Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
Maili quyular

 
Çatışmayan cəhətləri:
 
• 
üfüqi 
lülənin 
uzunluğu 
əhəmiyyətli 
dərəcədə 
məhdudldşır ;
 
• qazımanın mexaniki sürəti aşağıdır;
 
• xüsusi alət (quyudibi mühərrik, qazıma boruları) 
lazımdır;
 
• araşdırmalar və quyunun tamamlanması həmçinində 
əsaslı təmiri zamanı problemlər yaranır.
 
Quyu profilinin seçilmə kriteriyası 
• məhsuldar layın yatım dərinliyi və onun xarakteristikası.
 
• lazım olan minimum şaquli hissənin dərinliyi.
 
• lazım olan uzaqlaşma(yerdəyişmə).
 
• quyu quruluşu(quyu lüləsinin diametri, qoruyucu 
kəmərin endirilmə dərinliyi).
 
• üfüqi hissənin uzunluğu.
 


190 
• istifadə etdiyimiz qazıma texnika və texnologiyasının 
mümkünlüyü (inhirafetdiricilər, QKAH, quyunun araşdırılması 
üsulu).
 
• tamamlanma üsulu.
 
7.9.Üfüqi quyu profillərinin tipləri. 
 
Bununla belə, ÜQ profilinin tipi və konfiqurasiyası onun 
həyata 
keçirilməsi 
üçün 
istifadə 
olunan 
texnika 
və 
texnologiyadan başqa bir, çox əlavə amillərdən, yatağın geoloji 
quruluşundan (məhsuldar layın yatım dərinliyindən, onun 
qalınlığından və enmə bucağından), quyunun konstruksiya-
sından, dərinliyindən və inhirafından asılıdır. Bundan başqa ÜQ 
profilini fərqləndirən xüsusiyyətlərdən biri də lülənin yalnız 
məhsuldar laya düşməsi deyil, həmçinin məhsuldar layda 
lülənin müəyyən uzunluğa qədər irəliləməsidir ki, bu da profil 
tipinin seçilməsinə təsir göstərir. 
Yuxarıda deyilənlərə əsasən son zenit bucağına və layihə 
inhirafına nail olmaq üçün ÜQ profilinin aşağıdakı təsnifatı 
təklif olunur: 
- zenit bucağının bir artırılma intervalı (şəkil 7.6a); 
- zenit bucağının iki artırılma intervalı (şəkil 7.6b); 
- zenit bucağının iki artırılma intervalı və bunlar arasında 
zenit bucağının sabit saxlanılma intervalı (şəkil 7.6c). 
Belə təsnifat ÜQ profilinin layihələndirilməsinə təsir edən 
bütün amillərin müxtəlifliyini əks etdirir. Qeyd edək ki, 
göstərilən hər bir profil artırılma intervalının əyrilik radiusunun 
böyük, orta
və ya kiçik olması ilə yerinə yetirilə bilər. 


191 
Şəkil 7.6. Üfüqi quyu profillərinin tipləri: 
a)
zenit bucağının bir artırılma intervalı; b) zenit bucağının 
iki artırılma intervalı; c) zenit bucağının iki artırılma və 
bunlar arasında sabit saxlanılma intervalı 
Zenit bucağının bir artırılma intervalı olan ÜQ profile. 
Bu profil üç intervaldan ibarətdir: şaquli, zenit bucağının 
artırılması və üfüqi. Bu təcrübədə ən asan layihələndirilən və 
həyata keçirilən profildir. Dərinliyi və inhirafı böyük olmayan 
ÜQ üçün tətbiq olunur. Bundan konduktor və istismar 
kəmərindən ibarət olan sadə konstruksiyalı quyularda istifadə 
etmək məqsədə uyğundur. Axırıncı aralıq kəmərin başmağı 
altından maili lülə qazılarkən son zenit bucağını yığmaq 
mümkün olan hallarda bu tip profillərdən daha mürəkkəb 
konstruksiyalarda istifadə etmək olar. Geoloji kəsiliş və 
məhsuldar layın qalınlığı bu tip profilin seçilməsinə çox böyük 
təsir göstərmir. İstənilən qalınlığa malik laylarda bunu 
reallaşdırmaq mümkündür, belə ki, layihələndirmə zamanı tələb 
olunan əyrilik intensivliyini elə seçmək olar ki, nəinki quyunun 
laya dəqiq müdaxiləsini, hətta onun daxilində hərəkət etməsini 
də təmin etsin.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə