Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   67
Maili quyular

 
 
Dəyişən çəplik bucaqlı əyri keçirici.
Bu əyrikeçirici (şəkil 
5.4) tətbiq edilən zaman quyu əyriliyinin intensivliyi yivin 
çəplik bucağından, alətin həndəsi, möhkəmlik və ağırlıq 
xarakteristikalarından, qazıma rejimindən, baltanın frezerləmə 
qabiliyyətiindən, 
dağ 
süxurlarının 
fiziki-mexaniki 
xassələrindən, quyunun zenit bucağından asılıdır. Ona görədə 


143 
onun çəplik bucağı böyük intervalda 1 – 6 dərəcə/10m arasında 
dəyişir.
Quyunun əyrilik intensivliyi inhirafetidiricinin elementlərinin
ölçülərindən, yəni lövhənin qoyulduğu yerdən və qalınlığından, 
əyri keçiricisinin yiv oxunun çəplik bucağından, quyunun 
diametrindən, baltanın yan frezləmə qabiliyyətindən, qazılan 
süxurun fiziki-mexaniki xassələrindən və qazıma rejimindən 
asılıdır. 
Şəkil 5.4.
 
Çəplik bucaqlı əyri keçiricinin
prinsipial sxemi 
1 – yuxarı seksiya; 2 – aşağı seksiya; 3 – val 
Turbin inhirafetdiricisi (şəkil 5.5).
Bu tip inhirafetdiricinin 
aşağı və yuxarı hissələri əyrikeçirici, valları isə xüsusi 
birləşdirici şarnir vasitəsilə birləşdirilən konstruksiyaya 
malikdir. Bəzi xüsusi hallarda isə Tİ2-195 və Tİ2-240 turbin 
inhiraf etdiriciləri 1
0
, 1,5
0
və 2
0
-li əyrikeçirici ilə hazırlanırlar.
 
Tİ-seriyasından olan turbin inhirafetdirici turbin 1 və şpindel 2 
seksiyalarından ibarətdir.Seksiyaların gövdələri öz aralarında 
oxboyu yükü ötürməyə imkan verən əyri keçiricidən 3 ibarətdir. 
Turbin seksiyanın valından bir-birilə müəyyən bucaq altında 
yerləşən şpindel seksiyaya fırladıcı moment yumurucuqlu 


144 
oynaq 4 vasitəsilə ötürülür. Hazırlanan turbin inhirafetdiricinin 
əyrikeçiricisinin yivinin əyrilik bucağı 1,5 dər.gövdənin 
diametri isə 172, 195 və 240 mm olur. Quyu əyriliyinin 
intensivliyi Tİ- nin istifadəsi zamanı 3
0
-dən. – 10
0
/10m. qədər 
çatır. 
Şpindel inhirafetdiricisi Şİ-195 (şəkil 5.6).
Bu tip 
inhirfetdirici iş rejimində valın fırlanma sürəti 500dövr/dəq-ni 
aşmayan seksiyalı turbin mühərrikində adi şpindelin yerinə 
qoyulmaqla işlədilir. O, özlüyündə ayrıca hissə olaraq turbin 
qazıyıcısının 
oxuna 
nisbətən 
müəyyən 
bucaq 
altında 
əyriləşdirilmiş şəkildə hazırlanmış qazıyıcının istinad oxundan 
ibarətdir. 
Həmin inhirafetdiricinin üstünlüyü baltadan inhirafetdiri-
ciyə qədər olan məsafənin az olması, bu hissənin deformasiya 
uğramasının 
azalması 
və 
inhirafetdiricilik 
qabiliyyətini 
artmasıdır. 
Bu inhirafetdiricinin çatışmayan cəhəti onların vallarının 
aşağı və yuxarı hissələrinin əyri birləşmələrinin dayanıqsız 
olmasıdır. 
 
Şəkil 5.5. Şəkil 5.6. 
Turbin inhirafetdirici Şpindel inhirafetdirici
Tİ-195 Şİ-195


145 
Əyriləşdirilmiş mühərrik (şəkil 5.7).
QKAH-ni dəyişmədən əyrilik intensivliyini tənzimləmək üçün 
əyriləşdirilmiş mühərrikdən istifadə edilir.Burada quyunun 
əyrilik bucağı aləti fırlatmadan alınır.Bundan başqa quyu 
lüləsini genişləndirmək lazım gələrsə onda aləti fırlatmaq yolu 
ilə yerinə yetirirlər. 
 
Şəkil 5.7. Əyriləşdirilmiş mühərrik 
Ekssentrik nippel (şəkil 5.8). 
Ekssentrik nippel özlüyündə 
turbin qazıyıcısının nipelinə qaynaq edilmiş metal dayaqdan 
ibarətdir. Metal dayağın üzəri bəzi hallarda rezinlə örtülə bilər. 
Turbin qazıyıcısının ekssentrik nippelinin və baltanın 
quyu lüləsi içərisində maniəsiz hərəkətini təmin etmək üçün 
dayağın aşağı və yuxarı qurtaracaqları müəyyən bucaq altında 
əyriləşdirilib. Ekssentrik nipelin qalınlığı balta ilə turbin 
qazıyıcısının diametrlərinin fərqindən 15mm-dən artıq ola 
bilməz. 
Turbin qazıyıcısının yuxarı hissəsinin ağırlığından əmələ 
gələn normal qüvvə moment yaradır, bunun təsirindən balta 
quyunun yuxarı divarına sıxılır və onu frezrləyir. Bununla 
əlaqədar zenit bucağının artması nəticəsində eksentrik nipelin iş 
effektliyi artır. 
Eksentrik nipelli turbin qazıyıcısından dayanıqlı sü-
xurların qazılmasında zenit bucağının artırılması üçün istifadə 


146 
etmək məsləhət görülür, çünki bu zaman qazıma kəmərinin 
pərçimlənmək və tutulmaq qorxusu olmur. 
Elastik inhirafetdirici (şəkil 5.9).
Elastik inhirafetdirici 
rezin geydirilmiş və yeyilən zaman dəyişdirilməsi asan olan 
resor vəzifəsini yerinə yetirən metal yığımıdır. 
Metal yığımı turbin qazıyıcısının nipelinə qaynaq edilir. 
Rezin geydirilmiş resorun qalınlığını dəyişməklə quyu lüləsi 
əyriliyini tənzim edirlər. Elastiki inhirafetdiricidən, maili 
istiqamətlənmiş quyuların qazılmasında ekssentrik nipeldən 
istifadənin mümkün olmadığı bütün hallarda, hətta qazıma 
kəmərinin pərçimlənməsi və tutulması gözlənilən süxurların 
qazılmasında belə istifadə etmək olar. 
Şəkil 5.8. Ekssentrik nipel: Şəkil 5.9. Elastik inhirafetdirici 
1 – turbin qazıyıcısı 1 – turbin qazıyıcısı; 
2 – halqavari lövhə; 3 – balta 2 – inhirafetdirici; 
3 – rezin resor; 4 – balta.
 
Əyrilik yaradan mexanizm ƏM (şəkil 5.10).
Elektrik 
qazıyıcısı vasitəsilə maili istiqamətlənmiş quyuların qazıl-
masında bu inhirafetdiricidən istifadə olunur. Bu mexanizmdə 


147 
qazıyıcının və şpindelin valları bir-biri ilə müəyyən bucaq 
altında dişli birləşdirici muftanın köməyi ilə birləşdirilir. 
Əyrilik yaradan mexanizmlər elektrik qazıyıcılarının 
diametrlərinə uyğun olaraq hazırlanır. ƏM-164, ƏM-170, ƏM-
185 inhirafetdiricinin oxlarının əmələ gətirdiyi bucaq 1
0
və 1,5
0

ƏM-215, ƏM-240 inhirafetdiricilərinin isə 1
0
, 1,5
0
və 2
0
olur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə