Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   67
Maili quyular

m
.
q
aqb
bal
aqb
q
P
,
l
1
25
1

Quyudibi mühərriklərlə qazıma üsulları üçün 











m
.
q
aqb
bal
aqb
q
G
P
l
1
125

burada 

aqb
l
AQB-nin tələb edilən uzunluğu, m; 

bal
P
baltaya verilən oxboyu yük, kN; 

aqb
q
AQB-nin 

m
1
nin 
çəkisı, kN; 

G
quyudibi mühərrikin çəkisi, kN; 



,
m
.
q
qazıma məhlulunun və kəmərin aşağı hissəsindəki AQB-nin 
hazırlandığı materialın sıxlığı, adətən 
3
85
7
sm
/
q
,


qəbul 
edilir.
Qazıma məhlulunun xüsusi çəkisi isə 
3
4
2
00
1
sm
/
q
,
,

arasında dəyişir. 
AQB-nin xarici və daxili diametri, mm-lə 95/32, 108/38, 
146/74, 178/90, 203/100, 219/100, 229/100, 254/100 
ölçülərində, uzunluğu isə 12,5m olur. 


109 
Hal-hazırda hamar və spiral şəkilli AQB-lər daha çox 
tədbiq edilir.Maili və üfüqi quyuların mürəkkəb şəraitdə 
qazılması zamanı spiral şəkilli AQB-nun tədbiqi daha yaxşı 
hesab edilir. Spiral şəkilli oyuqlar AQB-nun səthinin quyu 
divarı ilə toxunma səthini 40% azaldır,buda öz növbəsində 
QKAH – nin tutulma təhlükəsini azaldır. AQB yuxarı hissədən 
keçirici vasitəsilə qazıma borusuna, aşağı hissədən isə keçirici 
vasitəsilə baltaya (rotor qazıma üsulunda) və ya quyudibi 
mühərrikə bağlanır.
Adi AQB-nin ölçüləri cədvəl 4.4-də göstərilmişdir. 
Xarici diametri sabit olan (hamar) AQB 
Hamar AQB– lər (şəkil 4.7) adi qazımada və ya şaquldan 
kiçik inhiraflı quyuların qazılması zamanı aşağıdakıları yerinə 
yetirmək üçün tətbiq edilir: 
- balta üstü alətin sərtliyini artırmaq; 
- baltaya oxboyu yükün verilməsini təmin etmək. 
Şəkil 4.7. Hamar AQB 
Maili-istiqamətlənmiş quyuların qazılması zamanı AQB-
lər öz vəzifələrini tamamilə yerinə yetirmir, bəzən də səmərəsiz 
olur və ya qazıma prosesinə mənfi təsir göstərir. 
Şaquldan böyük bucaqlı və üfüqi quyuların qazılmasında 
AQB-lərin aşağı hissədə istifadəsi ümüumiyyətlə məsləhət 
görülmür. 
Spial qanovlu AQB 
Spiral qanovlu AQB (şəkil 4.8) bütün uzunluğunun 
təxminən 8,1 m (27 fut) hissəsinin xarici diametri üzrə maşınla 
açılmış (hazırlanmış) qannovlara malikdir. 


110 
Cədvəl 4.4 
Adi AQB-nin ölçüləri, kütləsi və sərtliyi 
Diametr, mm 
1 m borunun 
kütləsi, kq 
Birləşdirici yiv 
Sərtliyi, N.m
2
xarici 
daxili 
əyilmədə 
yerdə-yişmədə 
95 
32 
49 
3-76 
828 
631 
108 
38 
63 
3-88 
1380 
1051 
146 
74 
97 
3-121 
4372 
3331 
178 
90 
156 
3-147 
9667 
7365 
197 
90 
189 
3-152 
14 842 
11 380 
203 
100 
192 
3-171; 3-171 
16 466 
12 546 
219 
100 
212 
3-189 
21 563 
16 429 
229 
100 
273 
3-171; 3-189 
27 304 
20 803 
254 
100 
336 
3-189 
41 854 
31 889 


111 
Bu tip AQB-lərin çəkisi hamar AQB-yə nisbətən təxminən 
4% az olur. 
Spiral qanovlu AQB-lərin tətbiqi təzyiqlər fərqindən 
(differensial tutulma) tutulma riskini azaldır. Bunları tətbiqini 
maili-istiqamətlənmiş quyuların qazılmasında məsləhət görülür. 
Şəkil 4.8. Spial qanovlu AQB 
Divarı çuxurlu AQB
Borunun sərtliyini və tutulma riskini azaltmaq üçün divarı 
çuxurlu AQB-lərdən istifadə olunur (şəkil 4.9).
 
Şəkil 4.9. Sərtliyi azaldılmış AQB 
Kvadrat en kəsikli AQB 
Kvadrat en kəsikli AQB (şəkil 4.10) bir sıra üstünlüklərə 
malikdir: 
- quyuda qazıma alətinin mərkəzləşməsini təmin edir; 
- QKAH-nin yüksək sərtliyini təmin edir; 
- burucu momentin sürətli amortizasiyası; 
- oxboyu titrəmənin minimuma endirilməsini təmin edir; 
Kvadrat en kəsikli AQB-ni çatışmayan cəhətləri: 
- böyük burucu moment yaradır; 
- süxur hissəciklərini xırdalayır və quyu divarının kələ-
kötürlüyünü hamarlayır, bu isə qazıma məhlulunun tərkibində 
bərk fazanı artırır; 


112 
- qəza baş verdikdə alətin tutulan hissəsinin quyudan 
çıxarılmasını çətinləşdirir; 
- qiymətinin yüksək olması; 
Ümumiyyətlə, kvadrat en kəsikli AQB-lər təcrübədə çox 
az tətbiq edilir. 
Şəkil 4.10.Kvadrat en kəsikli AQB 
Ağırlıq mərkəzi sürüşdürülmüş AQB. 
Ağırlıq mərkəzi sürüşdürülmüş AQB əsasın gövdəsində 
deşiklər açılmış hamar AQB-dən hazırlanır. Onlar quyu 
lüləsinin şaquli istiqamətini saxlamaq üçün tətbiq edilir. 
Dirsəkli AQB.
Dirsəkli AQB xüsusi hallarda əyriliyi kiçik radiuslu
maili-istiqamətlənmiş quyuların qazılmasında tətbiq edilir. 
4.6. QKAH-in maqnitləşməyən elementləri. 
 
Yer kürəsinin maqnit sahəsilə qazıma kəmərinin 
elementlərinin əlaqəsi zamanı yaranan maneə, quyudibi ölçü 
cihazlarının müdafiəsi üçün QKAH-də maqnitləşməyən 
elementlərin olması vacib hesab edilir. 
Bu elementlər siyahısına daxildir: 


113 
- maqnitləşməyən AQB 
- maqnitləşməyən stabilləşdiricilər 
- maqnitləşməyən keçiricilər 
Maqnitləşməyən AQB 
Maqnitləşməyən AQB (şəkil 4.11), ya paslanmayan 
poladdan, ya da “Monel” tipli ərintidən (70% nikel və 30% mis) 
hazırlanır. Bunların qiyməti çox bahadır. 
Maqnitləşməyən AQB əsasən hamar şəklində olur, 
xüsusi paslanmayan poladdan hazırlanır. MAQB, xüsusi 
maqnitli azimut datçikli ölçü cihazlarını ( inklinometr, 
quyudibi telesistem modulunu ) yerləşdirmək üçün lazımdır. 
Maqnitləşməyən AQB xrom-marqanslı paslanmayan 
poladdan hazırlanır. Bu material bərklik, sərtlik, korroziya 
davamlılığı kimi mexaniki xassələrilə fərqlənir. Bundan başqa 
o zəif maqnit keçiriciliyini təmin edir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə