Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   67
Maili quyular

 
 
Şəkil. 4.11. Maqnitləşməyən AQB 
Maqnitləşməyən gödəldilmiş AQB. 
Maqnitləşməyən gödəldilmiş AQB-nun (şəkil 4.12) 
uzunluğu 5 metrəni aşmır.
Maili və üfüqi quyuların qazılmasında gödəldilmiş AQB 
müxtəlif tipli QKAH-da tədbiq edilir.
Gödəldilmiş AQB –ni 
bəzən maqnitləşməyən borucuqda adlandırırlar.
Gödəldilmiş AQB ya zavod şəraitində hazırlana bilər, və 
yaxud adi AQB-ni
kəsməklə iki və daha çox sayda almaq olar. 
Maili qazımada gödəldilmiş AQB və maqnitləşməyən 


114 
gödəldilmiş AQB-nin qazıma alətində istifadəsi çox geniş 
tədbiqini tapmışdır.
Maili qazıma ilə məşğul olan şirkətlər əsasən müxtəlif 
uzunluqlu (1,5m; 3m; 4,5m) gödəldilmiş AQB-lərdən istifadə 
edirlər. 
Şəkil 4.12. Gödəldilmiş maqnitləşməyən AQB 
(maqnitləşməyən borucuq) 
Maqnitləşməyən borucuq 

maqnitləşməyən AQB-nin 
gödək versiyasıdır.Onlar əsasən adi maqnitləşməyən AQB-dən 
gödəldilməklə alınır. Maqnitləşməyən borucuq mühərriklə 
MWD sistemi arasında, mühərrikin maqnit müdaxilələrinin 
təsirini aradan qaldırmaq üçün yerləşdirilə bilər.O əsasən üfüqi 
quyuları qazımaq üçün QKAH-də yerləşdirilir. 
Maqnitləşməyən stabilləşdiricilər. 
Maqnitləşməyən stabilləşdiricilər lazım olan vaxt quyu 
dibi cihazların yaxınlığında yerləşdirilə bilər. 
4.7. Yasslar. 
Dünyada ilk dəfə yas 1830-cu ildə Uilyam Morris duz 
şaxtasına 
kanatla 
vurma 
qazıma 
üsulunda 
tətbiq 


115 
etmişdir.Sonralar qazımaçı neftçilər bu aləti təkmilləşdirmiş və 
hal-hazırki vəziyyətə gətirmişlər. 
Yas-tutulmuş kəmərə yuxarıdan aşağıya və ya aşağıdan 
yuxarıya güclü zərbə endirmək üçün bir alətdir. Hal-hazırda 
yaslar tətbiq sahələrinə görə tutucu və qazıcı tiplərirə bölünür. 
Bu yasların quruluşları və əsasəndə iş prinsipləri eynidir
müxtəlif təyinatlı yaslar istifadə sahələrinə görə bir-birindən 
fərqlənirlər. 
Borunun tutulmasının iki əsas tipi məlumdur:mexaniki və 
diferensial (şəkil 4.13). 
maneə yaranma nov əmələ gəlmə diferensial tutulma 
a b 
Şəkil 4.13. Borunun tutulma formaları:a – mexaniki,
b – diferensial. 
Mexaniki tutulma əsasən qazıma kəmərinin hərəkəti 
zamanı, fiziki maneə və ya məhdudiyyət səbəbindən baş verir. 
Borunun mexaniki tutulmasının üç əsas səbəbi var: maneə, 
tıxac yaranması və quyu lüləsinin həndəsi forması. 
Diferensial tutulma boru hərəkətsiz və ya çox kiçik sürətlə 
hərəkət etdikdə baş verir. Onun səbəbi qazıma məhlulunun izafi 
təzyiqidir – qazıma məhlulunun hidrostatik təzyiqi keçirici 


116 
layların məsamə təzyiqindən artıq olduqda boru quyu divarına 
sıxılır. Belə mürəkkəbləşmələrin səbəbi hidroststik təzyiqin 
yüksək olması, qazıma məhlulunun şirələdiyi səthin qalın 
olması, 
qazıma 
məhlulunun 
sıxlığının 
yüksək 
olması 
həmçinində qazıma məhlulunun tərkibində bərk hissəciklərin 
həddən çox olması.
Yasslar quyuda tutulmuş qazıma kəmərini azad etmək və 
ya quyuda qazıma kəmərinin sərbəst hərəkətinə mane olan 
istənilən problemləri aradan qaldırmaq üçün tətbiq edilir. 
Maili-istiqamətləndirilmiş 
və 
üfüqi 
quyularda 
yasların 
yerləşdirilməsi sxemi şəkil 4.14-də göstərilmişdir. 
Şəkil 4.14. Maili ‒ istiqamətləndirilmiş və üfüqi quyularda 
yasların yerləşdirilməsi. 


117 
Yassların təyinatı lazım olan hallarda fırlanan qazıma 
kəmərindən və zərbə gücündən yaranan burucu momenti 
ötürmək üçün işlədilir. 
Zərbə aşağı və ya yuxarı istiqamətdə yerinə yetirilə bilər. 
O, qazıma kəmərinin tutulma ehtimalının məhdud olan 
nöqtələrində yerləşdirilir (misal üçün qalınlaşdırılmış divarlı 
borularda). 
Üç tipdə olan yasslar ən geniş yayılmışdır: 
- mexaniki 
- hidravliki 
- hidromexaniki 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə