Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   67
Maili quyular

 
Dayaqlı quyudibi alət 
Qazma prosesində quyuda əyrilik bucağının qiyməti 3
0
və 
ondan çox olduqda AQB-nun yüklənməmiş yuxarı hissəsi quyu 
lüləsinin aşağı divarına söykənir və baltanı yuxarı divara 


211 
sıxılmağa məcbur edir (şəkil 8.2). Bu zaman quyu dərinləşdikcə 
əyrilik bucağı artır. Bu əlamət dayaq effekti adlanır. Əyrilik 
bucağının artırılması üçün istifadə olunan dayaq effektli 
quyudibi alət zenit bucağını artıran adlanır. Dayaq alətlə əyrilik 
bucağının artma sürətini, gödək ağırlaşdırılmış qazma borusu və 
balta ilə stabilləşdirici arasında keçirici yerləşdirmək yolu ilə, 
AQB-nun uyğun uzunluğunu seçmək yolu ilə tənzimləmək olar.
 
Məlumdur ki, kiçik diametrli AQB-lər böyük dametrliyə 
nisbətən tez əyilməyə meyilli olur. Oxboyu yükün artması ilə 
əlaqədar quyudibi alətin başlanğıc əyilmə istiqamətində 
əyilməyə məcbur edir. 
Şəkil 8.2. AQB-nun asılmasının dayaq effekti. 
Kombinasiyalı (sərt) alət 
Əgər AQB-nun divarının qalınlığını 2 dəfə artırsaq, onda 
onun sərtliyi 8 dəfə artar. Quyu lüləsinin əyrilik bucağını sabit 
saxlamaqdan ötəri, imkan daxilində böyük diametrli qalın 


212 
divarlı AQB və bucaq dəyişməsini minimuma endirmək və ya
əyilməni məhdudlaşdırmaq üçün stabilləşdirici istifadə etmək 
olar.Belə alət kombinasiyalı və ya sərt adlanır (şəkil 8.3). 
Şəkil 8.3. Sərt quyudibi alətin iş prinsipi. 
AQB-nun asılmasının rəqqas effekti.
Balta üstü stabilləşdirici əvəzinə balta üstü bir və ya iki 
AQB-nin olması, stabilləşdirici altında alət şaquli vəziyyət 
almağa çalışır.
Baxdığımız halda baltada yaranan qravitasiya qüvvəsi 
quyu lüləsinin aşağı divarı istiqamətində təsir edir və qazıma 
prosesində quyu lüləsinin əyrilik bucağının azalması üçün şərait 
yaradır.
Bu prinsip rəqqas effekti (asılma) ilə məlumdur (şəkil 8.4). 
Rəqqas tipli alətdə balta ilə stabilləşdirici arasındakı 
məsafə AQB-nun sərtliyindən asılıdır. Əgər kiçik diametrli 


213 
elastiki AQB istifadə olunursa, onda stabilləşdirici qazma 
alətində aşağıda yerləşdirilir ki, quyunun əks divarına AQB-nun 
asılmasına imkan verməsin. Rəqqas effekti o vaxt ləğv olunur 
ki, AQB balta ilə stabilləşdirici arasında quyu divarına toxunur. 
Kiçik diametrli AQB baltaya verilən oxboyu yükün 
azalmasına səbəb olur, bu da nəticədə qazma sürətini azaldır. 
Çox əyilmiş quyuda böyük asılmanın qarşısını almaq üçün 
stabilləşdirici baltaya mümkün qədər yaxın yerləşdirilməlidir 
ki, balta quyu lüləsinin aşağı divarına az qüvvə və yaxud heç bir 
qüvvə yaratmasın. Bu halda baltaya yaxın yerləşdirilən 
stabilləşdirici zenit bucağının cüzi azalmasına imkan verəcək.
Əgər bu da zenit bucağının azalmasına gətirməsə, onda 
aləti qaldrmaq və quyuya inhirafetdirici alət endirmək lazım 
gələcək. 
Şəkil 8.4. AQB-nun asılmasının rəqqas effekti. 


214 
8.2. Sərt qazıma kəmərinin aşağı hissəsinin
layihələndirilməsi. 
Şaquli quyuların, maili və üfüqi quyuların şaquli 
intervallarının qazılması zamanı quyu lüləsi oxunun şaquldan 
inhiraf etməsinin qarşısının alınması zəruriyyəti yaranır. Belə 
quyuları sərt QKAH köməyilə qazıma daha effektlidir. QKAH-
nin 
sərtliyi 
ağırlaşdırılmış 
qazma 
borularının 
(AQB), 
mərkəzləşdirici və qəlibləyici alətlərin köməyilə yaradılır.
Sərt QKAH-nin quyu lüləsində özünü aparıması 
kriteriyasına baxaq. Quyunun şaquli intervalını qzımaq üçün 
balta 1, AQB 2, mərkəzləşdirici 3-dən ibarət sərt QKAH sxem 
şəkil 8.5-də göstərilmişdir. 
Quyu divarı ilə mərkəzləşdirici arasında ara boşluğunun 
olması qazma alətinin oxunun şaquldan 

kəmiyyəti qədər 
başlanğıc inhirafa
gətirəcək. Alətə tətbiq edilmiş qüvvələrin 
təsiri nəticəsində AQB əlavə deformasiyaya uğrayacaq və əlavə 
2
bucağı qədər əyriliyə gətirəcək. Onda əyriliyin (çəpliyin) 
yekun bucağı 

1

2
(8.1) 
olacaq. 
Dönmənin yekun bucağı quyu lüləsinin şaquldan 
inhirafını təyin edən əsas meyardır. İdeal halda 
yekun
= 0 
olduqda quyu şaquli olmalıdır. Təcrübə göstərir ki, bu mümkün 
deyil, belə ki, ara 0 olduqda quyudibi alət quyuda asılı halda 
olacaqdır. 
Sərt QKAH hesablanmasında əsas məsələ ‒ baltadan 
mərkəzləşdiriciyə qədər məsafənin təyin olunmasıdır ki, bu hald 
baltanın dönməsinin yekun bucağı minimum olsun. Çünki alətin 
oxunun şaquldan inhirafı balta oxunun dönməsinə və nəticədə 
quyu dibinin assimmetrik dağıdılmasına gətirir. 


215 
Şəkil 8.5. Rotor qazma üsulu üçün sərt alətin hesablanma 
sxemi 
Balta oxunun şaquldan dönmə bucağı bir çox amildən 
asılıdır. Ona görə də, ümumi halda alətin parametrlərinin 
optimallıq kriteriyasını aşağıdakı şəkildə təqdim etmək olar. 
= f (P, M
ə
, F
m.q.
, δ) ≤ φ
min
(8.2) 
Burada, P – alətin yuxarı hissəsində oxboyu yük;
M
ə
– alətin yuxarı ucuna tətbiq olunmuş əyici moment; 
F
m.q. 
– alətin fırlanması zamanı ona təsir edən 
mərkəzdənqaçma qüvvəsi; 


216 
δ – quyu divarə ilə mərkəzləşdirici arasındakı diametral 
ara. 
Şəkil 8.5-də sərt alətin sadələşmiş variantda hesabatı 
verilmişdir, harada ki, çubuğun aşağı ucu şarnirlə söykənmiş, 
yuxarı ucu elastiki bərkidilmiş şəkildədir, ağırlıq qüvvəsini q
l
/2 
mərkəzləşdirilmiş yük ilə əvəz etməli və onu alətin yuxarı 
ucuna tətbiq edirik. Yuxarıda qeyd edilənləri nəzərə alsaq alətin 
əyilmiş ox tənliyini aşağıdakı kimi yazmaq olar. 
= −
+

ə
(8.3) 
Sadəlik üçün aşağıdakı əvəzləməni aparaq 
+
= , 
ə
=
Onda (8.3) tənliyini kanonik şəkildə göstərmək olar. 
+
=
(8.4) 
Bu tənliyin həlli aşağıdakı şəkildədir 
=
+

(8.5) 
Burada, və 
inteqral sabitləridir. 
=
= ±
Sabitləri təyin etmək üçün aşağıdakı sərhəd şərtlərini
qəbul edək. 


217 
= 0;
= 0
(8.5) 
tənliyinin 
sərhəd 
şərtlərini 
nəzərə 
almaqla 
differensiyallanması aşağıdakı ifadəni verir. 
= (
− 1)
(8.6) 
Kiçik bucaqlar üçün triqonometrik funksiya həmin 
bucağın özünə bərabər olur.
Mərkəzləşdirici ilə quyu divarı arasında aralıq olduqda 
alətin oxunun quyu oxundan kənarlaşma bucağını aşağıdakı 
şəkildə göstərmək olar. 
=
(8.7) 
Onda alətin kənarlaşmasının yekun bucağı 
=
− 1 +
(8.8) 
olar. 
Funksiyanın minimumunu tapmaq üçün (8.8) ifadəsini 
differensiyallayıb 0 bərabər edirik. Alınmiş ifadədə çevrilmələr 
aparsaq aşağıdakı tənliyi alırıq 

√ ∙


=
ə
(8.9) 
burada,


218 
=
ə
İ
Alınan (8.9) tənliyi alətin bağlanmış yuxarı ucuna təsir 
edən oxboyu yük və əyici moment məlum olarsa, onda quyunun 
minimum əyilməsi üçün 
l
-in optimal qiymətini təyin etməyə 
imkan verir. 
Qazma kəmərinin alətlə birləşmə nğqtəsində əyici 
moment aşağıdakı düstur ilə təyin olunur 
ə
= ∙


(8.10) 
Burada, 
− 
əyici moment əmsalıdır; 
– AQB-nun uzunluğunun vahid çəkisidir; 
– alətin ölçüsüz vahid çəkisidir; 
– mərkəzləşdirici ilə quyu divarı arasında olan aralıqdır. 
Alətin çəki vahidini aşağıdakı ifadədən təyin etmək olar: 
=
İ
,
(8.11) 
Hesabat göstərir ki, qazma kəmərinin sərt alətlə qarşılıqlı 
elastiki təsiri zamanı birləşmə nöqtəsində əyici momentin 
qiyməti böyük olur və AQB-nun dayanıqlılığına təsir göstərir. 
Ona görə də, bu momentin təsirini neytrallaşdırmaq üçün alətin 
tərkibinə birinci mərkəzləşdiricidən yuxarı əlavə ikinci 
mərkəzləşdirici ünsür əlavə etmək lazımdır. 
Qazma kəmərinin mərkəzləşdirici ilə birləşmə nöqtəsində 
əyici 
momentin 
qiymətini 
təyin 
etdikdən 
sonra 
mərkəzləşdiricinin baltadan olan məsafəsinin təyin olunmasına 
başlayırlar. 


219 
8.3.Rəqqas tipli qazıma kəmərinin aşağı hissəsinin
layihələndirilməsi. 
Sərt QKAH quyunun zenit bucağının tənzimlənməsi üçün 
istifadə oluna bilməz. Belə ki, onun hesablanmasında quyu 
lüləsi istiqamətinin stabilləşdirilməsi daxil edilmişdir. Ona görə 
də, şaquli quyuların, maili və üfüqi quyuların şaquli intervalının 
qazılmasında istifadə olunan QKAH-in həndəsi ölçülərinin 
hesablanması üçün şaqulilik prinsipinə əsaslanan rəqqas tipli 
alətdən istifadə olunmalıdır, belə ki, onun hesablanmasında 
QKAH-in ünsürlərinə cazibə qüvvəsinin təsiri nəzərə alınır.
Müəyyən ölçüdə əyilmiş quyuları düzəltmək üçün qazma 
alətinə eninə qüvvənin təsirini nəzərə alan şaqulilik prinsipinə 
əsaslanan alətin hesablanması zəruridir. 
Alətin quruluşu müxtəlif ola bilər. Daha çox səciyyəvi 
alət, kvadrat en kəsikli ağırlaşdırılmış qazma borusu (KAQB), 
balta ilə düz boru vasitəsilə birləşir. Belə alətin sxemi şəkil 8.6-
da göstərilmişdir. 
Şəkil 8.6. Rəqqas tipli QKAH-in hesablanmasının prinsipial 
sxemi 


220 
KAQB-dən aşağıda yerləşdirilmiş hamar AQB-dən ibarət 
QKAH müəyyən qədər əyilmiş quyuları düzəltmək üçün 
istifadə olunur. 
Mədən araşdırlmaları göstərir ki, KAQB-nin ölçüsü
baltanın diametrindən 1,6 mm kiçik olarsa, onda hamar AQB-
nin səmərəli uzunluğu 4,5 – 9 m təşkil edir. Şaqulilik 
səmərəsini müəyyən etmək üçün hamar AQB-nun optimal 
uzunluğunu elastiki çubuğun differensial tənliyinin köməyilə 
əldə edirik. 
İ ∙
=

+
(8.12) 
(8.12) tənliyinin inteqrallanmasından aşağıdakı tənlik 
alınır. 
=
sin
+
cos
+
+

(8.13) 
Burada,
və 
– inteqral sabitləridir; 
Eİ – hamar AQB-nun sərtliyidir. 
İnteqral sabitlərini aşağıdakı sərhəd şərtlərini nəzərə 
almaqla təyin edirlər: 
x = 0 olduqda, y = 0, y ꞌ ≠ 0, y ꞌꞌ ≠ 0 
x = 
l
olduqda, y = r, y ꞌ = 0, y ꞌꞌ = 0 olur. 
Sərhəd şərtlərindən istifadə etməklə hamar AQB-nin 
uzunluğunu təyin etmək üçün tənlik alarıq.
[
( ,
)]
(
)
=
,
(8.14) 


221 
Burada, r – quyu divarı ilə KAQB-nin diaqonalı arasında 
olan aralığın yarısıdır; 
– hamar AQB-nun uzunluğudur. 
Baltanın çəplik bucağı aşağıdakı kimi təyin edilir: 
x = 0 olduqda, y ꞌ = β 
8.4. Qazma kəmərinin aşağı hissəsinin seçilməsi və 
sadələşdirilmiş hesabatı 
Qazma kəmərinin aşağı hissəsi (QKAH) qazıma 
prosesində ən məsuliyyətli hissələrdən biridir. Ağırlaşdırılmış 
qazıma boruları (AQB) QKAH-in sərtliyini və çəkisini artırmaq 
üçün onun tərkibinə daxil edilir. AQB-nin hesabına qazıma 
prosesində baltada oxboyu yük yaranır. 
AQB-nin diametrinin seçilməsi qazıma şəraitində kəsikdə 
ən böyük sərtliyin yaranması şərtinə əsaslanmalıdır. AQB-nin 
diametrinin quyu (balta) diametrinə nisbəti D ≤ 295,3 mm 
baltalar üçünn 0,75 – 0,85, D > 295,3 mm baltalar üçün 0,65 –
0,75 olmalıdır. Belə ki, AQB-nin balta üstü hissəsinin sərtliyi, 
altından, qazma aparılan qoruyucu kəmərin sərtliyindən az 
olmaması zəruridir. AQB-dan qazıma borusuna keçid 
diametrlərinin səlis olması şərtindən onun seksiyalarının sayı 
təyin olunur. 
AQB-dən 
yuxarıda 
yerləşən 
qazıma 
borusunun 
diametrinin AQB diametrinə nisbəti 0,75 az olmamaldır. Bir-
biri ilə yanaşı duran AQB-nin sərtliklərinin nisbəti 1,6 – 1,7 az 
olmamalıdır. Bunlara əsaslanaraq baltanın diametrindən asılı 
olaraq AQB seksiyalarının sayını seçmək lazımdır. 


222 
8.4.1.Rəqqas tipli alətin hesabatı 
Əvvəlcə baltanın və qoruyucu kəmərin (hansı ki, altından 
qazıma aparılacaq) diametrlərindən asılı olaraq QKAH-in 
pillələrinin sayını təyin etmək lazımdır (cədvəl 8.1). 
AQB-nin uzunluğu aşağıdakı sadə düsturla hesablanır: 
Rotor qazma üsulu üçün 
= 1,25
/
(8.15) 
Quyudibi mühərriklə qazıma üsulu üçünn
= 1,25(
− )/
(8.16) 
Burada, 
– baltaya verilən oxboyu yük, MN; 
– 1 m AQB-nin çəkisi, MN; 
G – quyudibi mühərrikin çəkisi, MN. 
Əgər AQB bir-birindən diametrləri fərqli olan bir neçə 
pillədən ibarətdirsə, onda QKAH-ni aşağıdakı hissələrə 
ayırırlar: balta üstü, sərt, sıxılan, dartılan. 
Balta üstü sərt hissənin uzunluğu oxboyu yükün təsiri 
altında həmin hissənin dönmə bucağının minimum olması 
şərtini təmin etməlidir. Sərt baltaüstü hissənin optimal 
uzunluğunun 
l
1
qiymətinin AQB-nin diametrindən asılılığı 
cədvəl 8.2-dəki kimidirş 
Balta üstü sərt hissənin uzunluğunu təyin etdikdən sonra 
alətə daxil olan AQB-nin sıxılan hissəsinin uzunluğunu tapmaq 
lazımdır: 
= (

)/
(8.17) 


223 
Cədvəl 8.1 
Göstəricilər 
Baltanın diametri, mm 
151-
139,7 
165,1-
158,7 
190,5 
215,9 
215,9 
244,5 
269,9 295,3 
349,3 
393,7 
393,7 
AQB-nin 
diametri 
121 
108 
133 
121 
159
146 
178
159 
178 
159 
203 
178 
229 
203 
178 
254 
229 
203 
178 
273 
254 
229 
203 
178 
299 
273 
254 
229 
203 
178 
299 
273 
254 
229 
203 
178 
Qazıma 
borusunun 
diametri, 
mm 
89 
110 
114 
127 
127 
140 
140 
140 
140 
140 
140 
Qoruyucu 
kəmər altı 
diametr,mm 
114 
127 
146 
168 
178 
194 
219 
245 
273 
299 
324 
Cədvəl 8.2 
AQB-nin diametri 
114 
121 
138 
159 
178 
203 
229 
254 
273 
299 
Alətin sərt balta üstü 
hissəsinin uzunluğu, 
l
1, 
m
8,7 
9,1 
9,7 
11,0 
12,0 
13,3 
14,6 
15,9 
16.6 
18,2 


224 
Burada, 

– 1 m AQB-nin uyğun olaraq 
sərt baltaüstü və sıxılan hissələrinin çəkisidir, MN. 
Quyudibi mühərriklıə qazıma zamanı (8.17) ifadəsinin 
surətindən G
q.d.m.
(quyudibi mühərrikın çəkisi) çıxmaq lazımdır. 
= (

. . .

)/
(8.17a) 
AQB-nin sıxılan hissəsinin uzunluğunu təyin etdikdən 
sonra kritik oxboyu yükü tapmaq lazımdır. 
= 2
İ
(8.18) 
Burada, E – poladın elastiklik moduludur, N/m
2

İ – borunun en kəsiyinin oxboyu ətalət momentidir, m
4

q – AQB-nin 1 m uzunluğunun çəkisidir, MN/m. 
Müxtəlif tipli və diametrli AQB üçün kritik qüvvənin 
qiymətini həmçinin cədvəl 8.3-dən tapmaq olar. 
Əgər baltaya düşən oxboyu yük kritik qiymətdən çox 
olarsa (
>
)
, onda quyu lüləsinin əyilməsi müşahidə 
olunan intervallarda oxboyu yükü kritik qiymətə qədər 
azaltmaq lazımdır. 
Dartılan hissənin uzunluğu aşağıdakı düsturla təyin edilir 
Rotor qazma üsulu üçün 
= 0,25
/
(8.19) 
Quyudibi mühərriklə qazıma üsulu üçün 
= 0,25(
− )/
(8.20) 
Burada, 
– dartılan hissədə 1 m AQB-nin çəkisi, 
MN. 


225 
Cədvəl 8.3 
Borunun şərti 
işarəsi 
Xarici 
diametri, 
mm 
Yiv 
Daxili 
diametri, 
mm 
Elevator altı 
yonulma 
diametri, mm 
1 m 
borunun 
nəzəri 
kütləsi, kq 
Kritik yük 
(hidravliki yük 
nəzərə 
alınmamışdır),
= 2
İ
, kN 
AQB-95 
95 
3-76 
32 

49,0 
11,6 
AQB-108 
108 
3-88 
38 

63,0 
16,3 
AQB-146 
146 
3-121 
75 

97,0 
32,0 
AQB-159 
159 
3-133 
80 

116,0 
40,5 
AQB-178 
178 
3-147 
80 

156,0 
57,8 
AQB-203 
203 
3-171 
100 

192,0 
8,6 
BAQB-120 
120 
3-101 
64 
102 
63,5 
18,5 
BAQB-133 
133 
3-108 
64 
115 
83,0 
25,6 
BAQB-146 
146 
3-121 
68 
136 
103,0 
33,5 
BAQB-178 
178 
3-147 
80 
168 
156,0 
57,8 
BAQB-203 
203 
3-161 
80 
190 
214,6 
85,6 
BAQB-219 
219 
3-171 
110 
190 
221,0 
95,4 
BAQB-229 
229 
3-171 
90 
195 
273,4 
118,2 
BAQB-245 
245 
3-201 
135 
220 
258,0 
121,5 
BAQB-254 
254 
3-201 
1001 
220 
336,1 
155,8 
BAQB-273 
273 
3-201 
100 
220 
397,1 
192,1 
BAQB-299 
299 
3-201 
100 
245 
489,5 
249,8 


226 
Əgər dartılan hissədə bir neçə, diametrləri fərqli AQB 
olarsa, onda bu AQB-nin çəkisini (0,25P
b
) dartılan hissənin 
bütün pillələri arasında bərabər paylamaq lazımdır. 
Nəticədə rəqqas tipli (şaquli) alətin uzunluğu aşağıdakı 
kimi olacaq 
Rotor qazma üsulu üçün 
=
+
+
,
(8.21) 
Quyudibi mühərriklə qazıma üsulu üçün 
=
+
(
)
+
,
(
)
(8.22) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə