Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
Maili quyular

 
Elektrik üsulu ilə qazıma. 
Bu üsul ilə qazımada baltanı 
quyu dibində yerləşdirilmiş üçfazalı dəyişən cərəyan mühərriki 
(asinxron mühərriki) fırladır.
Elektrik qazıyıcısına elektrik enerjisi qazıma borularının 
içərisində yerləşdirilmiş kabellə daxil olur və fırlanğıc üzərində 
yerləşdirilmiş cərəyan qəbuledicisi vasitəsilə ötürülür. Elektrik 
qazıyıcısı qazıma kəmərinin ucuna, balta isə elektrik 
qazıyıcısının valına bağlanır. Elektrik qazıyıcısı işə düşən kimi 
onun valına bağlanmış qazıma baltası fırlanma hərəkəti alır. 
Qazıma məhlulunun dövranı başqa qazıma üsullarında olduğu 
kimidir. Elektrik üsulu ilə qazımanın böyük gələcəyi vardır. 
Turbin üsulu ilə müqayisədə elektrik üsulu ilə qazıma aşağıdakı 
üstünlüklərə malikdir: 


55 
Elektrik qazıyıcısının dövrlər sayı, momenti və başqa 
parametrləri:
1) qazıma məhlulunun sərfindən, onun fiziki və kimyəvi 
xassələrindən, quyunun dərinliyindən asılı deyildir; 
2) qazıma rejimi parametrlərinin dəyişməsindən asılı 
deyildir; 
3) yerin üstündən elektrik qazıyıcısının işinə nəzarət 
etmək və onu tənzimləmək mümkündür; 
Bütün bu üstünlüklərlə yanaşı, elektrik üsulu ilə 
qazımanın nöqsan cəhətləri də vardır. Bunlar aşağıdakılardır: 
1) elektrik qazıyıcısına elektrik enerjisi ötürülməsinin 
çətinliyi və mürəkkəbliyi; 
2) elektrik qazıyıcısı ilə dərin quyuların qazılmasının 
mümkünsüzlüyü;
3) elektrik qazıyıcısını qazıma məhlulunun təsirindən 
qorumaq məqsədilə hermetikliyin təmin edilməsinin çətinliyi; 
4) elektrik qazıyıcısının quyu dibində bəzən işə 
düşməməsi. 
Diametri imkan vermədiyinə görə elektrik qazıyıcısının 4 
– 5 cüt qütbü olur. Dəyişən cərəyanın tezliyi 50 hers, 
qütblərinin sayı 8 olarsa elektrik qazıyıcısının dövrlər sayı 440 

500 dövr/dəq olar. Bu dövrlər sayı yumşaq və orta bərkliyə 
malik abraziv süxurları qazımaq üçün çox böyükdür. Odur ki, 
təcrübədə elektrik qazıyıcısının dövrlər sayını azaltmaq üçün 
cərəyan tezliyini 20 

35 hers arasında götürmək lazım gəlir ki, 
bu da səmərəli deyil. Ən yaxşı nəticə əldə etmək üçün elektrik 
qazıyıcısı ilə şpindel arasında ötürmə ədədini 1:2 nisbətində 
qəbul edirlər və ya 2 reduktor yerləşdirirlər. Bu yol ilə dövrlər 
sayını 2 

4 dəfə azaltmaq mümkündür. İstehsalatda dövrlər 
sayını tənzim etmək üçün bəzən elektrik qazıyıcısının qütblərini 
dəyişirlər. Elektrik qazıyıcısının quruluşu şəkil 2.8-da və əsas 
texniki göstəriciləri cədvəl 2.3-də göstərilmişdir. 


56 
Elektrik qazıyıcısının yuxarıda qeyd edilən nöqsanları 
onun geniş yayılmasına imkan verməmişdir.
Bu üsul ilə qazımanın inkişafı qazıma avadanlığı üzrə 
ixtisaslaşmış mütəxəssislərin tədqiqat obyekti olmalıdır. 
Şəkil 2.8. Elektrik qazıyıcısının quruluşu: 
1 – görüş mili; 2 – keçirici; 3 – mühərrikin işini tənzim 
edən rezin diafraqma; 4 – kompensatorun porşeni; 5,31 – 
yaylar; 6 – kompensatorun silindri; 7 – qazıyıcının birləşdirici 
gövdəsi; 8,19 – müvafiq olaraq qazıyıcının yuxarı və aşağı 
kipkəcləri; 9 – qazıyıcının yuxarı klapanı; 10,17 – müvafiq 
olaraq stator sarğısının yuxarı və aşağı hissələri; 11– qazıyıcının 
valı; 12 – statorun polad maqnit keçirən paketi; 13 – statorun 
maqnit keçirməyən materialdan hazırlanmış gövdəsi; 14 – polad 
maqnit keçirməyən paket; 15,18 – müvafiq olaraq mühərrikin, 
aralıq və aşağı diyircəkli yastıqları; 16-qazıyıcının rotorunun 
seksiyası; 20 – klapan; 21 – aşağı birləşdirici gövdə; 22 –
spindelin gövdəsi; 23 – oymaq (tıxac); 24 – dişli həlqə; 25 –
klapan; 26,32 – müvafiq olaraq yuxarı və aşağı radial diyircəkli 
yastıqlar; 27 – dayaq vəzifəsini yerinə yetirən yastıq; 28 –
oxboyu yükü paylayan xarici boru (kəmər); 29 – daxili boru; 30 
– şpindel kompensatorunun porşeni; 33 – tıxac; 34 – şpindelin 
kipkəci; 35 – şpindelin valı; 36 – baltanın bağlanması üçün 
keçirici. 


57 
Cədvəl 2.3 
Elektrik qazıyıcısının əsas göstəriciləri 
E
le
kt
ri

qa





n
ş
ifr

D
ia
m
et
r,
m
m
U
zunl
u
ğu,
m
N
om
in
al

cü,
kvt
N
om
in
al
g
ərgi
nl
ik,
k
v
Cərəyan,A 
F
ırl
an
m

te
zl
iy
i,
d
əq
-1
Fırlanma 
momenti, kN

F
ayda

i
ş 
əm
sa


%
ъ
cos

K
üt

si
,k
q
Ə
yi
lm
əd
ə 

rt
li
k

kN

m
2
N
om
in
al
i
ş 
re
ji
m
ind
ə 
N
om
in
al
g
ərgi
nl
ikd
ə 

-boş
una


m
ə 
Nomi-
nal 
Maksi-
mal 
Е290-12 
290 
14,1 240 
1,75 165,0 
121,0 
455 
5,1 
11,0 
72,0 
0,67 
5100 
33250 
Е290-12Р 
290 
15,9 240 
1,75 165,0 
121,0 
145 
16,0 
26,0 
72,0 
0,67 
5700 
33 250 
Е250-8 
250 
13,2 230 
1,65 160,0 
107,0 
675 
3,32 
7,5 
72,0 
0,70 
3600 
18 650 
Е250-8Р 
250 
14,4 230 
1,65 160,0 
107,0 
340 
6,64 
11,8 
72,0 
0,70 
3800 
18 650 
Е250-16 
250 
13,2 110 
1,20 156,0 
130,0 
335 
3,20 
7,0 
56,5 
0,60 
3600 
18 650 
Е240-8 
240 
13,4 210 
1,70 144,0 
107,0 
690 
2,97 
7,6 
75,0 
0,66 
3500 
14 600 
Е240-8Р 
240 
14,8 145 
1,40 112,0 
80,0 
230 
6,15 
12,0 
74,8 
0,70 
3900 
14 600 
Е215-8М 
215 
13,9 175 
1,55 131,0 
95,5 
680 
2,50 
5,5 
67,5 
0,66 
2900 
10 200 
Е215-8МР 215 
15,5 110 
1,35 102,0 
80,0 
230 
4,65 
10,5 
72,0 
0,69 
3200 
10 200 
Е185-8 
185 
12,5 125 
1,25 130,0 
93,0 
675 
1,8 
3,6 
67,5 
0,66 
2000 
5 670 
Е185-8Р 
185 
14,4 70 
1,10 90,0 
75,0 
240 
3,0 
7,0 
70,0 
0,58 
2300 
5 670 
Е170-8М 
170 
12,2 75 
1,30 83,5 
78,6 
695 
1,1 
2,4 
63,5 
0,63 
1800 
4 160 
Е170-8МР 170 
13,9 45 
1,00 59,0 
55,0 
220 
2,0 
4,0 
65,0 
0,68 
2000 
4 160 
Е164-8М 
164 
12,3 75 
1,30 87,5 
80,0 
685 
1,1 
2,4 
61,0 
0,625 
1650 
3 440 
Е164-8МР 164 
14,1 45 
1,00 61,5 
55,0 
220 
2,0 
4,0 
64,0 
0,66 
1900 
3 440 


58 
3.
Qazima baltalari
Neft və qaz quyularının qazılmasında qazıma kəmərinin 
ucunda quyu dibinə endirilən alət qazıma baltası adlanır. 
Baltaların əsas təyinatı quyudibi süxurları dağıtmaqla quyunun 
dərinləşməsini təmin etmək və quyu lüləsinə silindrik forma 
verməkdir. Balta quyu dibində süxuru dağıdarkən iki əsas 
əməliyyatı – balta dişlərinin, yaxud onun kəsici hissəsinin 
süxura batması və sonra onu dağıtması (kəsmək, qopartmaq və 
ya doğramaq) işini görür. 
Balta dişlərinin süxura batması və onu dağıtması aşağıdakı 
amillərdən asılıdır: 
- dağıdılan süxurlar üçün müvafiq balta tipinin düzgün 
seçilməsindən; 
- baltaya verilən oxboyu yükdən; 
- baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin) 
vəziyyətindən; 
- qazılan süxurların mexaniki xassələrindən. 
Məlumdur ki, balta süxuru eyni vaxtda görülən iki hərəkət 
nəticəsində dağıdır. Bunlar irəliləmə və fırlanma hərəkətləridir. 
Yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti qazıma baltasına 
veriləcək oxboyu yükün hesabına alınır. Baltaya fırlanma 
hərəkəti isə quyu ağzında yerləşən rotor vasitəsilə və ya quyu 
dibində yerləşən turbin, elektrik qazıyıcısı və yaxud da vintli 
həcmi mühərrik vasitəsilə verilir. 
Quyuların qazılmasında, əsasən, üç növ balta tətbiq edilir. 
1. Quyudibi süxurların tamamilə qazılması prosesində 
işlədilən pərli (tiyəli), şaroşkalı , almazlı və PDS tipli baltalar. 
2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək 
məqsədilə işlədilən sütuncuqlu baltalar.
3. Xüsusi məqsədlər üçün işlədilən baltalar. 
Quyuların tez və keyfiyyətlə qazılması, müxtəlif xassələrə 
malik süxurları müvəffəqiyyətlə qazımaqdan, balta tipinin 


59 
düzgün seçilməsindən, rejim parametrlərinin optimal qiymətlər 
həddində saxlanmasından, geoloji-texniki tapşırıq tələblərinin 
ciddi surətdə yerinə yetirilməsindən və qazıma briqadası 
üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır. 
Buradan aydın olur ki, müxtəlif fiziki və mexaniki 
xassələrə malik süxurları dağıtmaq üçün istifadə edilən 
süxurdağıdıcı alətlər də müxtəlif quruluşa malikdir. Məsələn, 
şaroşkalı baltalar bir-birindən diametrləri, şaroşka dayaqları, 
dişlərinin addımı, hündürlüyü, sayı, dişlərin yerləşdiyi 
cərgələrin sayı, şaroşka oxlarının balta oxuna nəzərən 
yerləşməsi, şaroşkaların sayı, yuma dəliklərinin quyu dibindən 
məsafəsi, forması, diametri, hansı materialdan hazırlandıqları 
və s. jəhətdən fərqlənirlər. Bu deyilənlər başqa tip baltalara da 
aiddir. 
Kəsici tipli baltalar isə diametrləri, pərlərinin sayı, 
forması, qalınlığı, yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə 
və itilənmə bucaqları, adi və ya pilləli pərlərinin olması və s. 
cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta 
tipinin 
düzgün 
seçilməsi 
qazımanın 
texniki–iqtisadi 
göstəricilərini yüksəltmək üçün çox vacibdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə