Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   67
Maili quyular

 
Sərt tipli QKAH-dən
 
istifadə etdikdə əsas məsələ - 
səmərəli qazıma rejimində quyu lüləsinin minimum əyrilik 
intensivliynə nail olmaqdır.Buna, alətin tərkibində mümkün 
olan maksimum diametrli və sərtlikli AQB-nun həmçinində 
alətin üzərində müəyyən məsafədə dayaq- mərkəzləşdirici 
ünsürün səmərəli yerləşdiril-məsi hesabına əldə edilir.Sərt 
QKAH – i əsasən dayanıqlı dağ süxurlarının qazıl-ması zamanı 
tədbiq olunması məsləhət ğörülür.
Hal-hazırda şaquli quyuların və maili (üfüqi) quyuların 
şaquli intervallarının qazılması zamanı lülənin təbii əyilməsinin 
qarşısını 
almaq 
üçün 
özündə 
quyudibi 
mühərriki, 
mərkəzləşdirici-dayaq ünsürlər (qəlibləyici, mərkəzləşdirici, 
sabitləşdirici, genişləndirici) ağırlaşdırılmış qazıma borularını 
(AQB) birləşdirən “sərt” qazıma kəmərinin aşağı hissəsi 
(QKAH) geniş tətbiq edilir. 
Lazım olan dayaq- mərkəzləşdirici ünsürləri sayının və 
onlar arasındakı məsafənin seçilməsi baltaya verilən oxboyu 
yükün təsirindən QKAH dayanıqlılığı hesabatından, rotor 


209 
qazıma üsulunda isə həmçinin alətinin fırlanması dayanıqlılığı 
qiymətləndirilir.
Bunlara baxmayaraq çox vaxtı sərt QKAH-nin tətbiqi 
müsbət nəticə vermir. Bu ilk əvvəl onunla izah edilir ki, yuxarı 
dayanıqsız horizontların qazılması zaman tez-tez quyu lüləsində 
kavernalar yəni böyük diametrli sahələr yaranır və nəticədə 
QKAH-də eyni ölçülü dayaq-mərkəzləşdirici ünsürlərin olması 
belə aşağı hissənin dayanıqlılığını təmin edə bilmir. Bunun 
nəticəsində quyu lüləsində əyilmə baş verir. 
Əgər “sərt” QKAH ilə qazımanı davam etdirsək zenit 
bucağının sabit qalması və ya hətta artması baş verə bilər. 
Şaqul ( rəqqs tipli ) QKAH – şaqulilik effekti və ya 
rəqqaslılıq prinsipinə əsaslanır və onunla fərqlənir ki, bütün 
uzunluq boyu alətin oxu quyu oxu ilə üst – üstə düşmür, 
effektlilik isə quyunun zenit bucağının artması ilə artır. 
Bu QKAH-i dayanıqsız süxurların qazılmasında tədbiq 
olunur,həmçinində dayanıqlı süxurların qazılmasında , harada 
ki, sərt QKAH-i istifadə edildikdə maksimum buraxıla bilən 
zenit bucağının qiyməti alınmışdır.
Quyuların qazılması zamanı dağ süxurlarının fiziki-
mexaniki 
xassələrindən, 
həmçinin 
inklonometrik 
və 
kavernometrik ölçülmələrin nəticələrindən asılı olaraq QKAH-
nin tipini vaxtında dəyişmək lazımdır.Sərt, asılma prinsipli və 
şaqul (rəqqas tipli) QKAH-nin sxemləri şəkil 8.1-də 
göstərilmişdir. 
Quyuların əyilməsinin qarşısını alan və əyilməyə qarşı 
mübarizə aparmaq üçün (əgər əyilmə baş veribsə ) universal 
tipli pilləli QKAH – dən geniş istifadə edilir.


210 
Şəkil 8.1 Quyuların əyilməsinə qarşı mübarizə üçün QKAH 
a, b – asılma prinsipli QKAH; c,ç,d – rəqqas tipli QKAH; 
e, ə, f, g, ğ – sərt QKAH. 
Quyudibi mühərrikli alət. 
Quyudibi mühərrik ancaq quyunun əyrilik bucağını və 
istiqamətini dəyişmək üçün deyil, həmçinində profilin düz 
intervallarını (şaquli, maili və üfüqi quyuların şaquli 
intervallarını) qazımaq üçün istifadə oluna bilər. Əyrilik 
bucağını sabit saxlamaq üçün quyudibi mühərrik istifadə 
olunursa, onda pərli stabilləşdiricinin qabırğaları onun 
gövdəsinin aşağı hissəsinə qaynaq edilir, stabilləşdirici isə onun 
üstündə yerləşdirilir. Sürtünməni məhdudlaşdırmaq və qazıma 
alətinə oxboyu yükü ötürmək üçün bəzən qazıma kəmərini 
yavaşca fırladırlar ki, yaradılmış istiqamətdə qazımanı düz xət 
boyunca aparmaq mümkün olsun. Bu halda əyri gövdəli 
quyudibi mühərrik və ya əyri keçirici istifadə etmirlər.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə