formadadır, ətraf mühitə ifrazatla xaric edilirlər. İfrazatda 16-20°C- do onlar öz
invazion xüsusiyyətlərini - 4 gün ərzində, 2-4°C - 21 gün, suda 18-22°C-də 16-18
gün ərzində sağ qalırlar. Quruma öldürücü təsir göstərir (bir neçə dəqiqə
müddətində). Lyambliya sistaları amöblər kimi xlor preparatlarına qarşı çox
davamlıdırlar. Lyambliyaların vegetativ formalarının ətraf mühitə davamlılığı
aşağıır (2 saata qədər).
İnvaziya mənbəyi. İnsan - xəstə və ya paıazilgəzdirəndir. Siçan və
siçovullarda olan ləmbliyalar insan üçün patogen deyildir.
invaziya mənbəyinin yoluxdurtıculuq dövrü. Lyambliozla xəstə və ya
parazitgəzdirən uzun müddət ərzində (aylar) nəcislə ləmbliya sistalarını xaric edir.
Lyambliyanın vegetativ formalarının insan orqanizmində parazitlik etməsi məhdud
müddətdə (30-40 gün) davam edir.
Yoluxma mexanizmi və yoluxma yolları. Lyambliyalarla yoluxma əsasən
sistaların udulması ilə baş verir. Başlıca yoluxma amilləri çirkli əllər, çirklənmiş
məhsullar və şəxsi gigiyena qaydalarına əməl etmədikdə müxtəlif qulluq əşyaları ola
bilər. Bu amillər uşaq kollektivlərində daha böyük əhəmiyyət daşıyırlar. Su amili də
yoluxmada əhəmiyyətli rol oynayır.
Həssaslıq və immunitet. Lyamblioza qarşı həssaslıq müəyyən yaşlar üçün
xarakterikdir - uşaqlarda o, böyüklərə nisbətən yüksəkdir. Bəziləri bunu
anadangəlmə və ya qazanılmış immundefisitlə əlaqələndirirlər. Bununla yanaşı
spesifik immunitet do qeyd edilir. Belə ki, uşaq yaşlarında keçirilən xəstəlikdən
sonra təkrar yoluxma baş vermir. Lakin simptomsuz parazitgəzdirraə mümkündür.
Epidemik prosesin təzahürü. Lyamblioz əsasən sanitar-gigiyenik səviyyəsi
aşağı olan yerlərdə geniş yayılmışdır. Bəzi dövlətlərdə (ABŞ) əhalinin yoluxması
15-20%-ə çatır. Bir çox uşaq kollektivlərində (qey- ıi-qənaotbəxş sanitar şəraitdə
olan) uşaqların yoluxması əhəmiyyətli dərəcədə yüksək ola bilər. Böyüklər arasında
isə sistagəzdirmə halı uşaqlara nisbətən 3-4 dəfə azdır. Məktəbəqədər və məktəb
yaşlı uşaqların yoluxması tədricən zəifləyir və 16 yaşda tam itir.
İnkubasiya dövrü. 1-3 həftədir.
Klinik əlamətlər. Lyambliozun bağırsaq forması üçün daha çox səhərlər
müşahidə olunan ishal xarakterikdir. Nəcis ödlə qarışmış olur. İshal nəcisin
normallaşması dövrləri ilə növbələşir.
Bir çox hallarda öd yollan və onikibarmaq bağırsaqda lyambliyaların ikincili
məskunlaşması
baş verir ki,
bu da selikli
315
downloaded from KitabYurdu.org