Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   67
Maili quyular



intervalında dəyişə bilər. Əgər quyu lüləsi layın 
yatım müstəvisinə perpendikulyar və ya paralel keçərsə
(
0
90
1
0
1




,
), onda quyu lüləsi müəyyən dərəcədə texniki 
və texnoloji səbəblərdən əyilə bilər . 
Onda belə nəticəyə gəlmək olar ki, quyuların təbii əyilmə 
intensivliyi layların yatım müstəvisi ilə görüş bucağından 
asılıdır. Görüş bucağı 
0
1
0
1
0
90




,
olduqda əyilmə 
intensivliyi minimum, 
0
45


kr
olduqda əyilmə intensivliyi 
maksimum qiymət alacaq. 


155 
Layların yatım bucaqları 
a)
 
Quyu lüləsi layları iti bucaq altında kəsirsə layın yatım 
istiqamətində irəliləyəcək;
 
 
b) Quyu lüləsi layları kor bucaq altında kəsirsə quyu 
lüləsi layların yatım müstəvisinə perpendikulyar vəziyyət 
almağa çalışır. 
 
a b 
Şəkil 6.2. Layların yatım bucaqlarının təbii əyilməyə təsiri
 
Bərkliklərin dəyişməsinin təbii əyilməyə təsiri 
Yumşaq süxurdan bərk süxura keçdikdə quyu dibində 
yumşaq süxur intensiv qazıldığından süxurun dağılma 
müstəvisinin vəziyyəti dəyişir. Aşırma momentinin təsirindən 
qazıma aləti çəp vəziyyət alaraq, layın yatım müstəvisinin 
əksinə yönəlir və nəticədə quyu gövdəsi əyilməyə məruz qalır 
(şəkil 6.3.a). Bərk süxurdan yumşaq süxura keçdikdə isə əks 
hadisə baş verir – qazıma aləti yumşaq süxur istiqamətində 
kiçik intensivliklə istiqamətini dəyişir (şəkil 6.3.b).
 


156 
a b 
Şəkil 6.3. Bərkliklərin dəyişməsinin təbii əyilməyə təsiri 
Süxurların anizotropluğunun təbii əyilməyə təsiri

Dağ süxurların anizotropluğunun yəni qeyri-bircinsliyinin 
quyu lülələrinin təbii əyilməsinə izotrop süxurlardan fərqli 
olaraq təsiri olur (şəkil 6.4). 
 
Şəkil 6.4. Süxurların anizotropluğunun təbii əyilməyə 
iəsiri 


157 
Bəzi hallarda quyunu layihələndirən zaman baltanın bu 
hərəkətini nəzərə alırlar. Başqa hallarda süxurun təsirini aradan 
qaldırmaq üçün sərt, quyudibi alətdən düzgün istifadə etmək 
lazımıdr. 
Balta üfüqi istiqamətdə müxtəlif bərklikli süxurları 
keçdikdə layın maili yatımına parallel vəziyyət almağa meyilli 
olur. Bu effekt baltanın gəzməsi adlanır.
Süxurların yatması üfüqi olduqda belə, sağa fırlanan balta 
əyilmiş quyuda sağa hərəkət etməyə meyilli olacaq (baltanın 
getməsi).
“Gəzmə” və “Getmə”-ni idarə etmək çətindir, nəinki 
şaquli istiqamətin dəyişməsini, ona görə də onlar sadə, 
fırlanmanın dəyişməsi və ya quyudibi alətin yüklənməsi ilə 
korreksiya oluna bilməz. Əgər sərt alət baltanın “gəzməsi” və 
“getməsinə” nəzarət edə bilmirsə, onda inhirafetdirici alətdən 
istifadə tələb olunur. 
A b 
Səkil.6.5. Layın yatım bucağının 45

– dən kiçik (a) və 45

– 
dən böyük olan hallarında quyunun əyilməsi. 


158 
6.2. Quyu lüləsinin təbii əyilməsinə texniki amillərin təsiri. 
Texniki amillər qazımaya başlayan andan (quyu ağzından) 
və ya qazıma prosesi zamanı təsir göstərir.
Qazımanın başlanğıсında təsir edən texniki amillər 
(bəzən bunu insan amilidə adlandırırlar) aşağıdakılardır: 
1) rotorun (rotor mizinin) üfüqi vəziyyətdə yerləşdirilməməsi; 
2) şaxt və ya istiqamətləndirici boruların tam şaquli 
istiqamətdə endirilməməsi; 
3) qazıma vışkasının ağırlıq mərkəzinin oxu ilə quyu 
mərkəzindən keçən oxun üst-üstə düşməməsi və aparıcı boruda 
cüzi əyriliyin olması . 
Qazıma prosesində quyu lüləsinin təbii əyilməsinə səbəb 
olan texniki amillər.
1) Qazıma baltasının və keçiricinin oxunun qazıma alətinin 
oxu ilə üst-üstə düşməməsi:
2) Böyük diametrdən kiçik diametrə keçdikdə QKAH 
quruluşu düzgün seçilmədikdə:
3) Quyunun genişləndirilməsi üçün uyğun olmayan quruluşlu 
QKAH-dən istifadə olunduqda; 
4) Bərkliyi tez-tez dəyişən süxurlarda qısaldılmış turbin 
qazıyıсısı ilə işləmədikdə, kütləşmiş süxurdağıdıcı alətlə 
işlədikdə. 
Quyuların təbii əyilməsi qazıma üsulu və qazıma zamanı tətbiq 
olunan rejim parametrləri ilə əlaqədardır. . Bunlar, əsasən 
baltaya verilən oxboyu yük və süxur dağıdıcı alətin fırlanma 
sürətidir. Məlumdur ki, quyular, əsasən, rotor, yuxarı intiqal 
sistemi və ya quyudibi mühərriklərlə qazılır. Birinci və ikinci 
hallarda, qazıma borularının iş prinsipi quyuların əyilməsinə 
təsir edən amillərin yaranmasına şərait yaradır. Qazıma zamanı 
quyudibi mühərrikdən istifadə etdikdə bu amillərin bir qisminin 
quyuların əyilməsinə təsiri azalır. 


159 
Quyunun əyilməsinə balta diametrinin təsiri 
1 – baltanın diametri 393,7 mm 2 – baltanın diametri 
295,3 mm 


160 
Baltanın tipinin və zenit bucağının qiymətinin quyunun 
əyilməsinə təsiri. 
Quyunun quyudibi mühərrik 3TSŞ – 195TL və balta
Ø 215,9 mm qazılması zamanı əyrilik intensivliyinin zenit 
bucağının qiymətindən asılılığı. 
Süxurdağıdıcı alətin aşağı hissəsinin formasının quyunun 
əyilməsinə təsiri. 


161 
6.3. Quyu lüləsinin təbii əyilməsinə səbəb olan texnoloji 
amillər.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə