Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   67
Maili quyular

 
 
Şəkil 7.1. Maili quyu profillərinin formasına görə tipləri
 
Maili quyu profilləri intervalların sayına görə aşağıdakı 
tiplərdə olur: a) İki intervallı; b) Üç intervallı; c) Dörd 
intervallı; ç) Beş intervallı 
a) 
İkiintervallı 
profil 
(şəkil 
7.2 
a).
Ş+İART 
intervallarından ibarətdir. Bu profil təcrübədə çox az tətbiq 
olunur və əsasən az dərinliyə malik olan, inhirafı nisbətən 
böyük quyuların qazılmasında istifadə edilir. 
b) Üçintervallı profil (şəkil 7.2 b).
Ş+İART+ST 
intervallarından ibarətdir. Bu profilin tətbiqi, qazıma kəmərinin 
istiqamətləndirici 
aşağı 
hissəsi 
olan 
(QKAH) 
ilə 


167 
istiqamətləndirilmiş reyslərin sayını minimuma endirməyə, 
quyu lüləsinin süni əyilməsi üçün yerinə yetirilən əməliyyatlara 
sərf olunan vaxta qənaət etməyə, zenit bucağının kiçik 
qiymətlərində quyu dibinin şaquldan ən böyük inhirafına və 
quyu lüləsinin minimum uzunluqda olmasına nail olmağa 
imkan verir. Bu tipli profildə bir əyri, və xeyli maili-düzxətli 
hissələrin olması quyunun qazılması və istismarını xeyli 
asanlaşdırır. 
c) Üçintervallı profil
(şəkil 7.2 c).
Ş+İART+AZ 
intervallarından ibarətdir. Bu tpili profile zenit bucağının sabit 
saxlanılması çətin və təbii əyilməsi az olan rayonlarda tətbiq 
etmək mümkündür. 
ç) Dördintervallı profil
(şəkil 7.2 ç).
Ş+ART+ST+AZ 
intervallarından ibarətdir. Bu profil neft–qaz çıxarılan müxtəlif 
rayonlar üçün maili quyular layihələşdirilərkən geniş tətbiq 
olunur. 
d) Dördintervallı profil (şəkil 7.2 d). 
Ş+İART+ST+AARR
intervallarından ibarətdir. Bu profil neft–qaz çıxarılan müxtəlif 
rayonlar üçün maili quyular layihələndirilərkən geniş tətbiq 
olunur.Bu profilin o birisindən fərqi ondadır ki, axırıncı 
intervalın layla görüş məsafəsi böyük olur. 
e) Beşintervallı profil (şəkil 7.2 d). 
Ş+İART+ST+ AZ+Ş 
intervallarından ibarətdir. Bu profildən geoloji səbəblər 
üzündən məhsuldar laya şaquli daxil olmaq lazım gəldikdə 
istifadə edilir. Bundan başqa bu profil quyu lüləsi bir neçə 
məhsuldar laydan keçdikdə yatağın ümumi işlənmə şəbəkəsini 
saxlamaqla, həmin layların istənilən hər birini ayrılıqda istismar 
etməyə imkan verir. İki əyri intervalı olan bu profil 


168 
mürəkkəbdir və qazıma prosesində novun əmələ gəlməsinə, 
qazıma alətinin pərçimlənməsi və tutulmasına şərait yaradır. 
f) Beşintervallı profil 
(şəkil 7.2 e) Ş+İART+AART+ 
+ST+AZ intervallarından ibarətdir. Bu profil zenit bucağının 
böyük qiymətini əldə etmək üçün, əsasən, inhirafı böyük olan 
(quyunun dərinliyi ilə müqayisədə) quyuların qazılmasında 
tətbiq edilir. Beləliklə, çox zəhmət tələb edən istiqamətlən-
dirilmiş QKAH–dan istifadə minimuma endirilir və nəticədə 
keyfiyyətli səlis əyriliyə malik quyu lüləsi qazılır. 
Yuxarıda göstərilən bütün profillərdən fərqli olaraq 
burada zenit bucağının artırılmasının iki intervalı vardır: 
istiqamətləndirilmiş QKAH ilə qazılan intervalda zenit bu-
cağının intensiv artırılması (İART) və istiqamətləndirilməmiş 
QKAH ilə qazılan intervalda zenit bucağının az intensivliklə 
artırılması (AART). Azərbaycanın dəniz yataqlarında beş inter-
vallı maili quyu profillərindən istifadə olunduğunu misal 
göstərmək olar. 
Belə hallarda quyunun profilinin qurulması üçün quyu 
lüləsinin təbii əyilmə qanunauyğunluqlarından maksimum 
istifadə etmək və istiqamətləndirilmiş QKAH-dən istifadə 
olunmasını minimuma endirməyə çalışmaq lazımdır
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə