Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
Maili quyular

Qalınlaşdırılmış divarlı qazıma boruları. 
Qalınlaşdırılmış divarlı qazıma boruları özlüyündə divarı 
böyük qalınlıqlı qazıma borusudur və beləliklə 1 p.m. çəkisi 
artırılmışdır. 
 Qalınlaşdırılmış divarlı və spiral novlu qazıma boruları. 
Qalınlaşdırılmış divarında maşınla işlənmiş spiral şəkilli 
novları olan qazıma boruları da buraxılır. Bu tip boruların 
gövdəsində aralıq yeyilməyə qarşı qalınlaşma olmur. 
Kompression qazıma boruları. 
Böyük inhiraflı maili-istiqamətlənmiş və üfüqi quyuların 
qazılmasının inkişafı ilə əlaqədar kompression qazıma boruları 
yaranmağa başladı (həmçinin bu borular sıxılıma şəraitində 
işləmək üçün). 
Bu tip qazıma borularında quyu lüləsində işləyən zaman 
yorulmaya və mexaniki yeyilməyə qarşı gövdədə iki və ya üç 
yeyilməyə qarşı qalınlaşma hissələri olur. Bu borular əsasən 
üfüqi quyuların qazılması zamanı daha çox tətbiq edilir. 
Ucları qaynaq edilmiş qazıma boruları iki tipdə (UGQB 
və UXQQB) hazırlanır. UGQB tipli borularda uc qaynağı 
borunun gövdəsində, UXQQB tipli borularda isə ucları xaricə 
qalınlaşdırılmış hissədə yerinə yetirilir (şəkil 4.5). Ona görə də, 
UGQB boruları rotor qazıma üsulunda yaranan qüvvələrin tə-
sirinə qarşı nisbətən zəif alındığından, ancaq turbin qazıma 
üsulunda, UXQQB tipli borular isə möhkəm alındığından hər 
iki qazıma üsulunda işlədilir. 
Ucları qaynaq edilmiş xaricə qalınlaşdırılmış QQQB 
(TBPV) qazıma boruların ölçüləri, kütləsi və sərtliyi cədvəl 
4.3-də göstərilmişdir. 
Geoloji kəşfiyyat qazıması üçün işlədilən boruların 
diametrləri 60, 73 və 80 mm, uzunluqları isə 4,5 və 6 m olur. 
Quruluş cəhətdən bu borular UGQB boruları ilə eyni olur. 


103 
Şəkil 4.5. Ucları qaynaq edilmiş daxili bərabər kanallı 
qazıma boruları 
a – UGQB tipli; b – UXQQB tipli 
 
4.4.Yüksək etibarlı yüngülxəlitəli qazıma boruları. 
Dərin, böyük inhiraflı maili və üfüqi quyuların qazılması 
zamanı ekstremal yük və temperatur şəraitində istismar olunan 
və etibarlılığı ilə təmin edən qazıma kəməri son dərəcə 
lazımlıdır. 
Qazıma kəməri və onun ayri-ayrı seksiyalarının çəkisi 
quyuların qazəlmasının texniki-iqtisadi göstəricilərinə əsaslı 
surətdə təsir göstərir. 
Yüksək etibarlı yüngülxəlitəli qazıma boruları D 16T 
markalı alüminium xəlitədən hazırlanır (şəkil 4.6). Boruların 
hazırlandığı xəlitədə manqan, mis, alüminium və s. kimi 
qarışıqların olması turşuların, dəniz sularının, duzların və başqa 
üzvi maddələrin təsirinə qarşı onların davamlılığını artırır. 
Polad borular qazıma məhlulu içərisində öz çəkisinin təxminən 
15 – 20%-ni azaltdığı halda, YQB boruları 40%-dən çox 
azaldır.


104 
Cədvəl 4.3.
Ucları qaynaq edilmiş xaricə qalınlaşdırılmış (TBPV) qazıma borularının ölçüləri,kütləsi və 
sərtliyi.
B
or
unun 
d
ia
m
et
ri
,m
m
B
or
unun 
d
iva



qa

nl
ığı
,m
m
Q
al
ınl



lm
ış
h
is

ni
n
xa
ri
ci
di
am
et
ri
,m
m
Q
al
ınl



lm
ış
h
is

ni
n
di
va



qa

n

ğı
,m
m
B
ir

şdi
ri
ci
ni
n
xa
ri
ci
di
am
et
ri
,m
m
B
ir

şdi
ri
ci
y
iv
Kütləsi,kq 
Sərtliyi,kN

m

H
am
ar
bor
unun 
щ
ам
ар

m
-ni
n
B
ir

şdi
ri
ci
uc
la

n
bi

kom
pl
ekt
in
in
Ə
yi
lm
əd
ə,
E
İ 
B
ur
ul
m
ada
,E
İ
0









10 
73 



81 
9,5 
10,5 
11,5 
108 
З-88 
9,9 
11,4 
12,8 
27,3 
27,5 
27,7 
150 
168 
184 
114 
128 
140 
89 



97 
9,5 
10,5 
11,5 
120 
З-102 
12,3 
14,2 
16,6 
29,6 
29,9 
30,2 
284 
320 
354 
216 
244 
270 
114 



10 
122 
10,5 
11,5 
12,5 
13,5 
155 
З-133 
18,5 
20,9 
23,3 
25,7 
48,0 
48,5 
49,0 
49,5 
716 
797 
872 
944 
546 
607 
664 
719 


105 
C
ədvəl 4.3-nin ardı









10 
127 


10 
135 
11 
12 
13 
14 
170 
З-147 
20,7 
23,5 
26,2 
28,9 
47,0 
47,5 
48,5 
48,5 
1000 
1116 
1226 
1330 
762 
850 
934 
1013 
146 


10 
11 
154 
12 
13 
14 
15 
188 
З-161 
27,2 
30,4 
33,5 
36,6 
64,0 
64,5 
65,0 
67,0 
1739 
1916 
2085 
2246 
1325 
1460 
1589 
1711 
Qeyd: Buraxıla bilən hədd qalınlaşdırılmış hissənin diametri

1,0 mm, birləşdiricinin 
xarici diametri 

0,5 mm, hamar borunun kütləsi+9%. Borunun uzunluğu 12,4 və 8,5m.


106 
Bu tip borular yüngülləşdirilmiş polad qıfıllarla bir-biri 
ilə birləşdirilir. 
Alüminum ərintilərini, qazıma boruları hazırlamaq üçün 
ənənəvi polad materialdan fərqləndirən əsas cəhət onun 
qiymətli fiziki-mexaniki xassələrə malik olmasıdır. 
Alüminium ərintisinin xüsusi çəkisi və elastiklik 
modulu polada nisbətən demək olar ki, 3 dəfə aşağıdır, 
xüsusi möhkəmliyi isə (dağılmada möhkəmlik həddinin 
xüsusi çəkiyə olan nisbətidir) 1,5 – 2 dəfə yüksəkdir. 
Alüminium ərintisinin korroziya davamlılığı, karbon qazlı 
hidrogen-sulfid aqressiv mühitində ancaq yüksək xrom 
tərkibli xüsusi ərintilərlə müqayisə etmək olar. Praktiki 
olaraq başlanğıc materialın qeyri məhdud ehtiyatı 
alüminium ərintisi istehsal etmək üçün onların istehsalını 
çox ucuz edir. Alüminium xəlitədən hazırlanmış yüksək 
etibarlı yüngülxəlitəli qazıma borusu praktiki olaraq
yüksək möhkəmliyə malik olan analoji borunun qiymtinə 
başa gəlir.
Şəkil 4.6. Yüksək etibarlı yüngülxəlitəli qazıma boruları 
a)
hamar YQB; b) orta hissədə qalınlaşdırılmış YQB;
c) spiral şəkilli YQB 


107 
Yüksək etibarlı yüngülxəlitəli
qazıma borularının kiçik 
möhkəmliyi, onun yüksək intensivlikli əyriliyə malik maili 
və üfüqi quyuların qazılmasında istifadə olunmasına 
imkan verir. 
Yüksək etibarlı yüngülxəlitəli qazıma boruları 73, 93, 
114, 129 və 147 mm diametrlərdə, ucları daxilə qalınlaşdırılmış 
halda hazırlanır. Diametrləri 73, 93 mm olan borular 9 m və 
diametrləri 114,129, 147 mm olan borular isə 12 m 
uzunluğunda istehsal edilir.
4.5.Ağırlaşdırılmış qazıma boruları (AQB) 
Ağırlaşdırılmış qazıma boruları (AQB) – qalın divarlı 
qazıma borusudur, qazıma kəmərinin aşağı hissəsinin (QKAH) 
sərtliyini, dayanıqlığını və baltaya oxboyu yükün verilməsini 
təmin etmək, quyu lüləsinin təbii olaraq əyilməsinin qarşısını 
almaq 
məqsədilə 
qazıma 
kəmərinin 
aşağı 
hissəsində 
yerləşdirilir. Qazıma zamanı baltaya verilən oxboyu yük 
nəticəsində kəmərin aşağı hissəsi həmin yükə müvafiq olan 
uzunluqda sıxılır və əyilməyə meyl edir. Qazıma kəmərinin 
aşağı hissəsinin quyu dibində əyilməsi hallarında balta şaquldan 
uzaqlaşır və quyunun gövdəsi əyilir. 
Odur ki, bu hal ilə mübarizə məqsədilə AQB-dan istifadə 
edirlər. 
Balta üzərinə veriləcək oxboyu yükün qiymətinə müvafiq 
AQB-nin uzunluğu 20-25% ehtiyatla qəbul edilir. Bununla da 
QKAH-nin dayanıqlığı təmin edilmiş olur. Balta üzərinə 
verilən oxboyu yükün təsirindən qazıma kəmərinin aşağı 
hissəsi sıxılır, yuxarı hissəsi isə dartılmış vəziyyətdə olur. Bu 
iki hissənin sərhədində istiqamətləri müxtəlif olan dəyişən 
gərginliklər (dartılma və sıxılma gərginlikləri) alındığı üçün 
həmin neytral kəsik ən təhlükəli kəsik adlanır. Məhz bu səbəbə 


108 
görə balta üzərində yerləşdiriləcək AQB elə uzunluqda 
olmalıdır ki, neytral kəsik AQB-nin üzərinə düşsün və kəmərin 
sınması baş verməsin. 
Balta üzərinə verilən oxboyu yükə görə AQB-nin 
uzunluğunu, kəmərin qazıma məhlulunun yüngülləşməsini də 
nəzərə almaqla, aşağıdakı düsturla hesablamaq mümkündür. 
Rotor və yuxarı intiqal sistemi ilə qazıma üçün 











Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə