Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   67
Maili quyular

 
Frezerli baltalar – 
sement körpülərini və quyuda olan 
kənar metal cisimləri qazımaq üçün işlədilir (şəkil 3.24).
 
 
 
Şəkil 3.24. Frezerli baltalar 
 
Armuda oxşar baltalar
Bunlardan
 
quyunun kəsilişində 
yüksək plastikliyə malik süxurların şaquli və radial təzyiqləri 
nəticəsində və geodinamik proseslərin təsirindən qoruyucu 
kəmərlərin əzilərək, silindrik formasının dəyişdiyi yerlərin 
əvvəlki nominal diametrinin bərpası üçün istifadə edilir. 
Nizəyə oxşar baltalar. 
Böyük diametrli quyu lüləsindən 
kiçik diametrli quyu lüləsinə keçmək, qoruyucu borular 
içərisində qalıb bərkimiş sement tıxaclarını qazımaq, bəzi 
qəzaların ləğvi üçün istifadə etmək, qoruyucu kəmərlərin 
başmaqlarını sındırmaq, quyu dibindəki metal əşyaları kənara
sıxışdırmaq kimi işləri yerinə yetirmək üçün istifadə olunur 
(şəkil 3.26). 


86 
Şəkil 3.25.Nizəyə oxşar balta:
1 – gövdə; 2 – pər; 3 – lövhə; 4 – bərk xəlitəli tir. 
 
Bisentrik baltalar. 
Bisentrik balta böyük diametrdə quyu 
qazımağa imkan verir.Əsas tətbiq sahəsi quyruq kəməri altı 
intervalın və quyunun üfüqi sonluğunun qazılması həmçinində 
 
ikinci lülənin açılmasında, əvvəlki balta ilə qazılmış lülənin 
diametrini daha böyük diametrlə qazımağı davam etdirməkdə 
istifadə edilir.Bisentrik baltanın quruluşunun əsas xüsusiyyəti 
onun yaxşı idarə olunması,yüksək mexaniki sürəti, quyu 
lüləsinin keyfiyyətli genişləndirilməsini təmin etməkdir. 
Bisentrik baltanın iki əsas tipi vardır(şəkil 3.26): 
a) verilmiş quyu trayektoriyasını saxlamaq üçün uzadılmış 
profilli. 
b) azimut və zenit bucaqlarını idarə etmək üçün 
gödəldilmiş profilli. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə