Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   67
Maili quyular

 
 
 
 
 
 


151 
6. Quyuların təbii əyilmə mexanizmi. 
Hazırda (şaquli, maili, üfüqi) quyuların istənilən üsulla 
qazılma prosesində qazılma dərinliyinin artması ilə əlaqədar 
olaraq, quyu lüləsi əyilir və nəticədə, yatağın işlənmə şəbəkəsi 
planı ciddi şəkildə pozulur.
Bu proses quyu lülələrinin təbii əyilməsi adlanır.
 
Bir çox 
hallarda quyu lüləsinin təbii əyilməsi nəticəsində quyu 
gövdəsində çıxıntılar və sərt əyintilər (dirsəklər) əmələ gəlir ki, 
bunlar da quyunun sonrakı qazılması, möhkəmləndirilməsi və 
istismarını çətinləşdirir. Bu səbəbdən bəzi hallarda quyunun 
qazılması zamanı ciddi mürəkkəbləşmələr və qəzalar baş 
verdiyindən və quyu lüləsinin uzanması nəticəsində qazılmaya 
nəzərdə tutulan xərclər artdığından layihə dərinliyinə çatmamış 
quyuların qazılmasını dayandırmaq məcburiyyəti yaranır. 
Quyuların öz-özünə əyilməsi 
təbii əyimə
adlanır. 
Quyuların müxtəlif texniki və texnoloji proseslərin köməyilə 
əyilməsi 
süni əyilmə
adlanır.
Quyuların əyilməsinin əsas səbəbləri (şəkil 6.1).
Süxurdağıdıcı alətə təsir edən əyici moment və müxtəlif 
qüvvələrin təsiri nəticəsində quyu dibində dağ süxurlarının 
qeyri bərabər dağıdılması baş verir. Bütün bu qüvvələri və 
momentləri, əvəzləyici qüvvəyə (P) və baş momentə (M) 
gətirmək olar.
a) Bütün qüvvələr quyu oxu ilə üst-üstə düşən əvəzləyici 
qüvvəyə gətirilir , moment iştirak etmir. Belə halda düzxətli 
quyu qazılır. 
b) Bütün qüvvələr quyu oxu istiqaməti ilə müəyyən bucaq 
əmələ gətirən əvəzləyiciyə gətirilir, moment iştirak etmir.
Əvəzedici qüvvənin yan təşkiledicisinin təsirilə quyu 
divarının frezerlənməsi baş verir və nəticədə quyu lüləsi əyilir.


152 
Əyilmə intensivliyi dağ süxurlarının fiziki-mexaniki 
xassələrindən, 
baltanın 
yan 
frezerləmə 
qabiliyyətindən, 
qazımanın mexaniki sürətindən və başqa faktorlardan asılıdır.
Qeyd etmək lazımdır ki, quyu divarının ancaq 
frezerlənməsi yolu ilə əyilməsi quyu lüləsində sərt əyintilər 
əmələ gətirir buda alətin endirilməsi zamanı oturmalara səbəb 
olur və quyu lüləsinin əlavə işlənməsini tələb edir.
c) Bütün qüvvələr süxurdağıdıcı alətin oxu ilə üst-üstə 
düşən əvəzləyici qüvvəyə və onun mərkəzinə görə devirici 
momentə gətirilir . Bunun əsasında quyu oxu və alətin oxu 
arasında müəyyən bucağı əmələ gəlir, nəticədə əyilmə baş 
verir. Bu halda əyrilik intensivliyi praktiki olaraq dağ 
süxurlarının 
fiziki-mexaniki 
xassələrindən 
və 
baltanın 
frezerləmə qabiliyyətindən asılı olmur, quyu oxu özlüyündə 
çevrə qövsünə yaxın əsas xətt kimi olur 
ç) Bütün qüvvələr quyu oxu ilə üst-üstə düşməyən 
əvəzləyici qüvvəyə və devirici momentə gətirilir. Bu halda 
quyunun əyilməsi quyu divarının frezerlənməsi və quyu oxuna 
nisbətən alətin maili vəziyyəti hesabına baş verir.
Süxurdağıdıcı alətə təsir edən yuxarıda göstərən bütün 
qüvvələr və momentlər, bir çoxu məlum olmayan çoxlu sayda 
səbəbdən yaranır.Bunların hamısı şərti olaraq üç qrupa bölünür-
geoloji, texniki və texnoloji. 
Quyuların əyilmə mexanizmi. 
a) Quyu lüləsi düzxətli qazılır. 
b) Quyu divarının frezerlənməsi hesabına lülənin əyilməsi. 
c) Quyu dibində süxurların asimmetrik dağıdılması 
hesabına lülənin əyilməsi.
ç) Quyunun əyilməsi eyni zamanda divarın frezerlənməsi 
və quyu dibinin asimmetrik dağıdılması hesabına baş verir.


153 
a b c ç
Şəkil 6.1. Quyuların əyilmə mexanizmi. 
Quyu lüləsinin təbii əyilməsi bir çox səbəblərdən baş verə 
bilər, onlardan geoloji, texniki və texnoloji amilləri göstərmək 
olar. 
6.1. Geoloji amillərin təsiri. 
Quyuların qazılması prosesində lülənin əyilməsinə təsir 
edən geoloji amillərin təsiri aşağıdakılardır. 
Bəzən qazma prosesində qazılan süxurlar baltanın öz 
istiqamətini dəyişmə meyili yaradır.
Bu zaman əsasən də çox 
təbəqəli üfüqi yerləşməyən layları qazıyan zaman baltanın 
gedişini idarə etmək çox çətin olur. 


154 
 
Əgər layın yatım bucağı (layın yatım müstəvisilə üfüqi 
müstəvi arasında qalan bucaq) 45
0
-dən böyükdürsə, onda balta 
layın yatım istiqamətində, yəni layın yatım istiqamətinə parallel 
vəziyyət alır (şəkil 6.2.a). Əgər süxurun yatım bucağı 45
0
-dən 
kiçikdirsə, 

zaman 
balta 
layın 
yatım 
müstəvisinə 
perpendikulyar vəziyyət almağa çalışır (şəkil 6.2.b). Məlumdur 
ki, quyu lüləsi oxunun layın yatım müstəvisi ilə görüş bucağı 
0
90
0
,



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə