Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   67
Maili quyular

 
 
Şəkil 4.25. Qoruyucu tipli keçiricilər 
 
Uzadıcı keçiricilər.
Uzadıcı keçiricilər (şəkil 4.26)
 
gödəldilmiş AQB-yə 
oxşayır və iki stabilləşdiricinin pərləri arasında lazım olan 
məsafəni almaq üçün, əsasən də maili istiqamətlənmiş 
quyuların qazılması zamanı, tətbiq edilir.
 
Şəkil 4.26. Uzadıcı keçiricilər 


129 
Quyudibi istiqamətləndirici keçirici 
Quyudibi istiqamətləndirici keçirici, (bəzən onu universal 
keçirici də adlandırırlar) , üzərində xüsusi oturucu enmə 
vtulkanı quraşdırmaq üçün təyin olunmuşdur, sonra isə 
çəpləşdirilmiş başmaqla ölçü cihazı endirilir. Bu keçiricilər 
əsasən maqnitləşməyən poladdan hazırlanır. 
Enmə vtulkası elə vəziyyətdə qeyd olunur ki, ölçü cihazın 
və istiqamətləndirilən quyudibi aləti öz aralarında korreksiya 
etməyə imkan verir. 
Əyriləşdirilmiş keçirici.
Əyriləşdirilmiş keçirici (şəkil 4.27) hidravliki quyudibi 
mühərriki istiqamətləndirmək üçün istifadə edilir və nəticədə 
quyu lüləsinin trayektoriyasının dəyişməsi baş verir.
 
Şəkil 4.27. Əyriləşdirilmiş keçirici 


130 
Onlar ya adi, ya da maqnitləşməyən poladdan hazırlanır 
və hidravliki quyudibi mühərrikin üstündə yerləşdirilir. 
Keçirici hazırlanma prosesində verilmiş bucaq əyriliyinə 
malik olan nippeldən ibarətdir. Keçiricinin gövdəsində əyrilik 
bucağının istiqamətini göstərən işarə qoyulur. Həmin işarənin 
yanında əyrilik bucağının qiyməti göstərilir. Əyrilik bucağının 
qiyməti quyu lüləsinin inhiraf bucağını təyin edir, bu isə öz 
növbəsində, keçiricinin diametrindən və quyudibi mühərrikin 
uzunluğundan asılıdır. 
Əyriləşdirilmiş gövdəli hidravliki quyudibi mühərrikdən 
istifadə edildikdə əyriləşdirilmiş keçiricidən istifadə olunmağa 
ehtiyac qalmır. 
Bunlardan əlavə aşağıdakı tiplərdə də keçiricilər tədbiq 
olunur. 
Dövranlı keçiricilər 
Şlam tutanlar 
Quyudibi yan deşikli borucuq 
Maqnitləşməyən keçiricilər 
Stabilləşdiricilər 
Son zamanlar maili və üfqi qazımada quyu əyriliyini sabit 
saxlamaq məqsədilə stabilləşdiricilər geniş tətbiq edilir (şəkil 
4.28). 
Maili-istiqamətlənmiş 
qazımada 
şaquldan 
inhiraf 
bucağının tənzimlənməsinin yeganə üsulu stabilləşdiricilərin 
tətbiq edilməsidir. Onların sayından, ölçülərindən və qazıma 
kəmərində yerləşmə yerindən asılı olaraq quyuda QKAH-in 
özünü aparması xarakteri dəyişəcək.
 
Onlar balta üstündə yerləşdirilə bilər (onda onlar “balta 
üstü” adlanır) və ya QKAH-in yuxarı hissəsində (onda onlar 
“kəmər stabilləşdiricisi” adlanır). 
Stabilləşdiricilər pərlərinin konstruksiyalarından asılı 
olaraq bir neçə tipdə ola bilərlər: 
- qaynaq edilmiş pərlərlə; 


131 
- tikilmiş pərlərlə; 
- dəyişdirilən vtulkada pərlər komplektilə; 
- fırlanmayan vtulkada pərlər komplektilə. 
Bundan başqa stabilləşdiricilər pərlərin konstrusiyalarına 
görə aşağıdakı növlərdə olur: 
- spiral şəkilli pərlər; 
- düz pərlər; 
- düz əyriləşdirilmiş pərlər; 

quyu 
lüləsini 
tam 
bağlamayan 
spiral 
şəkilli 
stabilləşdirici; 
- quyu lüləsini tam bağlayan spiral şəkilli stabilləşdirici. 
Stabilləşdiriciləri 
ölçü 
cihazlarının 
yaxınlığında 
yerləşdirmək lazım gəldikdə maqnitləşməyən keçiricilərdən 
istifadə imkanı yaranır. 
Şəkil 4.28. Stabilləşdiricilər 


132 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə