Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


Şəkil 4.21. Açılan genişləndiriclər  Diyircəkli genişləndiricilər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67
Maili quyular

 
Şəkil 4.21. Açılan genişləndiriclər 
Diyircəkli genişləndiricilər
 
Diyircəkli genişləndiricilərin (şəkil 4.22) təyinatı: 
- nominal diametrə qədər quyu divarını qəlibləmək 
- quyuda QKAH mərkəzləşdirmək 
Quyu lüləsində kəskin əyrilikli daralmış və çıxıntıları olan 
sahələri 
genişləndirmək 
üçün 
tətbiq 
edilir. 
Bu 
genişləndiricilərin əsas elemnti yığım halında diyircəkli 


125 
şaroşkalardır. Bunun quraşdırılmış dayaqlarında ya metal kəsici 
tiyələr, ya da karbid-volfram qarışığı ilə armaturlaşdırılmış 
çüylərlə təchiz olunmuş ikidən altıya qədər komplektdən 
ibarətdir.
Bunlar pərli genişləndiricilərlə müqayisədə kiçik burucu 
moment yaradır və quyu lüləsini az pozur.
Bu genişləndiricilər balta üstü pərli stabilləşdiricinin 
yerinə balta üstündə yerləşdirilir. 
 
Şəkil 4.22. Diyircəkli genişləndiricilər 
Eksentrik genişləndirici.
Eksentrik genişləndirici (şəkil 4.23) aşağıdakı ölçülərdə 
hazırlanır, 8 
½
- dən 17 
½
- ə qədər. 
Alətin iş effektivliyi: 
- qazımanın böyük sürəti üçün imkanlar; 
- genişlənən qoruyucu borunun endirilməsi üçün quyu 
lüləsini böyük diametrdə qazımaq; 
- axıcılığa malik gilləri və ya duza qazıma aparan zaman 
problemsiz qoruyucu kəmərlərin endirilməsi üçün böyük 
diametrli quyuların qazılması; 
- daha güclü çınqıllı süzgəcin qoyulması üçün 
böyüdülmüş lülənin yaradılması; 


126 
- keyfiyyətli sementləmə üçün geniş boruarxası fəza 
yaratması; 
- maili istiqamətləndirilmiş qazımada fırladıcı momentin 
azaldılması. 
Şəkil 4.23. Eksentrik genişləndirici . 
4.10. Keçiricilər. 
Çox hallarda qazıma kəmərinin ünsürləri müxtəlif növlü 
və müxtəlif ölçülü yivlərlə birləşməli olur. Bu zaman keçirici-
lərdən istifadə edilir. 
Quyuların qazılması prosesində bir sıra müxtəlif 
keçiricilər tətbiq edilir. 
Birləşdirici keçiricilər
Birləşdirici keçiricilər (şəkil 4.24) müxtəlif ölçülü və 
müxtəlif yivli qazıma kəmər ünsürlərini birləşdirmək üçün 
tətbiq edilir. 


127 
- FGK markalı keçirici aparıcı borunun yuxarı ucunu 
fırlanğıcın qidalandırıcı lülə borusuna bağlamaq üçün 
işlədilir;
- KAK markalı keçirici isə aparıcı borunun aşağı ucunu 
qazıma borularına bağlamaq üçün tətbiq edilir; 
- KK markalı keçirici iki müxtəlif nippelli və muftalı 
ucları birləşdirmək üçün tətbiq edilir; 
- NK markalı keçirici müxtəlif ölçülü 2 muftalı ucları 
birləşdirmək üçün tətbiq edilir; 
- MK markalı keçirici iki müxtəlif ölçülü nippelli ucları 
birləşdirmək üçün tətbiq edilir; 
- K markalı keçirici quyuların sementlənməsində 
qazıma borusu ilə qoruyucu kəməri birləşdirmək üçün tətbiq 
edilir 
Muftalı Muftalı və nipelli Nipelli 
Şəkil 4.24. Birləşdirici keçiricilər. 


128 
Qoruyucu tipli keçiricilər. 
Qoruyucu tipli keçiricilər (şəkil 4.25) qazıma kəmərinin 
bahalı ünsürlərinə, yəni aparıcı boru və ya quyudibi telemetrik 
sistemlərin yiv birləşmələrinin yeyilməsinin qarşısını almaq 
üçün tətbiq edilir. Quyudibi telemetrik sistemlərin (QTS) yiv 
birləşmələrinin müdafiəsi zamanı onlar maqnitləşməyən 
poladdan hazırlana bilər.
Qoruyucu tipli keçiricilər həmçinində qazıma işləri 
aparılan zaman qazıma kəmərinin tərkibinə daxil olur və qəza 
baş verdikdə təcili olaraq qazıma kəmərində yerləşdiyi yerdən 
açmaq üçün istifadə olunur.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə