Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67
Maili quyular

 
 
Baltada oxboyu yükün artması quyu lüləsinin əyrilik 
intensivliyinin artmasına gətirib çıxarır,belə ki, 
• QKAH-nin bütün elementlərinin əyilməsi artır; 
• Süxurdağıdıcı alətdə inhirafetdirici qüvvə böyüyür; 
• QKAH-nin quyu divarı ilə birinci toxunma nöqtəsi 
quyudibinə yaxınlaşır,buna görədə alətin əyriliyi artır; 
• Quyu divarının işlənməsi artır. 
 Alətin fırlanma tezliyinin təsiri 
 
Kiçik Orta Böyük 


162 
Qazıma məhlulunun təsiri.
Qazıma məhlulunun sərfinin artması yumşaq süxurlarda 
quyu divarının yuyulmasına gətirib çıxarır, nəticədə alətin 
əyrilik bucağı artır, buna görədə əyrilik intensivliyi artır. 
Qazıma məhluluna yağlayıcı əlavələrin daxil edilməsi 
quyuda alətin yerdəyişməsinin kinematikasını dəyişir,buda öz 
növbəsində əyrilik intensivliyinin dəyişməsinə gətirib çıxarır. 
Quyuların təbii əyilməsinin ümumi qnunauyğunluqları. 
- Bir çox hallarda quyu lüləsi dağ süxurlarının yatım 
istiqamətinə perpendikulyar vəziyyət almağa çalışır. Bu 
istiqamətə yaxınlaşan anda əyrilik intensivliyi azalır 
- Quyu divarı ilə alət arasındakı məsafənin azaldılması 
əyilmənin azalmasına gətirib çıxarır.
- Mərkəzləşdirici elementin diametri və onun qoyulduğu 
yer quyunun istiqamətinə və zenit bucağı intensivliyinə nəzərə 
çarpacaq dərəcədə təsir edir.
- Alətin sərtliyinin artırılması quyu lüləsinin əyilməsini 
azaldır, ona görədə böyük diametrli quyular az intensivliklə 
əyilir, nəinki kiçik diametrli quyular.
- Baltaya verilən oxboyu yükün artırılması əyrilik 
intensivliyinin artmasına gətirir.
- Qazıma borularının fırlanma tezliyinin artırılması – quyu 
əyilməsini azaldır.


163 
7. Maili və üfüqi quyu profillərinin layihələndirilməsi. 
7.1.Quyu əyriliyi yığılan zaman əyrilik radiusunun təyini. 
Maili istiqamətləndirilmiş quyunun əyrilik radiusu imkan 
daxilində kiçik olmalıdır, çünki əyrilik intervalını müəyyən 
həddə qədər kiçiltməli, hansı ki, inhirafetdirici alətlə və 
naviqasiya cihazları ilə işləmək lazım gəlir. Ona görə də 
aşağıda göstərilən əsas məhdudiyyətlər gözlənilməlidir. 
1. Adi halda əyrilik intensivliyi 1,5
0
/10 m gedişdə 
aşmamalıdır. 
2. İstənilən qazıma intervalında baltaya verilən mümkün 
oxboyu yük təmin olunmalıdır. 
3. Quyu lüləsinin əyriləşdirilmiş intervallarında novların 
yaranması aradan qaldırılmalıdır. Bu şərt boru qıfılının quyu 
lüləsi divarına göstədiyi təzyiqin qiymətləndirilməsidir. 
R >12P/Q 
Burada, P – qazma borusuna təsir edən oxboyu yükdür; Q 
– boru qıfılı tərəfindən quyu divarına göstərilən buraxıla bilən 
normal gücdür. Q-nun qiymətini yumşaq süxurların yerləşdiyi 
kəsiliş üçün 10 kN, orta bərklikli süxurlar üçün – 20 kN, 
möhkəm və bərk süxurlar üçün – 40-50 kN qəbul etmək olar. 
4.Quyuda qazıma kəməri, istənilən iş rejimində polad 
qazıma borusunda yaranan gərginlik, materialın axıcılıq həddini 
keçirməməlidir. 
R > dE/(2a
m

Burada, d – qazma borusunun xarici diametri, E – Yunq 
modulu. 


164 
5.Quyudibi mühərrikin quyu lüləsinin əyri hissəsindən 
keçidi zamanı mühərrikin gövdəsində yaranan gərginlik onun 
materialının axıcılıq həddini aşmamalıdır. 
R > 0,25/L
2
[0,74(D-d)-k] 
Burada, L, d – uyğun olaraq quyudibi mühərrikin 
uzunluğu və diametridir; D – baltanın diametri, k – geoloji 
şəraitdə seçilən ara boşluğu (k ═ 0 möhkəm süxurlar üçün,
k ═ 0,003-0,006 yumşaq və orta süxurlar üçün). 
7.2. Maili quyu profillərinin layihələndirilməsi. 
Maili və üfüqi quyu qazılmasının llayihələndirilməsinə, 
profilin tipinin və konfiqurasiyasının seçilməsi, quyu lüləsinin 
trasının hesabı və qurulması daxil olan quyu profilinin layihə-
ləndirilməsindən başlamaq lazımdır. 
Profilin layihələndirilməsi maili quyuların (MQ) inşasının 
texniki layihəsinin əsas tərkib hissələrindən biridir. Profilin 
layihələndirilməsində məqsəd profilin tipinin və konfi-
qurasiyanın düzgün seçilməsi, MQ lüləsinin hesablanması və 
qurulmasıdır. 
Maili 
quyu 
profillərinin 
tipləri. 
Maili 
quyuların 
qazılmasında istifadə olunan profillərin tipləri iki qrupa 
bölünür. Birinci qrupa aid olan müstəvi profillər bir şaquli 
müstəvi üzərində yerləşən əyri xətlərlə, ikinci qrupa aid olan 
profillər isə fəza əyriləri ilə ifadə edilir. 
Müstəvi profilləri
ən geniş yayılmışdır və ondan maili 
quyuların qazılmasında daha çox istifadə edilir. Bu profillər
əsasən yataqların qazılması zamanı quyu lüləsinin öz-özünə 
əyilməsinə geoloji şəraitlərin təsiri nisbətən az olanda, həmçinin 
az öyrənilmiş rayonlarda maili quyuların qazılması zamanı 
quyu lüləsinin təbii əyilməsinin qanunauyğunluqları məlum 
olmayanda tətbiq edilir. 


165 
Maili quyuların profilləri intervalların sayına görə iki, üç, 
dörd və beş intervallı olur. Maili quyuların profilinin 
intervalları aşağıdakılardır: 

şaquli (Ş); 

zenit bucağının intensiv artırılması (İART); 

zenit bucağının az intensivliklə artırılması (AART); 

zenit bucağının stabilləşdirilməsi (ST); 

zenit bucağının azaldılması (AZ). 
7.3. Quyu profilinə qoyulan tələblər. 
Quyunun layihə profili aşağıdakıları təmin etməlidir: 
• lazım olan keyfiyyətdə quyu qoyulan məsələni yerinə 
yetirməlidir; 
• verilmiş nöqtədən buraxıla bilən uzaqlaşmada layın 
açılmasını təmin etməlidir; 
• quyunun maksimal debitinin və neftin çıxarılma 
əmsalının yüksək olmasını təmin etməlidir; 
• məhsuldar layın kollektorluq xassəsinin maksimal 
qorunma imkanı olmalıdır; 
• quyu tikintisinə sərf olunan maddi vəsaitin vaxta 
nisbətinin optimal olmasıdır. 
Layihələndirmə və məhdudiyyətin ümumi ardıcıllığı 
1. Profilin tipinin seçilməsi.
 
2. Buraxıla bilən əyrilik intensivliyinin təyin olunması.
 
3. Profilin hesabatı.
 
Zenit bucğının buraxıla bilən maksimal qiyməti 
Zenit bucağının artma intervalında – 40°;
 
Batırılan nasosun quraşdırılma intervalında – 30
о
;
 
Laya daxil oln zaman – 25°. 
 


166 
7.4. Maili quyu profillərinin təsnifatı. 
Maili quyu profilləri formalarına görə aşağıdakı tiplərdə 
olur: S – şəkilli , J – şəkilli və tangens şəkilli (şəkil 7.1) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə