Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Maili quyular

 
3.1. Pərli və ya tiyəli baltalar. 
Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən ən 
sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən yumşaq və 
orta bərklikli süxurları, sement tıxaclarını, qoruyucu kəmərlərin 
aşağı ucunda metal hissələri qazımaq və quyu lüləsinin 
genişləndirilməsi üçün istifadə edilir. Belə tip baltalar, əsasən, 
ikipərli, üçpərli, çoxtiyəli sürtücü-kəsici tipli buraxılır.
İkipərli baltaların (2P) diametri 76,0

165,1mm-ə qədər 
olur və adi yuma dəliklərinə malikdirlər (şəkil 3.1.). Bu baltalar 
gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv 
şəkildə hazırlanır. Bundan başqa ikipərli baltalar sürtücü-kəsici 


60 
(SK) və hidromonitor effektli sürtücü-kəsici (SKH) tiplərdə 
olur. 
Şəkil 3.1. İkipərli balta 
Üçpərli adi baltalar (3P) (şəkil 3.2b) və hidromonitor 
(3PH) (şəkil 3.2c) yuma dəlikləri olan şəkildə istehsal edilir. Bu 
baltalar 118

445mm diametrlərdə hazırlanır. İkipərli və üçpərli 
baltaların ölçüləri və texniki xarakteristikaları cədvəl 3.1 və 3.2-
də göstərilmişdir. Adi yuma dəliyi olan baltalarda maye seli 
bilavasitə tiyə üzərinə axdığı halda, hidromonitor baltalarda 
maye seli 60-100m/san sürətlə quyu dibində doğranacaq süxur 
parçalarına 1,5
0
bucaq altında istiqamətləndirilir. Hidromonitor 
effekt əldə etmək məqsədilə bu baltaların yuma dəliyinə kiçik 
diametrli saxsı borucuqlar geydirilir. Bu borucuqlar abrazivliyə 
davamlı möhkəm materialdan hazırlanır.
a b c 
Şəkil 3.2. Üçpərli balta: 
a – ümumi görünüşü; b – adi 60eni dəlikli (3P); c –
hidromanitor tipli 60eni dəlikli (3PH) 


61 
Cədvəl 3.1 
Ikipərli baltalar 
Şifr 
Baltanın 
diametri, 
mm 
Baltanın 
hündürlüyü, 
mm 
Yivi 
Buraxıla 
bilən 
yük, kN 
Çəkisi, 
kq 






2P-93,0 M 
93,0 
175 
3-50 
20 
2,3 
2P-97,0 M 
97,0 
175 
3-50 
20 
2,4 
2P-98,4 M 
98,4 
175 
3-50 
30 
2,4 
2P-112,0 M 
112,0 
175 
3-50 
30 
2,6 
2P-118,0 M 
118,0 
175 
3-50 
30 
2,7 
2P-120,6 M 
120.6 
175 
3.50 
35 
2.7 
2P-132.0 M 
132.0 
175 
3.50 
40 
2.8 
2P-139.7 M 
139.7 
190 
3-63,5 
45 
4.1 
2P-146.0 M 
146.0 
190 
3-63.5 
45 
4.2 
2P-151.0 M 
151.0 
190 
3-63.5 
50 
4.3 
2P-161.0 M 
161.0 
190 
3-63.5 
55 
4.4 
2P-165.1 M 
165.1 
190 
3-63.5 
55 
4.4 
2-SK-76 S 
73 
120 
3-63.5 
30 
1.5 
2-SK-93 S 
93 
140 
3.63-5 
45 

2-SK-112 S 
112 
160 
3-63.5 
60 

2-SK-118 S 
118 
160 
3-63.5 
60 

2-SK-132 S 
132 
180 
3-63.5 
80 
11 
2-SK-135 S 
135 
180 
3-88 
90 
12 
2-SK-140 S 
140 
220 
3-88 
100 
13 
2-SKH-140 S 
140 
220 
3-88 
100 
13 
2-SK-151 S 
151 
220 
3-88 
120 
14 
2SKH-151 S 
151 
220 
3-88 
120 
14 
2SK-161 S 
161 
220 
3-88 
130 
15 
2SKH-161 S 
161 
220 
3-88 
130 
15 
2SK-190 S 
190 
250 
3-121. 
180 
18 
2-SKH-190 S 
190 
250 
3-121 
180 
18 
2-SK-214 S 
214 
260 
3-121 
220 
25 
2-SKH-214 S 
214 
260 
3-121 
220 
25 
2-SK-243 S 
243 
290 
3-121 
280 
32 


62 
Cədvəl 3.1-davamı 






2-SKH-243 S 
243 
290 
3-121 
280 
32 
2-SK-269 S 
269 
300 
3-121 
350 
36 
2-SKH-269 S 
269 
300 
3-121 
350 
36 
Cədvəl 3.2 
Üçpərli baltalar 
Şifr 
Baltanın 
diametri, 
mm 
Balta-nın 
hündürlü-
yü, mm 
Yivi 
Buraxıla 
bilən yük, 
kN 
Çəkisi, 
kq 






3P-120.6M 
120.6 
240 
3-76 
50 

3P-132.0 M 
132 
260 
3-88 
55 
10 
3P-139.7 M 
139.7 
260 
3-88 
60 
10 
3P-146.0 M 
146 
260 
3-88 
80 
11 
3P-151.0 M 
151 
260 
3-88 
80 
11 
3P-161.0 M 
161 
260 
3-88 
85 
12 
3P-165.1 M 
165.1 
260 
3-88 
90 
12 
3P-171.4 M 
171.4 
260 
3-88 
90 
15 
3P-187.3 M 
187.3 
280 
3-88 
100 
25 
3PH-190.5M 
190.5 
320 
3-117 
120 
27 
3PH-200.0 M 
200 
320 
3-117 
130 
27 
3PH-212.7 M 
212.7 
320 
3-117 
130 
27 
3PH-215,9 M 
215,9 
320 
3,117 
130 
27 
3PH-222,3 M 
222,3 
320 
3-117 
140 
27 
3PH-242,9 M 
242,9 
320 
3-121 
160 
33 
3PH-244,5 M 
244,5 
320 
3-121 
160 
33 
3PH-250,8 M 
250,8 
320 
3-121 
160 
33 
3PH-269,9 M 
269,9 
356 
3-152 
170 
35 
3PH-295,3 M 
295,3 
420 
3-152 
220 
61 
3ПЩ-311,1 М 
311,1 
420 
3-152 
230 
61 
3ПЩ-320 ,0 М 
320,0 
420 
3-152 
230 
61 
3PH-349,2 M 
349,2 
420 
3-152 
250 
63 
3PH-374,6 M 
374,6 
440 
3-171 
310 
87 


63 
Cədvəl 3.2-nin davamı






3PH-393,7 M 
393,7 
440 
3-171 
330 
87 
3PH-444,5 M 
444,5 
440 
3-171 
370 
90 
3SK-190 MSZ 
190 
260 
3-121 
130 
18 
3SKH-190 MSZ 
190 
260 
3-121 
130 
18 
3SK-214 MSZ
214 
260 
3-121 
150 
20 
3SKH-214 MSZ 
214 
260 
3-121 
150 
20 
3SK-243 MSZ 
243 
260 
3-121 
180 
21 
3SKH-243 MSZ 
243 
260 
3-121 
180 
21 
3SK-269 MSZ 
269 
260 
3-121 
200 
23 
3SKH-269 MSZ 
269 
260 
3-121 
200 
23 
Qeyd: M–yumşaq süxurlar üçün, MSZ–orta bərklikli 
abraziv yumşaq süxurlar üçün, S–orta bərklikli süxurlar üçün, 
P-pərli, PH–pərli hidromanitor, SK–sürtücü-kəsici, SKH–
sürtücü-kəsici hidromanitor. 
Pərli baltalar qazıma məhlulunun hidravlik gücü hesabına 
işləyən mühərriklər və elektrik mühərrikləri ilə qazımada 
istifadə olunmur. Çünki bunlarla qazımada böyük fırladıcı 
moment tələb olunur. 
Çoxtiyəli sürtücü-kəsici tipli baltalar (SK) bərkliyi tez-tez 
dəyişən təbəqələrdən ibarət laylarda tətbiq edilir. Bu baltalar 
diametrləri 76 

269 mm-ə qədər olan adi yuma dəliyi ilə (SK) 
və hidromonitor yuma dəliyi ilə (SKH) hazırlanır. Bu tip 
baltalar, əsasən, gövdədən və ona qaynaq edilmiş 6 ədəd 
tiyədən ibarətdir. Bunlardan üçü normal hündürlükdə, üçü isə 
qısaldılmış ölçüdə olur. Qısa pərlərin hər biri iki normal pər 
arasında yerləşən hidromonitor tipli (şəkil 3.3.a) və adi (şəkil 
3.3.b). 


64 
Şəkil 3.3 (a). Altıpərli süxurlara sürtünərək kəsən hidromonitor
tip baltanın ümumi görünüşü (6SK) 
görünüş A 
Şəkil 3.3 (b). Altıpərli süxurlara sürtünərək kəsən balta (6SK): 
1 – gövdə; 2 – kipləşdirici halqa; 3 – bolt; 4 – şayba; 5 – 
bayanet şaybası; 6 – keçirmə (nasadka); 7 – mil (ştır); 8 – pər; 
9 – gödəldilmiş pər. 


65 
Pərli baltalardan ən geniş yayılmışı balıqquyruğu (BQ) 
tipli baltalardır. Bu baltalar əsasən quyuların başlanğıc 
diametrini qazımaq üçün istifadə olunur.
Bu tip baltalar 420 
÷
640 mm diametrlərdə hazırlanır . 
BQ baltaların yuma dəliklərinin konstruksiyalarına görə 
iki növü məlumdur. 
- yuxarı yuma dəlikli balta şəkil 3.4 (a); 
- aşağı yuma dəlikli balta şəkil 3.4 (b).
Şəkil 3.4 (a). Balıqquyruğu (BQ) –tipli yuxarı yuma dəlikli 
balta 
Şəkil 3.4. (b). Balıqquyruğu (BQ) – tipli aşağı yuma dəlikli 
balta. 


66 
M.A. Kapelyuşnikov turbin qazıyıcısının ilk sınaqdan 
keçirilməsi 1925-ci ildə üçpərli baita ilə aparılmışdır.Həmin 
anın işçi vəziyyəti şəkil 3.5-də göstərilmişdir. 
Şəkil 3.5. 
3.2. Şaroşkalı baltalar 
Neft və qaz quyularının qazılmasında şaroşkalı baltalardan 
geniş istifadə olunur. Şaroşkalı baltaların yastıq üzərində 
oturdulmuş konus, kürə və yaxud silindr şəkilli şaroşkaları olur. 
Şaroşka–konus, kürə, ya da silindr formada və üzərində həndəsi 
profillə yonulmuş dişləri olan balta elementlərindən biridir. 
Balta öz oxu ətrafında fırlandıqda şaroşkalar da quyu dibinin 
üzəri ilə öz oxları ətrafında dolanaraq balta oxuna nəzərən 


67 
mürəkkəb hərəkət edir. Bu zaman şaroşkaların dişləri quyudibi 
süxura zərbələr endirərək onu ya doğrayır, ya da doğrayıb 
qoparır.
 
Balta öz oxu ətrafında saat əqrəbi istiqamətində fırlandığı 
halda, şaroşkalar saat əqrəbinin əksi istiqamətində öz oxları 
ətrafında fırlanırlar. Şaroşkalı baltaların effektliliyi, quyu 
dibində işləmə müddəti və mexaniki sürəti–əsasən, şaroşkaların 
və onların səthlərindəki dişlərin həndəsi formalarından, 
şaroşkaların düzülüşündən və yastıqların quruluşundan, yuma 
dəliklərinin diametrindən və istiqamətindən, dişlərin sərt 
xəlitələrlə örtülməsindən və s. asılıdır. 
Hazırda şaroşkalı baltalardan daha geniş istifadə edilməsi 
onların pərli baltalara nisbətən bir çox üstünlükləri ilə izah 
olunur. 
1. Şaroşka dişlərinin ümumi süxurla görüşən uzunluğu 
kəsici tipli baltanın pərlərinin kəsici səthinin ümumi 
uzunluğundan xeyli artıqdır, lakin şaroşkalı baltaların quyudibi 
ilə təmas səthi kəsici tip baltalarınkından çox kiçikdir. Odur ki, 
eyni oxboyu yükdə xüsusi təzyiqin böyük olması hesabına 
qazıma gedişi şaroşkalı baltalarda yüksək olur. 
2. Kütləşənə qədər şaroşkalı baltaların kəsici tip baltalara 
nisbətən gedişi daha çox olur, çünki süxurun hər dişə təsir 
müddəti pərli baltalara nisbətən çox azdır və yeyilmə çoxsaylı 
dişlərə paylanır. 
3. Bərk süxurlarda işlədilərkən şaroşkalı baltalar üçün 
tələb olunan fırladıcı moment çox kiçikdir, bu baltalar pərli 
baltalara nisbətən daha müntəzəm və səlis işləyir. 
4. Şaroşkalı baltalar quyu lüləsinin silindrik formasını 
daha yaxşı təmin edir. 
Şaroşkalı baltaların əsas nöqsanları onların quruluşunun 
nisbətən mürəkkəb və qiymətinin baha olması, şaroşka 
dayaqlarının kifayət qədər möhkəm olmamasıdır. Pərli 


68 
baltaların şaroşkalı baltalarla müqayisədə üstünlükləri onların 
nisbətən sadə quruluşlu və qiymətlərinin ucuz olmasıdır.
Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox 
şaroşkalı olur.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə