaquli olmağa qaytarır. Sistem quyunu zenit 
bucağının tələb olunan qiymətinə qaytarır və sonra qurğunun 
stabilləşməsi və lülənin şaquli saxlanması üçün bütün üç dayaq 
eyni yüklənir (şəkil 8.12.c). 
Üç ədəd hərəkət edən inhirafetdirici dayaqlar baltada 
güclü radial inhirafetdirici qüvvə yaradır. 
Hidravliki xətt nasos seksiyasından keçir və inhirafetdirici 
blokda nəzarət klapanı ilə birləşir. 
Baltada müəyyən güc yaratmaq üçün “Vertitrak” 
sisteminin qüvvə seksiyası texnologiyası yaxşılaşdırılmış 
“Navi-Drill” quyudibi vintli həcmi mühərrik daxil edilir. 
Ənənəvi oxşar ölçülü quyudibi mühərriklərə nisbətən 60-100%-


245 
Şəkil 8.12.. “Vertitrak” sisteminin tətbiqi ilə quyu 
trayektoriyasının idarə olunması: 
a – inklinometriya datçiklərlə qeyd olunmuş şaquldan inhiraf; 
b – inhirafetdirici dayaqlarla quyu lüləsinni şaquıla 
qaytarılması; c – quyu lüləsi şaqulidir, inhirafetdirici dayaqlar 
neytral vəziyyətdədir. 


246 
dən çox əlavə qüvvə yaranır, bu nazik elastomer təbəqə ilə 
örtülmüş frezerləndirilmiş statordan istifadə edən zaman 
mümkün olur. 
Statorda rezinin miqdarının azalması hidravliki və 
mexaniki effektivliyi yaxşı təmin edir, bununla da sürtünmə və 
daxili qızmanı, qazıma məhlulunun kimyavi təsirini azaldır. 
Nəticədə “Vertitrak” sistemi yüksək davamlılıq və reys 
gedişinin artmasını təmin edir. 
Telemetriya və pulsator zenit bucağını 0,01
0
qədər dəqiq 
ölçülməsini təmin edir və yer səthi ilə ikitərəfli əlaqə kanalı 
yaradır. 
Turbini elektrogenerator sistemi qidalandırır. Hidravliki 
nasos quyu lüləsinin şaquliliyini saxlamaq üçün inhirafetdirici 
dayaqlarda təzyiq yaradır.
Sistemə 
əlavə 
olaraq 
aşağıdakı 
datçiklər 
əlavə 
olunmuşdur: 
- temperaturun ölçülməsi; 
- qurğuun vəziyyəti (inhirafetdirici dayaqları qoşmaq və 
ya ayırmaq); 
- elektrogeneratorun voltu; 
- hidravliki sistemdə yağın təzyiqi. 
Lay barəsində bütün məlumatları ilə təmin etmək üçün 
qazıma prosesində alətə bütövlükdə karotaj cihazı yığım 
halında əlavə olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə