Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   67
Maili quyular

 
 
Şəkil 3.30. “VR” tipli balta. 
 
Qəlibləyici qıf. 
Qəlibləyici qıfın(şəkil 3.31) tətbiq edilməsi 
şablonlaşdırma əməliyyatının və geofiziki araşdırmaların birgə 
aparılmasına 
imkan 
verir,əlavə 
endirmə-qaldırma 
əməliyyatlarını aradan çıxarır,bununla belə quyu tikintisinə sərf 
olunan vaxta qənaət edir.Gövdənin profili PDS tipli olduğundan 
quyu lüləsinin daraldığı yerləri işləyir və quyu divarını 
qəlibləyir.Qəlibləyici qıfın gövdəsinin daxili quruluşu geofiziki 
cihazların maneəsiz keçməsini təmin edir. 
 
şəkil 3.31. Qəlibləyici qıf 


91 
4. Maili və üfüqi quyuların qazılması üçün
avadanlıqlar. 
4.1. Qazıma kəməri 
Aparıcı (işlək) boru, qazıma boruları, qazıma qıfılları, 
keçiricilər, yüngül
xəlitəli qazıma boruları
və ağırlaşdırılmış 
qazıma borularından ibarət, diametri uzunluğuna nisbətən çox 
kiçik, içərisi boş silindrik val 
qazıma kəməri
adlanır. Qazıma 
kəməri quyu dibində yerləşən qazıma baltası ilə xüsusi 
meydança üzərində yerləşdirilmiş qazıma avadanlığı arasında 
əlaqə vasitəsidir. 
Neft və qaz quyularının qazılma texnikası və texnolo-
giyasının hazırkı inkişaf səviyyəsi birbaşa, yaxud da dolayı 
yolla qazıma kəməri ilə bağlıdır. Belə ki, kitabın əvvəllərində 
deyildiyi kimi vaxtilə qazıma kəmərini quyuya endirməklə 
qazıma işinin aparılması təklifi qazımanın tarixində inqilabi 
çevriliş idi. Qazıma kəməri özündən əvvəlki dövrlərdə 
qazımada çətin, yaxud mümkün olmayan bir çox problemləri 
həll etməyə imkan verdi.
Qazıma kəmərinin vəzifələri və ünsürləri 
Qazıma kəmərinin əsas vəzifələri aşağıdakılardır: 
1) qazıma baltasını quyuya endirib qaldırır; 
2) rotor üsulu və yuxarı intiqal sistemi ilə qazımada 
fırlanma hərəkətini quyu dibindəki baltaya ötürür; 
3) qazıma məhlulunun dövranını təmin edir; 
4) istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır; 
5) quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış 
və ya açılmış qazıma alətinin quyuda qalan hissəsini çıxarmağa 
kömək edir; 


92 
6) quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması, 
sementlənməsi quyruq kəmərinin endirilməsi və s.) kömək 
edir; 
7) elektrik üsulu ilə qazımada elektrik enerjisini qazima 
kəməri içərisində yerləşdirilmiş kabel vasitəsilə elektrik 
qazıyıcısına ötürür. 
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir: 
1) aparıcı boru (işlək boru); 
2) qazıma boruları və onların birləşmələri, qazıma 
qıfılları; 
3) yüngül xəlitəli qazıma boruları (YQB); 
4) qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaş-
dırılmış qazıma boruları (AQB); 
5) 
qazıma 
kəmərinin 
köməkçi 
hissələri 
(mərkəzləşdiricilər,stabilləşdiricilər,qəlibləyicilər,genişləndi-
ricilər keçiricilər, əks klapanlar, qoruyucu rezin halqalar). 
Rotor və yuxarı intiqal sistemi ilə qazımada quyunun 
qazılmasını təmin etmək üçün qazıma kəmərinin ucuna 
müvafiq balta bağlanır və bu balta qazıma kəməri ilə birlikdə 
fırladılır. Quyudibi mühərriklərlə qazımada balta ilə qazıma 
kəməri arasında turbin qazıyıcısı və ya vintli 
hidravliki 
quyudibi
mühərrik, elektrik üsulu ilə qazımada isə elektrik 
qazıyıcısı yerləşdirilir. Bu zaman balta quyudibi mühərriklərin 
valına bağlanır və onun quyu dibində fırladılmasını həmin 
mühərriklər təmin edir. Beləliklə,quyudibi mühəriklərlə qazıma 
zamanı qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur. 
Göründüyü kimi, qazıma kəməri qazıma üsulundan asılı 
olaraq müxtəlif şəraitlərdə işləyir. Yəni rotor və ya yuxarı 
intiqal sistemi ilə qazıma üsullarında qazıma kəmərinin iş 
şəraiti çox gərgin, quyudibi mühəriklərlə qazımada isə nisbətən 
yüngüldür. Məhz bu səbəbə görə, müasir qazımada qazıma 
kəmərinin elementləri qazıma üsulundan asılı olaraq müxtəlif 
konstruksiya və ölçülərdə hazırlanır. 


93 
4.2.Aparıcı borular (işlək borular) və 
onların vəzifələri 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə