Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Maili quyular

 
 



192 
Zenit bucağının iki artırılma intervalı olan ÜQ profili. 
Belə tip profillər dörd intervaldan ibarətdir: şaquli, zenit 
bucağının iki artırılma intervalları və üfqi. Zenit bucağının 
artırılma intervalı əyrilik intensivliyinin müxtəlif qiymətlərini 
təmin edən ayrı-ayrı QKAH ilə həyata keçirilir. Dərinliyi və 
inhirafı kiçik olan quyularda bu tip profildən istifadə 
olunmasına üstünlük verilir. Belə tip profilin seçilməsinə quyu 
quruluşunun təsiri aşağıdakılardan ibarətdir: əgər 
zenit
bucağının artırılma intervalında aralıq kəməri buraxılarsa, onda 
bu özlüyündə QKAH dəyişdirilməsinə səbəb olur ki, bu da 
nəticədə, quyunun əyrilik intensivliyinin dəyişməsinə gətirib 
çıxarır. Buna görə də ÜQ profili 
zenit
bucağının iki artırılma 
intervalı olan halı üçün layihələndirilməlidir. Belə olan halda, 
profilin hesablanması üçün əsas verilənlərə əlavə olaraq aralıq 
kəmərinin endirilmə dərinliyi də verilməlidir. Qeyd edək ki, 
QKAH dəyişdirilməsi (lülənin əyrilik intensivliyinin dəyişməsi) 
quyu qazılan zaman geoloji şəraitlərin dəyişməsi nəticəsində 
baş verə bilər. Bu tip profil yataqların geoloji quruluşunun 
tədqiq olunmadığı və ya məhsuldar layın qalınlığının az olduğu 
halda, imkan daxilində mövcud olan QKAH ilə quyu 
qazılmasını həyata keçirməyə imkan verir. 
Belə profilin əyrilik intensivliklərinin nisbətinə görə bir-
birindən fərqlənən iki müxtəlif növü mövcuddur. 
Birinci – bu profilin 
zenit
bucağının artırılma intensiv-
liyi birinci intervalda ikinci intervala nisbətən kiçikdir. O, 
yatağın geoloji quruluşu yaxşı tədqiq olunanda, maili-istiqamət-
lənmiş quyuların qazılması təcrübəsi zəngin və məhsuldar lay 
kifayət qədər qalın olan halda istifadə edilir. Bununla bərabər 
zenit
bucağının artırılması və quyunun inhirafının çox hissəsi 
ikinci artırılma intervalının payına düşür. 
Məhsuldar layın qalınlığı az olduqda, müəyyən yataqlarda 
qazıma təcrübəsinin kifayət qədər olmadığı hallarda bu tip 


193 
profilin ikinci növündən istifadə etmək lazımdır. Bu, zenit 
bucağının artırılma intensivliyi birinciyə nisbətən ikinci 
intervalda az olanda sərfəlidir. Bu halda zenit bucağı və inhiraf 
əsasən birinci intervalda yığılır və sonra əyrilik intensivliyinin 
kiçik qiymətini təmin edən QKAH verilən bucaq altında kifayət 
qədər dəqiqliklə məhsuldar laya daxil olmağa və onun 
içərisində üfqi intervalın qazılmasına imkan verir. 
Zenit bucağının iki artırılma intervalı və bunlar arasında 
sabit saxlanılma intervalı olan ÜQ profili. 
Bu mürəkkəb tip profil olub, beş intervaldan, yəni şaquli, 
zenit bucağının birinci artırılma, stabilləşdirilmə, zenit 
bucağının ikinci artırılma və üfüqi intervallardan ibarətdir. Bu 
tip profildən quyu lüləsinin məhsuldar laya daxil olduğu 
nöqtədə şaquldan inhirafı böyük olan hal üçün istifadə olunur.
Belə ÜQ profili layihələndirilən zaman verilən oxboyu 
yükün 
quyu 
dibinə 
çatdırılması, 
qoruyucu 
kəmərin 
müvəffəqiyyətlə 
endirilməsı 
və 
sonradan 
quyunun 
tamamlanmasını nəzərə alaraq, artırılma intervallarında lülənin 
əyrilik intensivliyini, həmçinin stabilləşdirilmə intervalında 
zenit
bucağını, müqavimət qüvvələrinin minimum olması 
şərti ilə seçmək lazımdır. Quyu quruluşu mürəkkəb olan halda 
intervalların yerdəyişməsinin qoruyucu kəmərin buraxılma 
dərinliyinə uyğun gəlməsi əlverişlidir. 
Quyu lüləsinin həqiqi yolunun layihədə nəzərdə 
tutulduğundan kənara çıxdığı halda stabilləşdirilmə intervalının 
olması profilin layihələndirilməsi üçün vəziyyəti düzəltməyə 
müəyyən qədər imkan verir. Birinci artırılma intervalında əldə 
edilmiş 
zenit
bucağından asılı olaraq stabilləşdirilmə 
intervalının uzunluğunu dəyişmək olar. 
 


194 
7.10. Üfüqi quyu profillərinin hesablanması. 
Profilin tipini seçdikdən sonra onun hesablanmasını 
aparmaq lazımdır. Hesabat üçün ilkin məlumatlar, əsasən, 
məhsuldar layın yatma dərinliyi, onun yatım bucağı, üfüqi 
intervalın (şərti-üfüqi) inhirafının başlanğıc nöqtəsi, zenit 
bucağı və uzunluğu, quyunun konstruksiyasıdır. 
Hər hansı tip profilin hesablanması lülənin 
zenit
bucağının, üfüqi və şaquli proyeksiyasının dərinlikdən asılılığı-
nın təyin olunmasına gətirib çıxarır. Hesablama nəticəsində 
verilmiş bucaq altında lülənin məhsuldar laya düşməsini təmin 
edən əyrilik intensivliyi (əyrilik radiusu), profilin uyğun 
intervallarının uzunluğu, onların üfüqi və şaquli proyeksiyaları 
da təyin edilir . 
Bütün üç tip profilin hesablanması üçün üfüqi hissənin 
başlanğıc nöqtəsinin yerləşdiyi dərinliyin (H
0
) verilməsi 
lazımdır. Bu kəmiyyət aşağıdakı ifadədən tapılır (şəkil 7.7): 
ü
=
+
+
ü
∙ tg
(7.1) 
burada
ü
– məhsuldar lay örtüyünün dərinliyi, m; 


məhsuldar layın qalınlığı, m; 
ü
– üfüqi intervalın başlanğıc 
nöqtəsinin inhirafı, m; 
– məhsuldar layın yatım bucağıdır 
(şəkil 7.7).


195 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə