Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


Şəkil 5.10. Elektrik qazıyıcısının əyrilik mexanizmi:  1 – elektrik qazıyıcısı; 2 – əyrilik mexanizmi (ƏM);  3 – şpindel



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Maili quyular

 
Şəkil 5.10. Elektrik qazıyıcısının əyrilik mexanizmi: 
1 – elektrik qazıyıcısı; 2 – əyrilik mexanizmi (ƏM); 
3 – şpindel 
 
Rotor üsulu ilə qazımada işlədilən yönəldici tərtibatlar. 
(şəkil 5.11). 
Bu tip inhirafetdirici alətlər yalnız başlanğıcda 
quyu lüləsinə lazımi istiqamətdə əyrilik vermək üçün istifadə 
edilir. Quyu lüləsinin şaquli oxdan inhirafı paz şəkilli yönəldici 
və ya şarnirli inhirafetdirici tərtibatların köməyi ilə yerinə 
yetirilir.


148 
Quyu lüləsi lazımi istiqamətdə süni olaraq inhiraf etdikdən 
sonra müvafiq qazıma rejimində və uyğun QKAH seçməklə 
qazımanı davam etdirirlər. 
Yönəldicilər çıxarılmayan, yəni quyuda qalan və lazımi 
istiqamətdə 15m yeni lülə qazıldıqdan sonra quyudan 
çıxarılmaqla tətbiq edilir. 
Quyu diametrinə bərabər, 2,5 – 4,5 m uzunluqda 
çıxarılmayan yönəldicilər qoruyucu kəmər endirilmiş quyularda 
tətbiq 
olunur. 
Yönəldicilər 
yuxarı 
hissədə 
baltanı
istiqamətləndirmək üçün ağzı geniş boruya və quyuda 
bərkidilməkdən ötrü tərtibata malikdir. 
Çıxarılan yönəldicilər yuxarı hissədə diametri baltanın 
aşağı hissəsinin diametrinə bərabər olan muftaya aşağı hissəsi 
isə, yönəldicinin fırlanmasına mane olan quyudibi süxura 
batırılan itiuclu çıxıntıya malikdir. Yönəldici quyudan muftanın 
köməyilə qaldırılır. O, diametri 25 mm olan yivli deşiyə 
malikdir. 
Buraya bağlanmış ştift qazıma kəmərini quyuya endirən 
zaman yönəldicini balta ilə birləşdirmək üçündür. 
Quyudibi yönəldici tərtibatı bəzən “Uipstok” adlandırırlar. 
Bu tərtibat qoruyucu kəmərindən hazırlanmış paz şəkilli 
borucuqdur və onun üzərində istiqamətləndirici nov vardır. 
Uipstoklar açıq lülədə və qoruyucu kəmər endirilmiş 
lülədə yan pəncərəni açmaq üçün istifadə olunur.
Paz şəkilli tərtibatın iş rejimi. Qoruyucu kəmər 
endirildikdən sonra və lazım olan azimutda yönəldici 
quraşdırıldıqdan sonra iti uclu yönəldicini quyu dibində süxura 
sıxırlar (a), baltanı quyu dibinə endirirlər və oxboyu yükün
fırlanma tezliyinin kiçik qiymətlərində və qazıma məhlulunun 
sərfini azaltmaqla 3 – 4 m qazırlar (b). Sonra yönəldicini 
qazıma kəmərilə birlikdə qaldırırlar (c), azimut və zenit 
bucaqlarını ölçürlər, quyu lüləsini genişləndirirlər (ç) və təkrar 
qazıma kəmərini yönəldicilə birlikdə quyuya endirirlər. Quyu 


149 
lüləsinin şaquldan lazım olan inhirafı alınana qədər yönəldicini 
bir neçə dəfə endirib qaldırırlar.
Şarnirli 
inhirafetdirici 
tərtibatın 
iş 
şəraiti; 
1-
inhirafetdiricinin quraşdırılması; 2,3- maili lülənin qazılması;
4-lülənin genişləndirilməsi. 
b c ç 
Şəkil 5.11. Rotor qazıma üsulunda işlədilən inharfetdirici 
tərtibatların iş rejimi. 
 
Əyici nasadkalı (taxmalı) balta(şəkil 5.12). 
Əgər dağ süxurları kifayət qədər yumşaqdırsa onda quyu 
lüləsini əyriləşdirmək üçün taxmalı baltadan istifadə etmək olar. 
Baltanın standart şaroşkası böyük diametrli nasadkalı 
(taxmalı) tərtibatla əvəz olunur. Baltanın üzü (böyük diametrə 
malik 
taxmalı 
baltanın 
tərəfi) 
lazım 
olan 
tərəfə 
istiqamətləndirilir, nasos işə salınır və qazıma kəmərini 
fırlatmadan təxminən quyu dibindən 3 m məsafədə yavaşca
endirirlər və qaldırırlar. Bu hərəkət süxurun birtərəfli 
yuyulmasına gətirib çıxarır. Fırlanma zamanı baltada oxboyu
 


150 
yük 
yaratdıqda,balta 
az 
müqavimət 
olan 
tərəfə 
istiqamətlənəcək, yəni yuyulmuş sahəyə. Böyük oxboyu yük 
verilən zaman qazıma aləti quyu lüləsini əyriləşdirəcək və bu 
proses quyu lüləsi əyrilik bucağının lazım olan qiymətini alana 
qədər davam edəcək. 
 
Şəkil 5.12. Eksentrik nasadkalı hidromonitor tipli balta ilə 
quyu lüləsinin əyriləşdirilməsi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə