Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Maili quyular

Mexaniki yasslar. 
Mexaniki yasslar ‒ mexaniki hərəkətli teleskopik zərbə 
alətidir (şəkil 4.15). Tutulmuş alətə zərbə, yass açıq 
vəziyyətdən bağlı vəziyyətə keçən zaman yasın hərəkət etmə 
uzunluğuna bərabər sahədə aldığı təcil ilə AQB vasitəsilə 
vurulur.
 
Şəkil 4.15. Mexaniki yasın hissələri. 


118 
Mexaniki yasslar yayın yığılmış enerjisinin köməyilə 
hərəkətə gətirilir. Onlar əvvəl verilmiş qiymətə qədər ya 
dartılma ya da sıxılma ilə hərəkətə gətirilən yuxarı və aşağı 
zərbələr yarada bilir. 
Yassın tipindən asılı olaraq hərəkətə gətirilmə qüvvəsinin 
qiymətinin tənzimlənməsi ya yer səthindən, ya da quyu 
dibindən yerinə yetirilir. 
Yuxarı və aşağı istiqamətlərdə zərbə yükünün qiymətinni 
tənzimlənməsi bir-birindən asılı olmayaraq 0-dan 100 t-a qədər 
yerinə yetirilir. 
İkinci tip, yəni quyu dibindən işləmə gücünün qiymətinni 
tənzimlənməsi qazıma kəmərində ya fırlanma ya da burucu 
moment yaratmaqla yerinə yetirilir. 
Hidravliki yasslar (şəkil 4.16). 
Şəkil 4.16. Hidravliki yasın yuxarı işləmə prinsipi. 
a) Yass işçi vəziyyətə gətirilib; b) Qazmaçı qazıma 
kəmərini yavaş-yavaş yuxarı qaldırır və onunla birlikdə yasn 
yuxarı hissəsini; c) Hidravliki maye böyük həcmli kameradan 
kiçik diametrli kanal vasitəsilə kiçik həcmli kameraya axmağa 
başlayır; ç) Kiçik həcmli kamerada hidravliki maye müəyyən 
səviyyəni aldıqda ştok birdən yuxarı hərəkət edir və zərbə alınır 


119 
Hidravliki yasslar yağ çənində yığılmış yağın hidravliki 
enerjisinin köməyilə hərəkətə gətirilir. Onlar ya yuxarı, ya da 
aşağı zərbələr endirə bilir. Bu tip yasslar qazıma kəmərinin ya 
dartılması, ya da boşalması ilə hərəkətə gətirilə bilir. 
Hidravliki yasın yuxarı hərəkətdə iş prinsipi şəkil 4.16-də 
göstərilmişdir 
Zərbə gücünün qiyməti qazıma kəmərində yaradılan 
dartılma və ya sıxılma qiymətindən təyin edilir. 
Böyük inhiraflı quyuların qazılması zamanı və ya quyu 
lüləsində daralma olan zaman, yassın öz- özünə işə düşməsi baş 
verə bilər. Bu, onun çatışmayan cəhəti kimi qeyd oluna bilər. 
Hidromexaniki yasslar. 
Hidromexaniki yasslar iki ayrı seksiyadan ibarətdir: 
- yuxarı seksiya özlüyündə hidravliki yassdır 
- aşağı seksiya özlüyündə mexaniki yassdır 
Hidromexaniki yass böyük uzunluğa (10 m və daha 
böyük) malikdir. Belə ki, onun üstün cəhətinə seksiyaların 
ayrılması və hər seksiyanın ayrılıqda işlənməsidir.
Burulma yası.
Son zamanların ən perspektivli layihələrindən biri burulma 
yasını göstərmək olar (şəkil 4.17).
Məlumdur ki, tədbiq olunan bütün yaslar yuxarı və ya aşağı 
istiqamətlərdə zərbələr endirir. 
Mədən praktikasında bir çox hallarda işçi boru kəmərinin 
böyük uzunluqda sahəsində qəza baş verir. Belə qəza zamanı 
tutulmuş boruları hissə-hissə ardıcıl olaraq açmaq məqsədə 
uyğundur.Təcrübə göstərir ki, adi üsul ilə açma prosesi-
fırlanma momentinin yer səthindən statik yolla ötürülməsi 
effektli deyil. Boruların daha effektli açılması, dönməyə zərbə 
burulma momentinin, burulma yasının köməyilə verilməsi 
yoludur. 


120 
Şəkil 4.17. Burulma yası 
Akselerator (gücləndirici) 
Akselerator və ya gücləndirici yasın yaratdığı zərbə 
gücünün artırılması üçün tətbiq edilir.
 
Onlar sürüşkən birləşmələrdən ibarətdir, belə ki, onun 
uzanma hərəkəti zamanı fəaliyyətsiz qazda sıxılma imkanı 
yaradır (məsələn, azot). 
Sıxılmış qazın təsiri ilə quyudibi alət azad olan zaman 
onun ilkin vəziyyətinə qayıtması baş verir ki, bu da yassın 
özünün zərbə gücündən əlavə zərbə gücü əmələ gətirir. 
4.8. Quyudibi amortizatorlar. 
Quyudibi amortizatorlar (şəkil 4.18) qazıma baltasının və 
qazıma kəmərinin yaratdığı titrəyiş dalğalarını aradan 
qaldırmaq üçün təyin edilmişdir.


121 
Onlar qazıma baltasının və qazıma kəmərinin iş 
müddətinin artırılmasına təsir edir və son nəticədə qazıma 
qurğusunun işləmə vaxtını uzadır. O, AQB ilə müqayisədə kiçik 
sərtliyə malikdir, bu da şaquli intervalların qazılmasında 
problemlər yarada bilər. 
Quyudibi amortizatorlardan istifadənin üstün cəhətləri 
aşağıdakılardır: 
1. Qazıma avadanlıqlarının, balta, quyudibi mühərrik, 
telesistem və qazıma borularının etibarlılığını və işləmə 
müddətini artırır:. 
2. Quyu tikintisinə sərf olunan vaxt azalır. 
Şəkil 4.18. 
Quyudibi amortizatorlar 
1 – gövdə, 2 – aşağı keçirici, 3 – diyircəkli qıfıl, 4 – yuxarı 
keçirici, 5 – nimçəvari yay. 


122 
Hal-hazırda aşağıdakı ölçülərdə quyudibi amortizatorlar 
buraxılır: 
89 mm (3 
¾
); 121mm (4 
¾
); 165 mm (6 
½
); 172 mm (6 
¾
); 203 mm(8) 
229 mm( 9 ); 241 mm (9 
½
); 254 mm (10); 286 mm (11 
¼

Keçirici-kompensator
Teleskopik tarazlayıcı (kompensator) (şəkil 4.19) şaquli 
yerdəyişməyə, gəminin və yarım dalma qazıma qurğusunun 
(YDQQ), dalğanın təsirindən suya baş vurmasının qarşısını 
almaq üçün istifadə olunur.O atqılı xətli xarici borudan, daxili 
borudan, işçi və qəza kipləşdiricilərdən, keçiricilərdən, daxili 
borunu diverter bloku ilə birləşdirmək üçün lazımi işləri görən 
kipləşdirici uzeldən ibarətdir.Teleskopik tarazlıyıcının köməyilə 
qurğunun şaquli yerdəyişməsi 18,3 m qədər təmin olunur.
Teleskopik tarazlıyıcının qıfıl (mufta və nipel) elementləri 
dəniz dayağının seksiyalarının elementləri ilə eynidir.
Onlar quyudibi amortizator və alətin tutulması zamanı 
yassla birlikdə tətbiq edilə bilər. 
Şəkil 4.19. Şaquli yerdəyişmə kompensatoru 
1 – gövdə 
2 – inevmo silindr 
3 – travers 
4 – lövhəli zəncir 
5 – tal kanatı 
6 – tal bloku 
7 – qarmaq 
yükqldırma 3,555 kN 
statik yükqaldırma 7,110 kN 
gediş məsafəsiв 7,62 m
maksimal təzyiq 6,55 


123 
4.9. Genişləndiriclər. 
 
Pilot genişləndiriclər. 
Pilot genişləndiriclər (şəkil 4.20) quyudibi alətdir və 
qazılmış quyu lüləsini genişləndirmək üçün istifadə olunur. 
 
Pilot genişləndirici kiçik diametrli quyu lülələrinin 
genişləndirilməsi üçün tətbiq edilir. Pilot genişləndiricilər 
diyircəkli şaroşkalar üçün dayaq rolunu oynayan və gövdədə 
bərkidilən bir neçə (2-dən 4-ə qədər, əsasən 3) pərlərə malikdir.
 
Müxtəlif dağ süxurlarının qazılması üçün müxtəlif tipli 
dişlərə malik çoxlu sayda diyircəkli şaroşkalar vardr. Gövdənin 
aşağı hissəsində qazıma baltasına uyğun ya baltanı ya da pilot 
istiqamətləndirici rolunu oynayan hamar kəmər parçası 
bağlamaq üçün yiv birləşmələri vardır. Maili-istiqamətlənmiş 
quyularda yan lülənin qazılmaması üçün yumşaq süxurlar 
intervalının genişləndirilməsi zamanı hamar dəmir parçası 
istifadəsi məcburidir. 
Şəkil 4.20. Pilot genişləndiriclər 


124 
Açılan genişləndiricilər
Açılan genişləndiriclər (Şəkil 4.21) qazılmış quyunun 
yuxarı intervalının (istər möhkəmləndirilmiş, istərsə də açıq 
lülə) diametrinə qədər və ondan böyük diametrə qdər 
genişləndirmək üçün istifadə edilir. Bu genişləndiricinin əsas 
elemnti genişləndiricinin gövdəsinə birləşdirilmiş hərəkət edən 
pərlərə bərkidilmiş şaroşka kompleksidir. Bu pərlər qazıma 
məhlulunun dövranı başlayanda hidrodinamiki təsirlə açılır və 
dövran dayandıqda başlanğıc vəziyyətini alır.
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə