Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   67
Maili quyular

 
 
Şəkil 3.16. Müxtəlif şəraitlərdə geniş tətbiq edilən PDS tipli 
pərli qazıma baltası: 


79 
 
Şəkil 3.17. Çox yumşaq və özlü süxurları qazımaq üçün tətbiq 
edilən PDS tipli (balıq quyruğu) qazıma baltası 
 
 
Şəkil 3.18. Orta bərklikli və ya plastik süxurları qazımaq 
üçün PDS tipli xüsusi balta 


80 
 
Şəkil 3.19. Orta yumşaqlıqdan bərk süxurlara qədər olan kövrək 
süxurları qazımaq üçün mərtəbəli profilli PDS tipli qazıma 
baltası 
 
Şəkil 3.20. Orta və bərk süxurları qazımaq üçün istiliyə 
davamlə almaz dişli (TSP) tipli qazıma baltası 


81 
3.4. Qazıma baltasının hibridli sistemi. 
Qazıma baltasının hibridli sisteminin yaradılması üçün ilk 
addımlar keçən əsrin 30-cu illərində atılmışdır.Belə bir sistemin 
yaradılması ideyası yarımkristalik almazlı baltalar (PDS) 
yarandıqdan sonra tam yerinə yetirildi.Bu məsələ Huqhes 
Christensen şirkətinin əməkdaşları tərəfindən qeyribircins və 
möhkəm süxurların qazılması üçün, müvəffəqiyyətlə həll 
olundu və unikal
Kumer hibridli qazıma texnologiyası işlənib 
hazırlandı. Bu yeni hibridli qazıma baltası tam yoxlanılmış PDS 
tipli baltanın texnologiyasına və qazıma baltasını gövdəsində 
yerləşən kəsici konusvari şaroşkaların tətbiqinə əsaslanır (şəkil 
3.21). 
 
Şəkil 3.21. Qazıma baltasının hibridli sistemi. 


82 
Qazıma baltasının hibridli sistemi şistli (slantsev) gilləri 
və yüksək plastikliyə malik süxurları konusvari şaroşkalı 
baltalara nisbətən 2,4 dəfə tez və effektli qazıyır.Yumşaq 
süxurları qazımaq üçün PDS-tipli balta ilə möhkım süxurları 
qazıyan konusvari şaroşkalı baltanın birləşməsi ilə yaranan 
Kumer sistemi dəniz stasionar qazıma qurğusundan quyuların 
qazılması prosesində bu baltaların ayrılıqda istifsdəsinə 
nisbətən qaımanın yüksək mexaniki sürəti əldə olunmuşdur.
Misal üçün əvəllər bir quyunun qazılmasına 170 – 180 iş 
günü 
sərf 
olunurdusa,son 
zamanlar 
hibridli 
baltaların 
təkmilləşdiriməsindən sonra buna oxşar quyunun qazılmasına 
40-50 iş günü sərf olunur. 
 
3.5. Sütuncuqlu və 
süxur nümunəsi götürmək üçün işlədilən 
baltalar.
Məlumdur ki, adi şaroşkalı baltalarla qazıma zamanı 
təmamilə dağıdılan quyudibi süxur hissəcikləri qazıma məhlulu 
vasitəsilə quyudan çıxarılır. Bu hissəciklərin bir qismi dispers 
kolloid ölçülü olduğundan, qazıma məhlulunun tərkibinə 
daxil olub onu çirkləndirir və həmin hissəcikləri qazıma 
məhlulundan ayırmaq çətinləşir. 
Quyudan çıxarılan süxur hissəcikləri qazıma məhlulu ilə 
çirkləndiyi üçün qazılmış süxurların mineraloji və petroqrafik 
tərkibini, onlardakı fauna və floranı, həmçinin yatağın 
tektonikasını dəqiq öyrənmək mümkün olmur. Quyu dibində 
dağıdılan süxuru təbii şəkildə təmiz və qarışıqsız əldə etmək 
üçün xüsusi süxurdağıdıcı alət olan sütuncuqlu baltalardan və 
balta başlıqlarından istifadə edirlər (şəkil 3.22 və 3.23). Bütün 
sütuncuqlu baltalar quruluşundan asılı olmayaraq dörd əsas 
elementə malik olur: 1) xarici gövdə; 2) süxur nümunəsi (kern) 
ətrafındakı süxurları dağıdan işçi başlıq; 3) süxur nümunəsini 
başqa təsirlərdən və quyudan çıxarmağa imkan verən kern 


83 
qəbuledici boru; 4) süxur nümunəsini (kerni) tutub saxlayan 
(sütuncuqlu borunu çıxaran zaman süxur nümunəsinin quyu 
içərisinə düşməsinə imkan verməyən tərtibat); 5) sütuncuqlu 
borunu çıxarmaq üçün şlips. 
Şəkil 3.22. Sütuncuqlu balta quruluşunun sxemi. 
Sütuncuqlu baltalar süxur nümunəsi ilə dolmuş borucuğu 
çıxarılan və çıxarılmayan quruluşda olurlar. Bunlardan birincisi 
daha əlverişli olduğu üçün geniş yayılmışdır. 


84 
a b c 
ç 
Şəkil 3.23. Süxur nümunəsi götürmək üçün baltalar 
a – dişləri sintetik almaz materialdan hazırlanır,orta və yüksək 
bəklikli bütöv süxurları effektli qazımaq üçün yeni alətdir;
b – bu başlıq təzyiqə qarşı yüksək dayanıqlılığı,stabilliyi,yüksək 
dərəcədə quyu diametrini saxlamaq və yüksək bərklikli 
süxurları qazımaq üçün tədbiq edilir; c – monolit və zəif çatlara 
malik,kiçik və orta abrazivlikli,çox bərk süxurlara tədbiq 
olunur;ç-süxur nümunəsi götürmək üçün dişləri sintetik almaz 
materialdan hazırlanır,orta və yüksək bəklikli süxurları 
qazımaqda tətbiq edilir 


85 
3.6. Xüsusi məqsədlər üçün istifadə edilən baltalar 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə