Cari dezinfeksiya bilavasitə xəstənin və ya törədicigəzdirənin ətrafında
həyata keçirilir və yoluxucu xəstəliklərin törədicilərinin ətraf mühitdə yayılmasının
qarşısının alınması məqsədilə aparılır. Cari dezinfeksiya infeksiya ocaqlarında,
evlərdə, xəstənin hospital- laşdırılmasına qədər mənzillərdə, xəstə evdə müalicə
edildikdə aparılır. O, yoluxucu, vərəməleyhinə, doğuşayardımçı müəssisələrdə və
poliklinikalarda xəstoxanadaxili infeksiyaların yaranmasının qarşısının alınması
məqsədilə həyata keçirilir. Bu tədbirləri müalicə müəssisələrində xüsusi öyrədilmiş
tibb heyəti və ev şəraitində xəstəyə qulluq edən şəxslər yerinə yetirirlər.
Yekun dezinfeksiya - xəstənin təmasda olduğu obyektlər vasitəsilə yoluxucu
xəstəliklərin törədicilərinin yayılmasının qarşısını almaq məqsədilə aparılır və bir
dəfə - xəstənin təcrid edilməsindən sonra yerinə yetirilir. Yekun dezinfeksiya
epidemik ocağın törədicidən tam azad edilməsi məqsədini güdür, ona görə də,
infeksiya ocaqlarında yoluxucu xəstənin sağalmasından, izolyasi- yasından,
hospitallaşdırılmasından və ya ölümündən sonra, stasionarda - palatada xəstələrin
eynianlı evə yazılması və ya xəstə boksdan çıxarıldıqdan sonra, cari təmirdən
əvvəl, palatanın profili dəyişdirildikdə aparılır. Kimyəvi vasitələr arasında yekun
dezinfeksiyanın aparılması üçün xlortərkibli, fenol, dördlü ammonium, pcroksid
birləşmələri, çox vaxt sulu məhlullar və suspenziyalar şəklində işlədilir.
Dezinfeksiyanın aparılması üçün dezinfeksiya vasitələri - kimyəvi və bioloji
preparatlar, fiziki qurğular və aparatlar işlədilir ki, bunlar insan və heyvanların
müxtəlif xəstəliklərinin törədicilərinin məhv edilməsi (dezinfeksiya və
sterilizasiyaedici vasitələr), xəstəliklərin törədicilərinin keçiriciləri və təbii
rezeıvuarları - buğuma- yaqlılar (insekto-, akarisid və rcpellent vasitələr) və
gəmiricilər (rodentisidlər) ilə mübarizə üçün nəzərdə tutulmuşdur.
Dezinfeksiyada 3 əsas metod işlədilir: fiziki, kimyəvi və bioloji.
Fiziki vasitələrin və üsulların istifadəsinin məqsədi fiziki amillərin onlara
təsir etməsi yolu ilə potensial təhlükəli mikroorqa- nizmlərin ətraf mühit
obyektlərində məhv edilməsi və kənarlaş- dırılmasıdır. Bunlara aiddir: mexaniki
(yuma, çırpma, süpürmə, nəm yığışdırma, tozsoranla təmizləmə), havaya vermə,
ventilyasiya, ultrabənövşəyi şüalar, ultrasəs, rütubətli isti (qaynatma və 100°C-də
su buxarı), yandırma, pasterizasiya
100
downloaded from KitabYurdu.org
(mayenin 30 dəqiqə ərzində 70-80°C temperaturda qızdırılması), günəş işığı, radioaktiv
şüalanma.
Dezinfeksiyanın mexaniki üsulu daha sadə və əlçatandır, lakin onlar yalnız
mikroblann miqdarını azaltmağa imkan verir.
Qaynatma qaynar suda korlanmayan əşyaların zərərsiz- ləşdiıilmosinin sadə,
əlçatan və etibarlı üsuludur. Qaynatma qabların, tüpürcək qablarının, ləyənlərin,
ağların, dəsmalların, xələtlərin, qida qalıqlarının zərərsizləşdirilməsi üçün tətbiq
olunur. Bakteriyaların əksəriyyəti qaynar suda ya ani, ya da 2-5 dəqiqə ərzində
məhv olur. Lakin bəzi viruslar, məsələn, B və C viruslu hepatiti, qarayaranın
sporları yalnız 60 dəqiqədən sonra, tctanus sporları - 3 saatdan sonra, botulizm
törədicisinin sporları isə 6 saatdan sonra məhv olurlar. Qaynayan suyun
dezinfeksiya təsiri çay sodasının 2%-li məhlulu və sabun əlavə edildikdə daha da
güclənir.
Yüksək temperatura qədər qızdırılma bütün mikroor- qanizmlərin, o
cümlədən spor formalarının ölümünə səbəb olur və metal əşyaların sürətli
dezinfeksiyasında qaz alovu, spirtdə isladılmış yanar tamponun üzərində
közortmoklə işlədilir. Ləyənlər, tibbi təyinatlı metal əşyalar (qayçılar, tutqaclar və
s.) belə zərərsizləşdirilir.
Azqiymətli çirklənmiş əşyaları, məsələn, makulatura, zibil, cıı- cındır, bint
və s. yandırmaqla zərərsizləşdirilir.
Ultrabənövşəyi şüalar yüksək bakterisid xüsusiyyətə malikdir, ona görə
ulrtabənövşəyi lampalar xəstəxana tikililərinin, ilk növbədə cərrahiyyə, sarğı,
əməliyyat kabinetlərinin dezinfeksiyası üçün geniş işlədilir.
Günəş şüalan da həmçinin yaxşı dezinfeksiya təsirinə malikdir, bu effekt
əsas etibarilə onun ultrabənövşəyi spektri hesabınadıı*. Ona görə günəşli havada
ağları sərmək daha məqsədəuyğundur.
Dezinfeksiyanın kimyəvi vasitələri sulu məhlullar, emulsiyalar,
suspenziyalar, aerozol, tozlar, polimer örtüklər, bakterisid xassəli parçalar şəklində
işlədilir. Müalicə-profilaktika müəssisələrində böyük miqdarda kimyəvi
dezinfektantlar tətbiq edilir, onların hər birinin özünün antimikrob təsir spektri və
əlavə effekti vardır.
Bakteriyalar, vərəm mikobakteriyalan, spor, kif göbələkləri, maya
göbələkləri,
viruslara
qarşı
dezinfeksiya
effekti
mikrobioloji
aktiv
komponentlərdən asılıdır. Sonuncular qismində haloidtərkibli, oksigentərkibli,
səthi-aktiv maddələr, quanidinlər, aldehidlər, spirtlər və s. işlədilir.
101
downloaded from KitabYurdu.org
Haloidtərkibli birləşmələrə xlorlu birləşmələr aiddir: hipoxlo- ridlər,
xloraminlər, izosianur turşusunun duzlan, elektrokimyəvi aktivləşdir ilmiş
məhllullaı*.
Xlortərkibli dezinfeklantlar geniş spektrli mikrobəleyhinə aktivliyi, tez təsir
etməsi ilə fərqlənirlər, onlar nisbətən ucuzdurlar. Lakin korroziya təsiri ilə bağlı
olaraq, onlar metaldan hazırlanmış məmulatların dezinfeksiyasında işlədilə bilmir,
həmçinin bu preparatların qıcıqlandırıcı təsiri, özünəməxsus iyi vardır. Tərkibində
aktiv komponent kimi hidrogen peroksid olan və oksigcntərkibli birləşmələrə aid
edilən preparatlar yüksək dezinfeksiya effektinə malikdir. Onlar müxtəlif səthlərin,
mebelin, əşyaların, ağların, qabların, xəstələrə qulluq əşyalarının, rezindən,
plastmassdan, şüşədən hazırlanmış tibbi təyinatlı alətlərin dezinfeksiyasında,
habelə sterilizasiya məqsədilə istifadə olunur.
Səthi-aktiv dezinfektanllar qrupuna təkribində aktiv maddə kimi dördlü
aramonium birləşmələri olan aktiv komponentlər daxildir.
Dördlü ammonium birləşmələri antimikrob spektrinin genişliyinə görə
xlortərkibli və fenol birləşmələrindən geri qalır, lakin onlar suda yaxşı həll olur, iyi
və korroziyaedici xüsusiyyəti yoxdur, insan üçün az toksikidir. Bu xassələri
sayəsində onlar effektiv dezinfeksiya vasitələri sayılırlar. Preparatlar bakterisid
(vərəm mikobakteriyaları istisna edilməklə), funqisid və KRVİ münasibətdə
virulisid təsirə malikdir. Onlar əsas etibarilə mebel, döşəmə, divarların gündəlik
zərərsizləşdirilməsində tətbiq edilir, yuyucu xassələrinin olması isə yuma,
təmizləmə və dezinfeksiya prosesini bir anda yerinə yetirməyə imkan verir.
Quanidinlər qrupu dar spektrli antimikrob, yəni yalnız bakterisid təsirə
malikdir. Onlar mikobakteriyalar, viruslar, göbələklər, sporlara qaışı aktiv
deyildirlər. Spirtlərlə birgə işlədildikdə aktivliyi xeyli yüksəlir.
Aldehidlər, xüsusilə qlütar aldehidi alətlərin zərərəsizləşdiril- məsində
dezinfeksiya vasitəsi kimi geniş işlədilir, lakin əvvəlcədən alətlərin təmizlənməsi
lazımdır, belə ki, preparatlar zülal çirklənməsini fıksə edirlər.
Spirtlər, xüsusilə də etil və izopropil spirti sərbəst və ya müxtəlif kimyəvi
birləşmələr şəklində dəri antiseptikləri və dezinfeksiya vasitəsi kimi işlədilir. Onlar
stomatologiyada alətlərin zərərsizləşdirilməsi,
102
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |