Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67
Maili quyular

Birşaroşkalı baltalar. 
Birşaroşkalı baltalar, əsasən, yerin 
dərin qatlarında yerləşən plastik və orta abrazivliyə malik 
süxurları qazımaq üçün 97,140,161,190 və 214mm diametrlərdə 
hazırlanır. Bir ədəd sferik şəklində şaroşkaya malik olan bu 
baltaların sapfasının oxu balta oxu ilə 30
0
–li bucaq təşkil edir. 
Qazıma prosesində birşaroşkalı balta öz oxu ətrafında, 
şaroşka isə sapfanın oxu ətrafında fırlanaraq dişləri ilə süxura 
sürtülür və onu mikrokəsici-sürtücü təsirlə dağıdır. Bu tip 
baltanın müxtəlif modifikasiyaları 3.6-cı şəkildə göstərilmişdir. 
Birşaroşkalı baltanın şaroşkasının öz oxu ətrafında fırlanma 
sürəti üçşaroşkalı baltanın şaroşkalarının öz oxları ətrafında 
fırlanma sürətindən çox kiçik olur. 
 

a
b
c
ç d 
Şəkil 3.6. Birşaroşkalı baltaların növləri: 
İkişaroşkalı baltalar
İkişaroşkalı baltanın gövdəsi bir-biri 
ilə qaynaq edilmiş iki konusvarı seksiyadan ibarət olur (şəkil 
3.7 (a), (b)) 
Bu tip baltalar, əsasən, yumşaq və sərt süxurları qazımaq 
üçün 59 

190mm (59,93,112,132,151,190m) diametrlərdə 


69 
hazırlanır. İkişaroşkalı baltanı eyni diametrli üçşaroşkalı 
baltadan fərqləndirən əsas üstün cəhət onun şaroşkalarının 
ölçülərinin nisbətən böyük olması və 69 eni dəliklərinin 
yerləşdirilməsi üçün münasib şəraitin olmasıdır. Odur ki, çox 
dərin quyuların qazılmasında iki və birşaroşkalı baltalardan 
istifadə olunur. 

 
a b
Şəkil 3.7 (a). İkişaroşkalı baltaların sxemi: 
a – V112MQ; b – 2V93S; 1 – seksiya (pəncə); 2 – dayaq 
hissəsi; 3 – şaroşka; 4 – şaroşka səthindəki dişlər. 
Şəkil 3.7 (b). İkişaroşkalı baltanın ümumi görünüşü. 


70 
Üçşaroşkalı baltalar
Bu baltalar iki üsulla hazırlanır. 
Birinci üsulla hazırlanan baltalar bir-biri ilə tikişlə qaynaq 
edilmiş 3 seksiyadan ibarət, diamenri 46 

346 mm olur. İkinci 
növ şaroşkalı baltalar tökmə üsulla hazırlanır (diametrləri 394 

490 mm olur). Bu növ baltaların yuma dəlikləri də iki cür 
hazırlanır. Baltalardan bəzilərinin yuma dəliklərindən çıxan 
maye şırnağı balta dişlərini təmizləmək məqsədilə şaroşkaların 
üzərinə yönəldilir (şəkil 3.8). Bəzi baltalarda isə maye şırnağı 
quyu dibinə istiqamətləndirilir ki, bu da quyudibi süxurların
dağıdılmasına və quyu dibinin yaxşı təmizlənməsinə kömək 
edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır. 
Belə baltalar hidromonitor effektli baltalar adlanır (şəkil 3.8). 
Rotor və elektrik üsulu ilə qazımada daha yüksək nəticələrə nail
olmağa imkan yaradır. Qeyd edilməlidir ki, bir çox xarici 
ölkələrdə, o cümlədən ABŞ - da üçşaroşkalı baltalardan geniş 
istifadə edilir. Hazırda üçşaroşkalı baltalar şəkil 3.9 - da 
göstərilən tiplərdə istehsal olunur. 
Şaroşkalı baltanın quyudibi ilə qarşılıqlı əlaqəsi belədir: 
baltaya verilən oxboyu yükün təsiri nəticəsində şaroşkalar 
üzərindəki 
dişlər, 
süxürün 
dağılmaya 
göstərdiyi 
müqavimətindən çox olan hallarda süxura batır və onu dağıdır. 
Qazımanın texniki-iqtisadi göstəricilərini yüksəltmək 
üçün çalışmaq lazımdır ki, qazıma prosesinin əvvəlindən 
sonunadək oxboyu yük süxurun dağılmaya göstərdiyi buraxıla 
bilən gərginlik həddindən böyük olsun. Müasir üçşaroşkalı 
baltaların 
ayrı-ayrı 
elementlərinin 
dayanıqsız 
olması, 
dayaqlarının, işçi səthlərinin, yuma dəliklərinin və onların 
hazırlandığı materialların yüksək keyfiyyətli olmaması kiçik 
diametrli quyu lüləsinin qazılmasında özünü doğrultmur. 


71 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə