Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə28/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   117

Kəskin gedişli xəstələnmə ilə yanaşı quşların bir qismi xəstəliyi latent formada 
keçirir  və  törədiciləri  uzun  müddət  xarici  mühitə  ifraz  edirlər.  Məlumdur  ki,  quşlar 
Qərbi  at  ensefalomielitinin  virusunu  10  aya  kimi,  San-Lui  ensefalitinin  virusunu  isə 
30 günə kimi daşıyır və xaric edirlər. 
Bəzən  latent  şəkildə  gedən  infeksiya  xarici  mühitin  müxtəlif  mənfi  təsirləri 
nəticəsində  quşun  orqanizminin  zəifləməsi  zamanı  sürətlə  kəskinləşə  bilər.  Bəzi 
xöstəliklərin  törədiciləri  isə  quşların  yumurtaları  vasitəsilə  nəsildən-nəsilə  keçərək 
onların  yaşadığı  yerlərdə  həmin  xəstəliklərin  davamlı  təbii  ocaqlarının  yaranmasına 
səbəb olurlar. 
Məlumdur ki, quşlar çox hərəkət edirlər. Bir qismi qışlamaq və ya artmaq üçün 
mütəmadi  şəkildə  cənubdan  şimala  və  əksinə  köçürlər.  Məsələn,  Qafqazda  və  Orta 
Asiyada  yuvalayan  qırmızı  sığırçın  Hindistanda  qışlayır,  Moskva  ətrafında  yaşayan 
Palıd tənək quşu Sibir yolu ilə Hind- Çinə köçür və s. 
Belə  köçərilik  virusların  və  başqa  patogen  mikroblann  bir  ölkədən  başqa 
ölkəyə,  bir  qitədən  digərinə  keçirilməsinə  səbəb  ola  bilər.  Yoluxucu  xəstəliklərin 
törədicilərinin yayılmasına bilavasitə quşlar və onların xarici parazitləri (birə, gənə və 
s)  səbəb  olur.  Məsələn,  Finlandiyada  nəsil  artırmağa  qayıdan  köçəri  quşların 
müayinəsi zamanı onların üstündə Asiyada və Avropanın cənub rayonlarında yayılmış 
gənələr tapılmışdır. 
Bir  çox  təbii-ocaqlı  xəstəliklərin  epizootoloji  və  epidemioloji  xüsusiyyətləri 
müxtəlif  növ  ektoparazitlərin  sahibi  olan  quşlarla  bağlıdır.  Bununla  yanaşı,  patogen 
mikroblarla yoluxmuş məməlilər (gəmiricilər və s.) də burada müəyyən rol oynayırlar. 
Məlum  olduğu  kimi,  birələr  və  gənələr  bu  canlı  növlərin  arasında  bir  növ  əlaqə 
yaradır və xəstəlik törədicilərinin dövr etməsini təmin edirlər. 
Quşların üstündə nəinki onların sahibi olduğu ekzoparazitlər, bəzən təsadüfən 
böyük epidemioloji əhəmiyyəti olan birə və gənələr az müddətə (bir neçə saat) qala 
bilirlər.  Belə  hal  adətən  elə  quşlarda  rast  gəlir  ki,  onlar  yaşadığı  müddətdə 
gəmiricilərlə qidalanır və ya onların yuvalarından müvəqqəti də olsa istifadə edirlər. 
Belə quşlar uçaraq bəzən yoluxmuş xarici parazitləri də özlərilə bir yerdən başqa yerə 
daşıyır. 
Sinantrop  quşlar  yaşayış  məntəqələrində  müxtəlif  xəstəliklərin  törədiciləri  ilə 
yoluxmuş  ektoparazitlərin  ocağının  yaranmasına  səbəb  ola  bilirlər.  İnsanların 
quşlardan  yoluxması  müxtəlif  növ  quşların  istehsalı  (toyuq,  ördək,  hind  toyuğu)  və 
dekorativ məqsədlə çoxaldılması (tutuquşu, göyərçin, bülbül və s.), quş fabriklərində 
öldürülməsi və emalı və su quşlarının ovu zamam baş verə bilər. 
86 
downloaded from KitabYurdu.org


Vəhşi  quşlar  təsərrüfat  şəraitində  ev  quşlarına  yoluxucu  xəstəliklərin 
törədicilərinin  yoluxdura  və  beləliklə,  xəstəliklərin  antropurgik  ocaqlarının 
yaranmasına  səbəb  ola  bilərlər.  Antropurgik  ocaqlarda  insanlar  çox  vaxt  quşlarla 
yayılan yoluxucu xəstəliklərlə yoluxurlar. 
Müxtəlif  yoluxucu  xəstəliklərdə  quşların  epidemioloji  və  epizooto-  loji 
əhəmiyyəti  eyni  deyildir.  Bu,  quşların  ayrı-ayrı  xəstəlik  törədicilərinə 
həssaslığından,  yoluxma  mexanizmindən  və  digər  səbəblərdən  asılıdır.  Məsələn, 
bəzən omitozda, ağcaqanad ensefaliti qrupuna aid olan xəstəliklərdə, aspargilyozda 
və digər hallarda quşlar təbii rezervuar rolunu oynayırlar. Başqa qrup xəstəliklərdə 
(toksoplazmoz,  listerioz,  gənə  ensefaliti  və  s.)  quşlar  epidemik  ocaqların 
saxlanmasında  gəmiricilərlə  birlikdə  əlavə  sahib  və  infeksiya  mənbəyi  rolunu 
oynayırlar.  Antroponoz  yoluxucu  xəstəliklərdə  (vərəm,  qarın  yatalağı,  paratif) 
quşların  əhəmiyyəti  çox  azdır.  Onlar  çox  nadir  halda  törədicilərin  dövranına 
qoşulurlar. 
Yoluxucu xəstəliklərin canlı keçiriciləri 
İnsanın  bir  çox  infeksion  və  invazion  xəstəlikləri  qaHcopaH  gənələr  və 
həşəratlar vasitəsilə yoluxur. Belə xəstəlikləri Y.N.Pavlovski tıansmissiv xəstəliklər 
adlandırmışdır. Transmissiv xəstəliklər 2 qrupa bölünür:  obliqat 
və 
fakültativ 
transmissiv xəstəliklər. Obliqat 
transmissiv xəstəliklər ancaq canlı keçiricilər vasitəsilə ötürülür. Bunlara malyariya, 
səpkili  yatalaq  kimi  xəstəlikləri  misal  göstərmək  olar.  Fakültativ  transmissiv 
xəstəliklər  həm  canlı  keçiricilər  vasitəsilə,  həm  də  digər  yollarla  ötürülür.  Bunlara 
taun,  tulyaremiya,  Kü  qızdnması  xəstəliklərini  misal  göstərmək  olar.  Həşəratlar 
vasitəsilə  yayılan  virus  xəstəliklərinə  “arbovinıslar”  deyilir  (ingilis  sözü 
arthropood-borne  virus  es  -  həşəratlarla  yayılan  viruslar).  Buğumayaqlılarla 
ötürülən viruslar arboviruslar adlanır. 
Buğumayaqlılar  vasitəsilə  baş  verən  yoluxma  iki  cür  olur:  qeyri-  spesifik 
(mexaniki) və spesifik (bioloji). Ən sadə yoluxma  mexaniki yoluxmadır. Bu halda 
törədici buğumayaqlıların bədən boşluğuna daxil olmur və orada çoxalmır. Törədici 
keçiricinin  xortumunda,  ətraflarında  saxlanılır  və  bir  yerdən  başqa  yerə  daşınır. 
Mexaniki  yoluxma  ən  çox  fakültativ  transmissiv  xəstəliklərdə  baş  verir.  Spesifik 
yoluxmada  isə  törədici  ilə  keçirici  sıx  bioloji  əlaqədə  olur.  Bu  zaman  törədici 
keçiricinin bədən boşluğuna daxil olaraq orada müəyyən inkişaf mərhələsini keçirir. 
Belə  yoluxmaya  ən  çox  obliqat  transmissiv  xəstəliklərdə  təsadüf  edilmişdir 
(malyariya, yapon ensfaliti, epidemix səpkili yatalaq, qayıdan yatalaq və s.). 
87 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə