Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə31/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   117

yoluxucu xəstələr üçün izolyator, infcksion şöbənin və ya xəstəxananın boksu və ya 
palatası) yerləşdirilməsi ilə əldə edilir. Xüsusi təhlükəli infeksiyalarda xəstəni xüsusi 
hospitallarda  yerləşdirirlər.  İzolyasiya  xəstənin  və  ya  törədicigəzdirənin  tam 
sağalmasına qədər davam edir. Onun müddəti xüsusi təlimatlarda göstərilir. 
Bəzi  infeksiyalarda  xəstə  və  ya  törədicigəzdirən  evdə  (əgər  şərait  imkan 
verirsə,  həkim-  epidemioloq  icazə  verirsə)  izolyasiya  olunur.  Yuxan  tənəffüs 
yollarının  xəstəliklərindən  yalnız  vərəm  və  cüzamda  uzunmüddətli  izolyasiya  tətbiq 
olunur. 
Məcburi hospitalizasiya - aşağıdakı yoluxucu xəstəliklərdə aparılır: 
1.
 
Antroponozlar:  qarın  yatalağı,  A  və  B  paratifləri,  səpgili  yatalaq,  diftcıiya, 
vərəm  (bakterial  forması),  poliomielit,  təbii  çiçək,  vəba,  viruslu  hepatitlər, 
cüzam, sifilis. 
2.
 
Zooantroponozlar: taun, qarayara və s. 
Xəstənin  məcburi  hospitalizasiyadan  boyun  qaçırması  qanunla  cəzalandırılır. 
Xəstələrin  hospitalizasiyası  müalicə-profilaktik  idarələrin  köməyi  ilə  xüsusi 
nəqliyyatla apanlır, sonradan o, mütləq dezinfeksiyaya məruz qalmalıdır. 
Xəstələrin  və  törədicigəzdirənlərin  hospitalizasiyasının  epidemio-  loji 
əhəmiyyəti xüsusilə, effektiv etiotrop terapiyanın apanlması və ya infeksiya mənbəyi 
tərəfindən  xaric  edilən  törədicinin  dövranın  qarşısını  alan  digər  tədbirlərin  həyata 
keçirilməsi zamanı daha çox artır. 
Xüsusi  təhlükəli  infeksiyalarda  (XTİ)  həm  xəstələr,  həm  də  onunla  təmasda 
olanlar  izolyasiya  edilirlər.  XTI  hallan  (taun,  təbii  yiçək,  vəba,  səpgili  yatalaq, 
tulyaremiya) baş verən yaşayış məntəqələrində rejim-məhdudlaşdırıcı tədbirlər həyata 
keçirilir.  Burada  məqsəd  -  xəstələrlə  təmasda  olanların  siyahısından  potensial  infek- 
uya  mənbələrinin  yerdəyişməsini  azaltmaq  və  bununla  infeksiyanm  ocaqdan  kənara 
çıxmasının qarşısını almaqdır. 
Məhdudlaşdırıcı  tədbirlər  sırasına  aşağıdakılar  aiddir:  tibbi  müşahidə, 
observasiya, karantin. 
Tibbi  müşahidə  -  infeksion  xəstələrin  fəal  aşkar  edilməsinə  yönəldilərək 
termometriya,  müayinə,  laborator  tədqiqatlar,  izolyasiya  və  hospitalizasiya  tədbirləri 
aparmaqla  yekunlaşır.  Xəstələr  infeksiya  mənbəyi  olmadıqda  (əksər  zoonozlarda) 
tibbi  müşahidə  ilə  kifayətlənirlər.  Xüsusi  təhlükəli  infeksiyalarda  isə  observasiya 
qoyulur. 
Observasiya  -  xüsusi  təhlükəli  infeksion  xəstəliklərin  yayılması  :əhlükəsinin 
qarşısını almağa yönəldilmiş izolyasiya-məhdudlaşdırıcı 
94 
downloaded from KitabYurdu.org


və  müalicə-profilaklik  tədbirlərin  yerinə  yetirilməsini  nəzərdə  tutan  tədbirlər 
sistemidir. Observasiya dedikdə tibbi müşahidə başa düşülür. Praktikada observasiya 
rejimi güclü tibbi müşahidə ilə yanaşı, əlavə məhdııdlaşdırıcı tədbirləri də (hərəkətin 
hissovi  məhdudlaşdırılmasmı)  nəzərdə  tutur.  Təmasda  olanlar  adi  həyat  tərzi 
keçirirlər,  lakin  onlar  müəyyən  vaxtlarda  tibbi  müayinə  üçün  müraciət  etməli  və 
həkimin təyin etdiyi mühüm təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. 
Karantin  -  hərfi  mənada  40  gün  deməkdir  (quarantena  -  italyanca  “40” 
deməkdir).  Bu  termin  orla  əsrlərdə  dəniz  gəmilərində  taunla  yoluxma  təhlükəsi 
ehtimalı olduqda, reyd zamanı onların 40 gün ərzində saxlandıqları üçün işlədilmişdir. 
Karantin  -  ocağın  tam  izolyasiyası  və  xəstəliyin  tam  ləğv  edilməsinə 
yönəldilmiş  əksepidemik  tədbirlər  sistemində  nəzərdə  tutulan  rejim-məhdudlaşdırıcı 
tədbirlərdir.  Karantin  ancaq  infeksiyanın  geniş  yayılması  təhlükəsi  olduqda  həyata 
keçirilir. Karantində observasiya tədbirlərinə əlavə olaraq ocağın sərhədlərinin silahlı 
qüvvə  ilə  qorunması  (zəncirvari)  tətbiq  olunur,  əvvəlcədən  müşahidə  və  müayinə 
olunmadan ocaqdan çıxış qadağan edilir. 
Observasiya  və  karantin  şəraitinə  düşməyən  bir  çox  xəstəliklərdə  infeksiya 
mənbəyinin  izolyasiyasından  və  ocağın  dezin-  feksiyaedici  preparatlarla 
işlənməsindən sonra ocaqda tibbi müşahidə qoyulur. Digər hallarda yoluxucu xəstəlik 
keçirmiş rekonvalessentləri dispanser müşahidəyə (dispanserizasiya) alırlar. 
Dispanserizasiya  -  bu  kateqoriyalı  (qarın  yatalağı,  viruslu  hepa-  titlər, 
dizenteriya,  brüselyoz,  vərəm  keçirmiş)  şəxslərin  müşahidəyə  alınması,  onların 
sağlamlıq  vəziyyəti  üzərində  dinamik  müşahidə  aparmaq,  residivlərin  və 
ağniaşmaların  erkən  aşkar  edilməsi,  törədicigəzdirənlərin  ambulatoriya  və  ya 
stasionarlarda  sanasiyası  məqsədini  güdür.  Dispanserizasiya  müalicə-profilaktika 
şəbəkəsi işçiləri tərəfindən GEM-in nəzarəti altında aparılır. 
Zooantroponozlarda infeksiya mənbəyinə qarşı seçici tədbirlər həyata keçirilir. 
Belə ki, zooantroponozlarda ev heyvanları məhv edilir, onların cəmdəyi isə sonradan 
utilizasiyaya  məruz  qalır.  Məsələn,  brüselyoz,  vərəm  və  s.  xəstəliklərdə  xəstə 
heyvanları  sanitar-  qəssabxanalarda  öldürür  və  heyvan  xammalı  yenidən  işlənilir; 
qarayarada  xəstələrin  meyidi  və  ölən  heyvanların  cəsədi  utilizasiya  edilmədən 
yandırılır. Çoxqiymətli heyvanlardan (mal-qara, bahah xəz məmulatı olan gəmiricilər 
və  s.)  söhbət  getdikdə  isə  xəstə  heyvanların  saxlanılması  və  sanasiyası  üçün  xüsusi 
təsərrüfatlar yaradılır. 
95 
downloaded from KitabYurdu.org


Bəzi  hallarda  infeksiya  mənbəyi  ilə  təmasda  olanların,  həmçinin  ümumi 
yoluxma  mexanizminin  (su,  qida  məhsulu,  keçiricinin  fəaliyyət  zonası)  təsir 
radiusunda olanların aşkar edilməsi və hospitalizasiyası ilə yanaşı təcili profilaktika 
və  ya  profilaktik  müalicə  tətbiq  edilir.  Məsələn:  vəbada  -  antibiotikoprofilaktika, 
qızılcada  -  qlobulinprofilaktika,  qarın  yatalağı,  dizenteriyada  və  s.  zamanı 
faqoprofilaktika və digər tədbirlər aparılır ki, burada məqsəd inkubasiya dövründəcə 
infeksion xəstəliyin qarşısını almaqdır. 
Onu da qeyd etmək lazımdır ki, heç də həmişə hərtərəfli tibbi müşahidə ilə 
törədicigəzdirənin 
aşkar 
edilməsinə 
nail 
olunmur. 
Bununla 
əlaqədar 
törədicigəzdirənliklə  müşayiət  olunan  infckson  xəstəliklərdə  (məs:  dizenteriya, 
amöbiaz,  meninqokokk  infeksiyası,  poliomielit,  difteriya  və  s.)  baktcrioloji 
tədqiqatların  (parazitoloji)  aparılması  zərurəti  yaranır.  Ocaqda  olan  və  yoluxma 
təhlükəsinə  məruz  qalan  şəxslər  bu  müayinələrə  ilk  növbədə  cəlb  olunurlar. 
Bağırsaq infcksiyalarında adətən bu törədicigəzdirənlər yeganə su təchizatı sistemi 
(qurğu),  ayaqyolu  ilə  bağlı  olan,  yoluxmuş  eyni  məhsuldan  istifadə  edən  və  s. 
şəxslərdir. 
İnfeksiya  mənbəyinin  aşkar  edilməsində  əhalinin  özünün  şüurlu,  fəal 
iştirakının  əhəmiyyəti  xüsusən  artır.  Bu,  əhali  arasında  sanitar-maarifi  işini 
gücləndirməklə,  müxtəlif  disputlar,  söhbətlər  və  müsahibələr  keçirməklə,  digər 
təşviqat vasitələrindən - broşura, plakat, vərəqələr və s. istifadə etməklə əldə olunur. 
Yoluxma mexanizminə (yollarına) qarşı görülən tədbirlər 
Yoluxucu  xəstəliyin  yoluxma  mexanizminin  qarşısının  alınması  epidemik 
prosesin inkişafına mane olur. Bu, mürəkkəb tədbirlər kompleksini nəzərdə tutur və 
adətən ona nail olmaq o qədər də asan deyildir. 
Məlum  olduğu  kimi,  yoluxucu  xəstəliklərin  yoluxma  mexanizmi  üç 
mərhələdən  ibarətdir:  törədicinin  yoluxmuş  orqanizmdən  (xəstə  və  ya  tö- 
rədicigəzdirən)  xaric  edilməsi,  onun  ətraf  mühitdə  qalması  (yaşama  müddəti 
ərzində) və nəhayət, sağlam şəxsin orqanizminə daxil olması (hər bir törədiciyə xas 
olan infeksiya qapısı ilə). Bu zaman törədicinin mütləq inkişaf edə biləcəyi orqana 
düşməsi vacibdir. Törədicinin ötürülməsində ətraf mühitin müxtəlif amilləri iştirak 
edə  bilər.  Burada  məsələ  ondan  ibarətdir  ki,  epidemik  prosesin  istənilən 
mərhələsində  törədicinin  yayılmasının  qarşısı  alınsın,  nəticədə  epidemik  prosesin 
inkişafı dayandırılır. 
96 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə