Bu tədbirlərə bədənin müntəzəm yuyulması və gigiyenası, mənzilin təmizliyinə
riayət edilməsi, qida məhsullarının və tullantıların düzgün saxlanması,
pəncərələrin və qapıların torla tutulması, ərazinin zibildən təmizlənməsi daxildir.
Qırıcilıq tədbirlərinə keçiricilərin bütün inkişaf mərhələlərində məhv edilməsi
daxildir. Bu məqsədlə mexaniki, fiziki, bioloji və kimyəvi üsullardan istifadə
edilir.
Mexaniki üsula qoruyucu kostyumlar, milçəktutanlar, yapışqan kağız,
keçiricilərin tutulması aiddir.
Fiziki vasitələrə quru isti hava, su buxarı, ağların
qaynadılması daxildir.
Bioloji metod əsas etibarilə kənd təsərrüfatı
zərərvericilərinin məhv edilməsi üçün işlədilir. Bioloji agentlərə buğumayaqlıların
xəstəliklərinin spesifik törədiciləri bakteriyalar, viruslar, göbələklər, ibtidailər,
hclminllər, yırtıcılar - cntomofaqlar, həmçinin yuvenil hormonlar, genetik
metodlar və s. aiddir.
Dezinseksiyanın
kimyəvi metodu müxtəlif kimyəvi vasitələrin -
insektisidlərin işlədilməsinə əsaslanmışdır. Həşəratların orqanizminə daxil olma
yolundan asılı olaraq, bağırsaq, tənəffüs yolu (fumi- qantlar) və təmas (bədən
örtükləri vasitəsilə) inscktisidlori ayııd edilir. Bağırsaq zəhərləri tarakanların,
milçəklərin, qarışqaların öldürülməsi üçün istifadə edilir. Çox vaxt bağırsaq
zəhərləri
qismində natrium fiüor,
bor turşusu, bura, butadion işlədilir.
Fumiqantlar içərisində (qazşəkilli maddələr və ya asanlıqla buxarlanan
mayelər) etilen oksidi,
xlorlu metil, dixloretan tətbiq olunur.
Preparatlar insan üçün
toksikidir, ona görə də, onlarla işlədikdə təhlükəsizlik tədbirlərinə əməl etməli və
zərərsizləşdirilən obyektlərdə hermetik şərait yaradılmalıdır. Dezinseksiyanın qaz
üsulu əsas etibarilə anbarlarda, dəmiryolu və su nəqliyyatında vaqon və gəmilərin
zərərəsizləşdirilməsi məqsədilə işlədilir.
Təmas zəhərləri fosfoı-üzvi birləşmələr, xlorlu kaı bohidratlarla təmsil
edilir. Fosfor-üzvi birləşmələr arasında dixlofos, karbofos, bayteks, metilasetofos
və dibrom geniş tətbiq olunur. Bu preparatlar təmas, bağırsaq zəhərləri və
fumiqant sayılırlar.
Xlorlu karbohidratlar geniş insektisid təsirə malikdirlər, istiqanlı
heyvanların, insanların toxumalarında, bitki mənşəli məhsullarda toplanır və
saxlanırlar. Bununla əlaqədar olaraq, onlar nadir hallarda epidemik göstərişə
əsasən tətbiq edilirlər. Əvvəllər DDT (dixlordifeniltrixloretan), heksaxlorheksaıı,
heksaxloran, lindan dust, pasta, emulsiya, sabun şəklində kənd təsərrüfatı
zərərvericiləri,
106
downloaded from KitabYurdu.org