81
3.4. Qazıma baltasının hibridli sistemi.
Qazıma baltasının hibridli sisteminin yaradılması
üçün ilk
addımlar keçən əsrin 30-cu illərində atılmışdır.Belə bir sistemin
yaradılması ideyası yarımkristalik almazlı baltalar (PDS)
yarandıqdan sonra tam yerinə yetirildi.Bu məsələ Huqhes
Christensen şirkətinin əməkdaşları tərəfindən qeyribircins və
möhkəm süxurların qazılması üçün,
müvəffəqiyyətlə həll
olundu və unikal
Kumer hibridli qazıma texnologiyası işlənib
hazırlandı. Bu yeni hibridli qazıma baltası tam yoxlanılmış PDS
tipli baltanın texnologiyasına və qazıma baltasını gövdəsində
yerləşən kəsici konusvari şaroşkaların tətbiqinə əsaslanır (şəkil
3.21).
Şəkil 3.21. Qazıma baltasının hibridli sistemi.
82
Qazıma baltasının hibridli sistemi şistli (slantsev) gilləri
və yüksək plastikliyə malik süxurları konusvari şaroşkalı
baltalara nisbətən 2,4 dəfə tez və effektli qazıyır.Yumşaq
süxurları qazımaq üçün PDS-tipli balta ilə möhkım süxurları
qazıyan konusvari şaroşkalı baltanın
birləşməsi ilə yaranan
Kumer sistemi dəniz stasionar qazıma qurğusundan quyuların
qazılması prosesində bu baltaların ayrılıqda istifsdəsinə
nisbətən qaımanın yüksək mexaniki sürəti əldə olunmuşdur.
Misal üçün əvəllər bir quyunun qazılmasına 170 – 180 iş
günü
sərf
olunurdusa,son
zamanlar
hibridli
baltaların
təkmilləşdiriməsindən sonra buna oxşar quyunun qazılmasına
40-50 iş günü sərf olunur.
3.5. Sütuncuqlu və
süxur nümunəsi götürmək üçün işlədilən
baltalar.
Məlumdur ki, adi şaroşkalı baltalarla qazıma zamanı
təmamilə dağıdılan quyudibi süxur hissəcikləri qazıma məhlulu
vasitəsilə quyudan çıxarılır. Bu hissəciklərin bir qismi dispers
və
kolloid ölçülü olduğundan, qazıma məhlulunun tərkibinə
daxil olub onu çirkləndirir və həmin hissəcikləri qazıma
məhlulundan ayırmaq çətinləşir.
Quyudan çıxarılan süxur hissəcikləri qazıma məhlulu ilə
çirkləndiyi üçün qazılmış süxurların
mineraloji və petroqrafik
tərkibini, onlardakı fauna və floranı, həmçinin yatağın
tektonikasını dəqiq öyrənmək mümkün olmur. Quyu dibində
dağıdılan süxuru təbii şəkildə təmiz və qarışıqsız əldə etmək
üçün xüsusi süxurdağıdıcı alət olan sütuncuqlu baltalardan və
balta başlıqlarından istifadə edirlər (şəkil 3.22 və 3.23). Bütün
sütuncuqlu baltalar quruluşundan asılı
olmayaraq dörd əsas
elementə malik olur: 1) xarici gövdə; 2) süxur nümunəsi (kern)
ətrafındakı süxurları dağıdan işçi başlıq; 3) süxur nümunəsini
başqa təsirlərdən və quyudan çıxarmağa imkan verən kern
83
qəbuledici boru; 4) süxur nümunəsini (kerni)
tutub saxlayan
(sütuncuqlu borunu çıxaran zaman süxur nümunəsinin quyu
içərisinə düşməsinə imkan verməyən tərtibat); 5) sütuncuqlu
borunu çıxarmaq üçün şlips.
Şəkil 3.22. Sütuncuqlu balta quruluşunun sxemi.
Sütuncuqlu baltalar süxur nümunəsi
ilə dolmuş borucuğu
çıxarılan və çıxarılmayan quruluşda olurlar. Bunlardan birincisi
daha əlverişli olduğu üçün geniş yayılmışdır.
84
a b c
ç
Şəkil 3.23. Süxur nümunəsi götürmək üçün baltalar
a – dişləri sintetik almaz materialdan hazırlanır,orta və yüksək
bəklikli bütöv süxurları effektli qazımaq üçün yeni alətdir;
b – bu başlıq təzyiqə qarşı yüksək dayanıqlılığı,stabilliyi,yüksək
dərəcədə quyu diametrini saxlamaq
və yüksək bərklikli
süxurları qazımaq üçün tədbiq edilir; c – monolit və zəif çatlara
malik,kiçik və orta abrazivlikli,çox bərk süxurlara tədbiq
olunur;ç-süxur nümunəsi götürmək üçün dişləri sintetik almaz
materialdan hazırlanır,orta və yüksək bəklikli süxurları
qazımaqda tətbiq edilir
85
3.6. Xüsusi məqsədlər üçün istifadə edilən baltalar
Dostları ilə paylaş: