Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
Maili quyular


a – birkeçidli b – çoxkeçidli 
 
Maili istiqamətlənmiş və üfüqi quyuların qazılması üçün 
QKAH-nin əsas komponentlərindən biri vintli hidravliki 
quyudibi mühərrikdir (VHQM). 
Onlar fransız mühəndisi Mone tərəfindən ixtira olunmuş 
və hal-hazırki dövrə qədər təkmilləşdirilir. Müasir maili 
istiqamətlənmiş və üfüqi quyuların qazılmasının inkişafı 
VHQM-n yaranması ilə əlaqədardır. 
a) iş prinsipi 


52 
VHQM-n mühərrik-ötürücü seksiyası aşağıdakılardan 
ibarətdir: 
- stator: rezin örtüklü vintli spiral səthli stasionar seksiya 
- rotor: vintli spiral səthli
polad val. 
Rotor və stator özləri arasında həcmi ciblər yaratmaqla 
bir-birinə dəqiq uyğunlaşdırılmışdır. Bu həcmi ciblərdən 
təzyiqlə vurulan qazıma məhlulu seli bu həcmi ciblərdən 
keçərək rotoru fırlanmağa məcbur edir. Rotorun fırlanma sürəti 
qazıma məhlulunun sərfinin qiymətilə mütənasibdir. 
b) VHQM-in müxtəlif tipləri – gücü, burucu moment və 
fırlanma sürəti 
Rotor və stator müxtəlif konstruksiyalarda ola bilər: 
- bir vintli spiral səthli
- bir neçə vintli spiral səthli
Valın fırlanma sürəti azalmaqla vintli spiral çıxıntıların 
sayının artması ilə mühərrikin çıxış gücü artır.
Bununla əlaqədar VHQM-i aşağıdakı kimi siniflərə 
bölmək olar: 
- yüksək sürətli aşağı momentli mühərriklər 
- aşağı sürətli yüksək momentli mühərriklər 
Hal-hazırda gövdəsi verilmiş əyrilik bucağına malik 
VHQM-lər hazırlanır. Nəticədə əyri keçiricilərdən istifadə 
olunmur və VHQM-n gövdəsinin əyrilik nöqtəsinin baltaya 
yaxın yerləşməsi ilə əlaqədar quyu əyriliyini tənzimləmək üçün 
effektlik artır. 
VHQM-n gövdəsi ya qeyd olunmuş əyrilik bucağı, ya da 
onun konstruksiyası imkan verir ki, yerdən ¼ dərəcə addımla 
əyrilik bucağını dəyişməyə imkan verir. VHQM-n son 
modellərinin gövdəsi yer üzərinə qaldırmadan quyu dibində 
əyrilik bucağını tənzimləməyə imkan verir (şəkil 2.7). 
Valın fırlanma sürəti azalmaqla vintli spiral çıxıntıların 
sayının artması ilə mühərrikin çıxış gücü artır.


53 
Bununla əlaqədar VHQM-i aşağıdakı kimi siniflərə 
bölmək olar: 
- yüksək sürətli aşağı momentli mühərriklər 
- aşağı sürətli yüksək sürətli mühərriklər 
Şəkil 2.7. Gövdəsi əyrilik bucağına malik vintli hidravliki 
quyudibi mühərrik. 
Hal-hazırda verilmiş əyrilik bucağına malik gövdəli 
VHQM-lər hazırlanır. Nəticədə əyri keçiricilərdən istifadə 
olunmur və VHQM-n gövdəsinin əyrilik nöqtəsinin baltaya 
yaxın yerləşməsi ilə əlaqədar quyu əyriliyini tənzimləməək 
effektliyi artır. 
VHQM-n gövdəsi ya qeyd olunmuş əyrilik bucağı, ya da 
onun konstruksiyası imkan verir ki, yerdən ¼ dərəcə addımla 
əyrilik bucağını dəyişməyə imkan verir. VHQM-n son 
modellərinin gövdəsi yer üzərinə qaldırmadan quyu dibində 
əyrilik bucağını tənzimləməyə imkan verir. 
Vintli hidravliki quyudibi mühərrikllə turbin qazımasının 
göstərilərinin müqayisəsindən görünür ki, eyni şəraitdə vintli 
həcmi mühərriklərlə qazımada bir baltanın gedişi bərk 
süxurlarda 2 yumşaq süxurlarda 20 – 50%
,
mexaniki sürət isə 
20 – 50% artır. Vintli hidravliki quyudibi mühərriklər turbin 
qazıyıcısı ilə müqayisədə daha sadə quruluşa, daha kiçik uzun-
luğa və ağırlığa malikdir. Bu mühərriklərdən xarici ölkələrdə 
də istifadə edirlər. Misal kimi «Dayna Drill»-i göstərmək olar 


54 
(diametri 197mm, məhlulun sərfi 28 
san
/
l
, dövrlər sayı 320 
dövr/dəq, fırladıcı momenti 1300 H.m, təzyiq düşküsü 17 MPa-
dir).
Yuxarıda 
qeyd 
edilən 
üstünlüklər 
bu 
quyudibi 
mühərriklərin böyük gələcəyindən xəbər verir. 
Vintli həcmi mühərrikin əsas göstəriciləri cədvəl 2.2-də 
göstərilmişdir. 
Cədvəl 2.2 
Vintli həcmi mühərriklərin əsas texniki göstəriciləri 
Gövdənin xarici diametri, mm 
195 
172 
127 
85 
54 
Mayenin sərfi, l /s 
35 
25 
15 

2,5 
Valın fırlanma tezliyi, dəq
-1
113 
144 
250 
280 
600 
Fırlanma momenti, N


5500 
3570 
1200 
400 
100 
Vala düşən güc, kVt 
64 
53 
31 
11 

Təzyiq düşküsü, Mpa 
5,5 
5,4 
5,0 
3,5 
5,0 
M / P nisbəti 
49 
25 
4,8 
1,4 
0,17 
Faydalı iş əmsalı 
0,34 
0,40 
0,42 
0,48 
0,50 
Uzunluğu, m 
6,2 
6,9 
4,5 
3,2 
2,0 
Kütləsi, kq 
1090 
770 
300 
90 
25 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə