Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   67
Maili quyular




 



AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE 
UNİVERSİTETİ
SALAVATOV T.Ş., ŞİRİNOV M.M., SƏMƏDOV V.N. 
MAILI VƏ ÜFÜQI QUYULARIN QAZILMASI 
TEXNİKA VƏ TEXNOLOGİYASI 
DƏRSLİK
Azərbaycan Dövlət Neft vəSənaye
Universiteti tərəfindən təsdiq
olunmuşdur
. Pr.№
Bakı – 2017 



UOTK665.61(07) 
Müəlliflər (dərsliyi tərtib edənlər):AMEA-nın müxbir 
üzvü,professor
 
Salavatov Tulparxan Şarabudinoviç
.,baş 
müəllim Şirinov Məhəmməd Mahmud oğlu.,dosent Səmədov 
Vüqar Nurəhmədoviç. 
Maili və üfüqi quyularin qazilmasi 
texnika və texnologiyasi.
Bakı,ADNSU-un nəşri, 2017, 357 səh. 
Redaktor:
Səfərov Yaqub İsmail oğlu -
ADNSU-nın “Neft 
qaz mühəndisliyi” kafedrasının dosenti, t.e.n.. 
Rəy 
verənlər: 
Əfəndiyev Qalib Məmməd oğlu -
AMEA-nın 
Neft və Qaz institunun “Müasir qazımanın nəzəri 
və tətbiqi problemləri” şöbəsinin müdiri, AMEA-
nın müxbir üzvü, t.e.d., 
 
Zeynalov Naib Eynal oğlu 
-
ADNSU-nın 
“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi”
kafedrasının professoru, t. e. d. 
Suleymanov Eldar Məmməd oğlu - 
NQGPvəK 
ETİ-nin “Maili və horizontal quyuların qazılması” 
laboratoriyasının b.e.i., t.e.d. 
 
Salavatov T.Ş., Şirinov M.M., Səmədov V.N. -
“Neft 
qaz mühəndisliyi” ixtisası üzrə, bakalavr və magistr təhsili alan 
tələbələr üçün hazırlanmış dərslik- Bakı, 2017. Dərslik “
Maili 
və üfüqi quyularin qazilmasi texnika və texnologiyasi
” 
fənni üzrə yeni tədris planı və proqramına uyğun olaraq müasir 
və geniş şəkildə yazılmışdır. 
Bu dərslikdə - Maili və üfqi quyuların qazılmasının inkişaf 
tarixi, quyuların tipləri, maili və üfüqi quyuların tətbiq sahələri, 
quyuların əyriliyi haqqında əsas anlayışlar,
maili və üfüqi 



quyuların qazılması üsulları,
qazima baltalari,
maili və üfüqi 
quyuların qazılması üçün avadanlıqlar, 
qazıma kəməri. 
QKAH-in 
maqnitləşməyən 
elementləri,yasslar, 
quyudibi 
amortizatorlar haqqında məlumatlar ,genişləndiriclər,keçiricilər, 
inhirafetdirici alətlər,
quyuların təbii əyilmə mexanizmi,m
aili 
quyu profillərinin layihələndirilməsi,m
aili quyu profillərinin 
təsnifatı, 
üfüqi quyu profillərinin layihələndirilməsi,maili və 
üfüqi quyu profillərinin intervallarını qazımaq üçün qazıma 
kəmərinin aşağı hissəsinin( QKAH ) layihələndirilməsi, şaquli 
quyularin qazilmasi üçün idarə olunan rotor sistemi (IRS), idarə 
olunan rotor sistemi və qazımanın texnika və texnologiyası 
sahəsində yeniliklər, elmi nailiyyətlər və qabaqcıl təcrübələr
yan lüləli, çoxdibli və çoxlüləli quyular haqqında ən son 
məlumatlar da daxil olmaqla müasir tələblər səviyyəsində şərh 
edilmişdir.
Dərslikdən neft və qaz quyularının qazılması və istismarı 
ilə məşğul olan digər mühəndis-texniki işçilər, magistrantlar, 
texnikum və peşə təhsili məktəblərinin tələbələri və bu ixtisasa 
maraq göstərən geniş oxucu kütləsi istifadə edə bilər.
Dərslik haqqında öz fikirlərini, təkliflərini, tövsiyələrini, 
iradlarını, 
tələblərini 
göndərən 
şəxslərə 
müəlliflər 
öz 
təşəkkürlərini bildirirlər və kitabın sonrakı buraxılışında onları 
nəzərə alacaqlarına öz oxucularını əmin edirlər.



MÜNDƏRICAT 
Giriş……………………………………………………… 

1. Ümumi hissə 
10 
1.1. Maili və üfqi quyuların qazılmasının inkişaf tarixi… 
14 
1.2. Quyuların tipləri.. …………………………………...
15 
1.3. Maili və üfüqi quyuların tətbiq sahələri……………. 
23 
1.4. Quyuların əyriliyi haqqında əsas anlayışlar………... 
27 
2
. Maili və üfüqi quyuların qazılması üsulları………
34 
2.1.Yerüstü mühərriklərlə qazıma………………………. 
36 
2.2. Quyu dibi mühərriklərlə qazıma……………………. 
44 
3. Qazima baltalari………………………………………. 
57 
3.1. Pərli və ya tiyəli baltalar……………………………. 
58 
3.2. Şaroşkalı baltalar……………………………………. 65 
3.3. Almazlı və PDS tipli baltalar……………………….. 72 
3.4. Qazıma baltasının hibridli sistemi………………….. 
80 
3.5.
Sütuncuqlu və 
süxur nümunəsi götürmək üçün 
işlədilən baltalar.
..................................................................
81 
3.6. Xüsusi məqsədlər üçün istifadə edilən baltalar…….. 
84 
4. Maili və üfüqi quyuların qazılması üçün
avadanlıqlar………………………………………….
90 
4.1. Qazıma kəməri……………………………………… 
90 
4.2. Aparıcı borular (işlək borular) və onların vəzifələri... 
92 
4.3. Qazıma boruları və onların birləşmələri……………. 
94 
4.4.Yüksək etibarlı yüngülxəlitəli qazıma 
boruları
(YQB)
………………………………………..
102 
4.5. Ağırlaşdırılmış qazıma boruları (AQB)…………….. 106 
4.6. QKAH-in maqnitləşməyən elementləri…………….. 111 
4.7. Yasslar………………………………………………. 113 
4.8. Quyudibi amortizatorlar…………………………….. 119 
4.9. Genişləndiriclər……………………………………... 122 
4.10. Keçiricilər………………………………………….. 125 



5. İnhirafetdirici alətlər…………………………………. 139 
6. Quyuların təbii əyilmə mexanizmi……………….
150 
6.1. Geoloji amillərin təsiri……………………………... 152 
6.2. Quyu lüləsinin təbii əyilməsinə texniki amillərin 
təsiri……………………………………………………... 
157 
6.3. Quyu lüləsinin təbii əyilməsinə səbəb olan texnoloji 
amillər…………………………………………………… 
160 
7. Maili quyu profillərinin layihələndirilməsi………….. 
162 
7.1. Quyu əyriliyi yığılan zaman əyrilik radiusunun 
təyini…………………………………………………….. 
162 
7.2. Maili quyu profillərinin layihələndirilməsi…….
163 
7.3. Quyu profilinə qoyulan tələblər………………..
164 
7.4. Maili quyu profillərinin təsnifatı……………….
165 
7.5. Maili quyu profilləri intervallarının xarakteri……… 171 
7.6. Beşintervallı maili quyu profilinin hesablanması… 
173 
7.7. Üfüqi quyu profillərinin layihələndirilməsi………... 184 
7.8. Profillərin xarakteristikası………………………….. 187 
7.9. Üfüqi quyu profillərinin tipləri……………………... 189 
7.10. Üfüqi quyu profillərinin hesablanması……………. 192 
8. Maili və üfüqi quyu profillərinin intervallarını 
qazımaq üçün qazıma kəmərinin aşağı hissəsinin
( QKAH ) layihələndirilməsi……………………………. 
204 
8.1. Şaquli intervalın qazılması üçün qazıma kəmərinin 
aşağı hissəsinin ( QKAH ) layihələndirilməsi………….. 
204 
8.2. Sərt qazıma kəmərinin aşağı hissəsinin ( QKAH ) 
layihələndirilməsi……………………………………….. 
212 
8.3. Rəqqas tipli qazıma kəmərinin aşağı hissəsinin
(QKAH) layihələndirilməsi…………………………….. 
217 
8.4. Qazma kəmərinin aşağı hissəsinin seçilməsi və 
sadələşdirilmiş hesabatı…………………………………. 
219 
8.4.1. Rəqqas tipli alətin hesabatı...................................... 220 
8.4.2. Sərt QKAH-in hesabatı........................................... 226 



8.5. Universal tipli pilləli QKAH-in layihələndirilməsi… 232 
8.6. Şaquli quyularin qazilmasi üçün idarə olunan rotor 
sistemi (IRS)……………………………………………. 
239 
9. İdarə olunan rotor sistem…………………………….. 246 
9.1. Radial yerdəyişməli balta ilə idarə olunan rotor 
sistemi “Baltanın itələnməsi”…………………………… 
255 
9.2. Baltanın pozisionlaşdırılması “Point the bit” İRS…. 260 
9.3. AQS (Automeyted Qaydans Sistem)KDAL
(Kembridj Drilling Avto Ltd)…………………………... 
264 
9.4. Hibridli idarə olunan rotorlu sistem………………... 267 
10. Maili və üfqi quyuların qazılması zamanı rejim 
parametrlərinin seçilməsi və əsaslandırılması………….. 
269 
10.1. Baltaya verilən oxboyu yük………………………. 273 
10.2. Baltanın fırlanma tezliyi………………………….. 278 
10.3. Maili və üfüqi quyuların yuyulması üçün qazıma 
məhlulunun sərfi………………………………………... 
282 
11. Maili və üfüqi quyuların qazılması zamanı süxur 
hissəciklərinin qaldırılması…………………………….. 
288 
12. Quyuların yuyulmasının hidravlik proqramı……….. 293 
13. Yan lülələrin qazılması............................................... 315 
13.1. Müxtəlif görünüşlü quyuların və yan lülələrin 
yazılış terminləri............................................................... 315 
13.2. Yan lülələrin qazılma texnologiyası....................... 
321 
13.3. Yan lülələrin qazılması üçün elastiki (tez əyilən) 
boruların tədbiqi............................................................... 
327 
13.4. Çoxlüləli quyuların tamamlanması......................... 
330 
13.5. Çoxdibli quyuların qazılması................................. 
333 
13.6. Çoxlüləli quyuların qazılma texnologiyası............. 
337 
13.7. Çoxlüləli quyuların tikintisinin texnologiyası……. 342 
14. Ölçü avadanlıqları....................................................... 345 
14.1. Müasir quyudibi ölçü cihazları................................ 345 
14.2. Standart quyudibi qeyd edən cihazlar..................... 
345 



14.2.1. İnklinometr........................................................... 346 
14.2.2. Bir və bir neçə dəfə işlədilən maqnitometrlər. 
347 
14.2.3. Giroskoplar……………………………………... 347 
14.3. Quyu lüləsinin trayektoriyasının idarə olunması
və nəzarətinin telemetrik sistemi……………………….. 
348 
14.4. Qazımada telemetrik sistemli əlaqə kanalları…….. 349 
İstifadə olunan ədəbiyyatlar…………………………….
355 



Kitab – bir nəslin o biri
nəslə mənəvi vəsiyyətidir. 
A.İ.Gertsen 
GIRIŞ 
Azərbaycan respublikası dövlət müstəqilliyini bərpa
etdikdən sonra ölkənin iqtisadi çətinliklərinin həlli yollarından 
biri, kəşf olunmuş neft və qaz yataqlarının işlənilməsinə 
başlamaqla hasilatın artırılması idi.
Ölkəmizin maliyyə vəsaitinin məhdudluğu,neft və qaz 
sənayesinin müasir dünya texnologiyalarından geri qalması 
xarici neft şirkətlərini bu sahəyə sərmayə qoymasına cəlb etmək 
zəruriyyətini meydana çıxarmışdır. 
1994-cü il sentyabr ayının 20-də ”Əsrin müqaviləsi”-nin 
imzalanması ilə iqtisadiyatımızın dinamik inkişafının, dünya 
iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu.Ötən illərdə 
Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş ,güclü istehsal 
və maddi texniki baza yaradılmış,beynəlxalq əməkdaşlıq 
genişlənmişdir. 
İqtisadiyyatımızın sürətli inkişafı neft və qaz sənayesi 
işçiləri qarşısında çox böyük məsələlərin həllini qoydu.Bu 
məsələ özlüyündə qazıma prosesinin sürət göstəricilərinin
artırılması,həmçinində 
qazıma 
işlərinin 
keyfiyyətinin 
yüksəldilməsidir.Qazımanın 
keyfiyyətinin yüksəldilməsinin 
əsas faktoru – maili istiqamətləndirilmiş və əsasəndə üfüqi 
quyuların layihə sənədinə uyğun olaraq qazılmasıdır. 
Hazırda (şaquli, maili, üfüqi) quyuların istənilən üsulla 
qazılma prosesində qazılma dərinliyinin artması ilə əlaqədar 
olaraq, eləcə də digər səbəblərdən quyu lüləsi layihə 
istiqamətindən kənara çıxmağa meylli olur və nəticədə, yatağın 
işlənmə şəbəkəsi planı ciddi şəkildə pozulur. Təbii əyilmə 
nəticəsində şaquli quyuların dibi layihə nöqtəsindən yüz 


10 
metrlərlə uzaqlaşa bilir ki, bu da arzuedilməzdir. Zenit və 
azimut bucaqlarının intensivlikləri bəzi hallarda layihə 
göstəricilərinə uyğun gəlmir. Bir çox hallarda quyu lüləsinin
əyilməsi nəticəsində quyu gövdəsində çıxıntılar və sərt əyintilər 
(dirsəklər) əmələ gəlir ki, bunlar da quyunun sonrakı qazılması, 
möhkəmləndirilməsi və istismarını çətinləşdirir. Bu səbəbdən 
bəzi hallarda quyunun qazılması zamanı ciddi mürəkkəbləşmə-
lər və qəzalar baş verdiyindən və quyu lüləsinin uzanması nəti-
cəsində qazılmaya nəzərdə tutulan xərclər artdığından layihə 
dərinliyinə çatmamış quyuların qazılmasını dayandırmaq 
məcburiyyəti yaranır. Ona görə də, qazıma zamanı belə halların 
baş verməməsi üçün qazıma işlərinə başlamazdan əvvəl quyu 
lüləsinin əyilməsinin qarşısını almaq üçün onun əyilmə 
səbəblərini və qanunauyğunluqlarını aşkarlanmalı və onlara 
qarşı mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
Belə halda, müəyyən sahədə əvvəllər qazılan zaman təbii 
əyilmiş quyuların faktiki materialları əsasında qurulmuş 
profillərə əsaslanaraq quyu layihələndirilir. Həmin üsul yalnız 
yaxşı tədqiq olunmuş yataqlarda tətbiq edilməlidir. Çünki orada 
quyunun əyriliyini idarə etməyə ehtiyac olmadığı üçün quyuları 
təbii əyilməyə uyğunlaşdırırlar. Bu üsulun çatışmayan cəhəti 
qazıma həcminin böyüməsi ilə əlaqədar quyuya qoyulan 
xərclərin artmasıdır. Bundan əlavə, hər bir yataq üçün 
əvvəlcədən qazılmış quyulara əsasən əyrilik intensivliyi böyük 
olan yerlər müəyyən edilməli və quyu profili layihələndirilən 
zaman onlar nəzərə alınmalıdır; 
Hal-hazırda neft və qaz yataqlarının istismarı üçün maili 
istiqamətləndirilmiş və üfüqi dərin quyuların qazılmasının geniş 
tədbiqi belə bir kitabın hazırlanması tələbatını yaratdı.
Hazırlanmış bu kitab maili istqamətləndirimiş və üfüqi 
quyuların qazılması haqqında müasir məlumatları bütövlükdə 
özündə toplamış və latın qrafikası ilə Azərbaycan dilində 
yazılmış ilk kitabdır.


11 
1. Ümumi hissə 
İstiqamətləndirilən qazıma nədir - bu quyuların verilmiş 
nöqtəyə çatdırılması üçün təbii əyilmə qanunauyğunluqlarından 
istifadı olunması, texnoloji üsulların və texniki vəsaitlərin 
köməyilə quyuların qazılmasıdır. “İstiqamətləndirilən qazıma 
daha çox incəsənətdir nəinki elm,belə ki,onda həll seçiminin 
birqiymətliliyi və düzgünlüyünü təsdiq edən heç bir düstur və 
nomoqram yoxdur. Bu zaman insanı əvəz edən, istiqamətli 
qazımanı aparan, quyudibində yaranan şəraiti dərk edən 
,quyunu lazım olan istiqamətə hər hansı üsulla aparmağı 
bacaran varlıq yoxdur. Bu incəsənəti və ya sənətkarlığı hər kəs 
öyrənə bilməz. Bunun üçün olduqca qabiliyyətli insan tələb 
olunur nəinki savadlı.
İndiki zamanda yataqların işlənilməsində geniş yayılmış 
və etibarlı üsullardan biri maili və üfüqi quyuların
 
qazılmasıdır, 
bu üsulların köməyi ilə istismar xərcləri azalmaqla yanaşı, 
çıxarılacaq neft və qazın həcminin artması imkanı da əldə edilir. 
Belə ki, dəniz yataqlarının və mürəkkəb orohidroqrafiya 
şəraitlərinə malik olan sahələrin işlənməsini, həmçinin də ətraf 
mühitin mühafizəsinin səmərəliliyinin yüksəldilməsi, münbit və 
məhsuldar torpaqlardan səmərəli istifadə olunmasını əsas 
tutaraq küt və çoxdibli quyuların qazılmasına böyük yer verilir. 
Maili qazımanın həcminin artması, onun xüsusi qazıma 
metodundan əsas qazıma üsuluna çevrilməsi əsasən quyuların 
layihə dərinliyinin artması, mürəkkəb şəraitdə maili quyuların 
müvəffəqiyyətlə 
qazılması, 
qazımanın 
layihələndirilməsi
prosesinin və tətbiq olunan qazıma texnika və texnologiyasının, 
həmçinin maili quyu əyilməsinin idarə olunması metodlarının 
təkmilləşdirilməsini tələb edir. 
Üfüqi qazıma son zamanlarda neft – qaz sənayesinin əsas
nailiyyətlərindən biridir. 80-cı illərin əvvəlində bu ekzotik üsul 


12 
hesab olunurdu və ona maili quyu qazılmasının təkmilləşməsi 
kimi baxılırdı. İndi isə üfqi qazıma neft və qazın laydan böyük 
həcmdə çıxarılması üsulu kimi standart texnologiyaya malikdir. 
Üfüqi qazımanı fərqləndirən başlıca cəhət quyu lüləsinin
məhsuldar layla görüş sahəsinin böyük olması, həmçinin lay
flüidlərinin müstəvi üzrə paralel axınını (şaquli və maili 
quyularda radial axımdan fərqli olaraq) təmin etməkdir.
Bunun sayəsində neft yataqlarının istismarının bütün 
mərhələlərində quyu məhsuldarlığının yüksək olması təmin 
edilir. 
Maili quyu elə quyuya deyilir ki, onun dibi, ağzının dib
səviyyəsindəki üfqi müstəvi üzərinə proyeksiyasına nisbətən 
istənilən istiqamətdə uzaqlaşmış olsun. Bu zaman quyu ağzının 
və dibinin üfqi proyeksiyaları arasındakı ən yaxın məsafə maili 
quyunun inhirafı, yaxud şaquldan uzaqlaşma məsafəsi adlanır. 
Müasir maili quyular quyu ağzından başlayaraq əvvəlcə 
şaquli qazılır və sonra müəyyən dərinlikdən sonra layihədə 
nəzərdə tutulan istiqamətdə əyriləşdirilərək, çökük əyri üzrə 
neft və qaz laylarının tələb olunan nöqtəsinə çatdırılır. 
Təbiidir ki, belə quyuların şaquli hissələrinin uzunluğu nə 
qədər çox olarsa, o qədər əlverişlidir, lakin bu uzunluq maili 
qazıma texnologiyasının tələbləri ilə uzlaşdırılmalıdır. 
Maili quyuların qazılmasında əlverişli geoloji şəraitdən 
istifadə olunmasının xüsusi əhəmiyyəti vardır. Layların 
yerləşməsi şəraiti maili quyunun əyriliyinə və istiqamətinə təsir 
etdiyi üçün quyu layihələndirilərkən və onun profili müəyyən 
olunarkən bu şərait, eləcə də quyuların təbii əyilmə 
qanunauyğunluqları nəzərə alınmalı və onlardan istifadə 
edilməlidir. 
Qazılma prosesində geoloji səbəblərdən təbii əyilməyə 
məruz qalan quyular çox hallarda nəzərdə tutulan neft və qaz 
layları ilə görüşmür və nəticədə layihənin məqsədi reallaşmır. 


13 
Quyuların süni (məcburi) əyilməsi ilə aşağıdakı
növlərdə quyular qazılır:maili, üfqi,çoxdibli(maili qollara
ayrılmış,üfqi qollara ayrılmış) və çoxlüləli (küt).Bu növ 
quyuların qazılması neft və qaz yataqlarının
mənimsənilməsi-
ni tezləşdirir,laydan ntft və qaz istismarını artırır,kagital 
qoyuluşunu azaldır.
Hazırda quyuların süni (məcburi) əyilməsinə aşağıdakı 
əsas üsulların tətbiqi ilə nail olunur: 
a) yataqlarda quyuların təbii əyilmə qanunauyğunluqlarını 
nəzərə almaqla profilin seçilib layihələndirilməsi. Bu halda, 
müəyyən sahədə əvvəllər qazılan zaman təbii əyilmiş quyuların 
faktiki materialları əsasında qurulmuş profillərə əsaslanaraq 
quyu layihələndirilir. Həmin üsul yalnız yaxşı tədqiq olunmuş 
yataqlarda tətbiq edilməlidir. Bundan əlavə, hər bir yataq üçün 
əvvəlcədən qazılmış quyulara əsasən əyrilik intensivliyi böyük 
olan yerlər müəyyən edilməli və quyu profili layihələndirilən 
zaman onlar nəzərə alınmalıdır; 
b) müxtəlif tip QKAH quruluşunu tətbiq etməklə quyu 
lüləsinin əyilməsinin idarə olunması. Bu halda, müxtəlif QKAH 
tətbiq edib və qazıma rejimini dəyişib, məlum üsulların tətbiqi 
ilə quyu lüləsinin hərəkət istiqamətini idarə etmək mümkündür. 
Həmin üsulda xüsusi inhirafyaradanlardan istifadə etməklə, 
quyunu verilmiş istiqamətdə qazımaq olar.
c) quyuların istiqamətlənmiş inhirafına nail olunması süni 
inhirafyaradanların tətbiqinə əsaslanır. Əyri keçirici, ekssentrik 
nippel, inhirafyaradan tərtibatlar və xüsusi qurğulardan 
yataqların konkret texniki-texnoloji şəraitindən asılı olaraq 
istifadə olunur. 
Hazırda neft, qaz və faydalı qazıntılar çıxarmaq üçün 
maili istiqamətlənmiş quyuların qazılmasından geniş istifadə 
edilir (şəkil 1.1.).


14 
Şəkil 1.1.Maili quyuların qazılmasının tətbiqinə aid misallar. 
1-Dənizdə qurulmuş əsaslardan qazıma;2-dənizdə yerləşən yataqların sahildən qazılması; 3-
kəsilib düşmüş zonalardan neft sahələri yerləşən istiqamətlərdə quyuların qazılması; 4-yataqların 
yerləşdiyi sahələrin üzərində qazıma qurğusunun yerləşdirilməsi mümkün olmayan yerlərdə maili 
quyunun qazılması; 5-monoklinal tipli neft laylarına qazıma; 6-açıq fontanların və yanğınların 
ləğv olunması üçün qazılan köməkçi quyular; 7-qəza zamanı kənara çıxmaq; 8-duz 
kümbəzlərinin yuyulması qorxusu olan rayonlarda maili quyunun qazılması; N-neft; S-su; Q-qaz; 
D-duz. 
N S N Q N N N D 


15 
Sonralar maili və üfüqi quyuların qazılması texniki və 
texnoloji cəhətdən təkmilləşdirilərək çoxdibli,çoxlüləli və küt 
quyuların qazılması üçün baza oldu. 
1.1. Maili və üfüqi quyuların qazılmasının inkişaf tarixi. 
Maili quyuların qazılması tarixi 1894-cü ilə təsadüf 
edir.Həmin ildə S.Q.Voyslov bu üsulla Bryansk yaxınlığında 
suya maili quyu qazmışdır. 
1934-cü ildə keçmiş SSSR məkanında Qrozn neft 
yataqlarında 
maili 
istiqamətləndirilmiş 
qazıma 
tədbiq 
edilmişdir. 
1938-1941-ci illərdə SSSR –də qazıma kəmərinin 
hərəkətsiz halında idarə olunan turbin qazıyıcısı ilə fasiləsiz 
maili qazımanın nəzəri əsasları işlənib hazırlanmışdır. 
1941-ci ildə Azərbaycanın Bayıl-Limanı (keçmiş İliç 
buxtasında) P.P.Şumilov, E.İ.Tağıyev və M.T.Qusmanın təklifi 
ilə turbin qazıyıcısının köməyilə dünyada dərinliyi 2000 m olan 
ilk maili quyu
 
Ağa Neymətullanın briqadası tərəfindən 
qazıldı.Bu SSSR-i məkanında maili qazımanın əsasını qoydu və 
sonralar həmin üsul xarici ölkələrdə geniş tədbiq olunmağa 
başladı. 
1941-ci ildən etibarən Azərbaycanın Hövsanı yataqlarında 
SSSR-i 
məkanında 
ən 
dərin 
maili 
quyu 
qazılmağa 
başladı.(3200-3400m) 
İlk maili istiqamətləndirimiş quyu trayektoriyası əyrixətli 
olurdu yəni yer səthindən əvvəlcə şaquli və sonra lazım olan 
istiqamətdə əyrilik bucağı yığılır və əyri xətlər üzrə qazılırdı. 
1949-cu ildə düzxətli maili istiqamətləndirilmiş quyu ilk 
dəfə Qroznonun köhnə mədənlərində qazılmışdır.Burada 
qazıma vışkası şaquli yox maili şəkildə quraşdırıldı. 


16 
Üfüqi quyuların qazılmasının 1930-cu illərdə SSSR 
məkanında əsası qoyulmuşdur. 
1950-ci illərdə üfüqi çoxdibli quyular (110-120m) 
qazılmışdır. Belə ki,bir çox hallarda müsbət nəticənin 
alınmaması üfqi qyyu qazılması həcminin azalmasına gətirib 
çıxardı. 
1980-ci ildə üfüqi quyuların qazılmasına bütün dünyada 
maraq artdı. 
Misal üçün İndoneziyada 1988-ci ildə kontinental şelfdə 
üfüqi intervalın uzunluğu orta hesabla 500m olan 11 ədəd quyu 
qazıldı. Bu zaman məhsuldar layın qalınlığı 7,8-12m təşkil 
edirdi. 
1980-ci ilə qədər neft yataqlarında bi neçə yüz üfüqi quyu 
qazılmışdır.1988-ci ildən sonra isə mindən çox üfqi quyu 
qazılmışdır. 
1980-1984-cü illərdə ildə bir üfüqi quyu qazılırdısa,1988-
ci ildə dünyada onların sayı 200 çatdı. 
Mütəxəssislərin proqnozuna görə yaxın vaxtlarda qazılmış 
üfüqi quyularınhəcmi 30-50% təşkil edə bilər. Bəzilərinin 
hesablamalarına görə isə dünyada qazılan quyuların ümumi 
həcminin 70%-ə qədərini üfqi quyular təşkil edə bilər. 
1.2. Quyuların tipləri 
Neft yataqlarının geoloji şəraitindən asılı olaraq müxtəlif 
tipli quyular qazılır. Neft quyuları aşağıdakı tiplərdə qazıla bilər 
(şəkil 1.2): 
- şaquli; 
- maili istiqamətlənmiş;
- üfüqi; 
- çoxlüləli; 
- çoxdibli. 


17 
- küt quyular; 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə