Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə43/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   117

Səpki  dövrü  xəstəliyin  4-5-ci  günündən  başlanır  və  ləkəli-  papulyoz  səpki  ilə 
səciyyələnir.  İlk  səpki  elementləri  qulaqarxası,  burun  darağında  xırda  ıozeolyoz 
ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir, 
qeyri-düzgün  forma  alırlar.  Bir  sluka  ərzində  səpki  tezliklə  üzdə,  boyunda  yayılır, 
ayrı-ayrı  elementlər  şəklində  döşdə  və  kürəyin  yuxarı  hissəində  əmələ  gəlir.  2-ci 
sutkada səpki tamamilə onu örtür . 
Alipik  qızılcada  xəstəliyiyn  əsas  simptomları  silinmişdir,  bəziləri  isə 
ümumiyyətlə  üzə  çıxmır.  Həmçinin  qızılcanın  ayrı-ayn  dövrlərinin  müddəti  dəyişə 
bilər  (səpki  dövrünün  qısalması,  kataral  dövrün  olmaması,  səpkinin  ardıcıllığının 
pozulması) 
Mitiqıə  olunmuş  (zəif)  qızılca  forması  inkubasiya  dövründə  qamma-qlobulin 
alan uşaqlarda müşahidə edilir.O, adətən normal və ya cüzi artmış temperatur zamanı 
çox yüngül keçir, bəzən bu halda Belski-Filatov-Koplik ləkələri olmur. Səpki solğun, 
xırda,  cüzidir  (bəzən  cəmi  bir  neçə  element),  səpkinin  ardıcıllığı  pozulur.  Kataral 
əlamətlər  çox  zəif  ifadə  olur  və  ya  tamamilə  itir.  Mitiqrə  olunmuş  qızılca  zamanı 
ağırlaşmalar müşahidə edilmir 
Səpki  bol,  birləşmiş  və  ya  əksinə  çox  az  (ayrı-ayn  elementlər  şəklində)  ola 
bilər.  Səpki  dövründə  xəstənin  sifəti  tipk  şəkil  alır:  üz  şişkin,  göz  qapaqları 
qalınlaşmış,  burun  və  yuxan  dodaq  şişkin,  gözlər  qızarmış,  irin  axır,  burundan  bol 
ifrazat gəlir, ağız boşluğunun selikli qişası maserasiya olunmuşdur. 
Temperatur səpkinin 1-ci günü daha yüüksəkdir, nəinki kataral dövrdə. Bəzən 
səpkidən 1-2 gün əvvəl temperatur bir qədər enir və səpkinin yaranmasının 1-ci günü 
onun  yenidən  yüksəlməsi  temperatur  əyrisinə  ikidalğalı  xarakter  verir.  Temperatur 
bütün səpki dövründə yüksəkdir. Ağırlaşmamış gedişdə o, səpkinin yaranmasından 3-4 
gün sonra noımallaşır. Səpki dövründə ümumi vəziyyət ağırdır, narahatlıq, sayıqlama, 
yuxuculluq  müşahidə  olunur.  Çox  vaxt  burun  qanaxmaları  baş  verir.  Adətən 
leykopeniya nəzərə çarpır. 
Qızılcanın  çox  yüngül  forması  6  aylıq  uşaqlarda  qeyd  edilir  (bəzən  anadan 
keçmiş passiv imraunitcin fonunda xəstəliyn inkişaf etməsi sayəsində) 
Alipik  formalara  həmçinin  aqqıaviasiya  simptomlaıına  malik  (hipertoksik, 
hemorragik, bədxassəli) qızılcanı aid edirlər. O, çox nadir hallarda rast gəlir. 
130 
downloaded from KitabYurdu.org


Diri  qızılca  vaksini  ilə  peyvənd  olunmuş  şəxslərdə  (hansı  ki,  qanlarında 
əkscisimlər  yoxdur)  xəstəlik  tipik  gedir  və  ona  məxsus  bütün  klinik  əlamətlərini 
qoruyub saxlayır. 
Əgər  qızılca  qan  zərdabında  az  miqdarda  əkscisimlərin  olması  fonunda 
inkişaf edirsə, onda xəstəlik silinmiş şəikldə keçə bilər. 
Qızılca  zamanı  ağırlaşmalar  xəstəlyiin  istənilən  dövründə  baş  verə  bilər. 
Onlar  əsas  etibarilə  ikincili  infeksiyanın  qoşulması  ilə  bağlıdır.  Ağırlaşmalar 
qızılcanın  letallığınm  yeganə  səbəbidir,  ağırlaşmamış  qızılcadan  uşaqlar  ölmürlər. 
Tənəffüs  orqanları  tərəfindən  ağırlaşmalar  (laringitlor,  larinqo-tıaxeo-bronxitlər, 
pnevmoniyalar) daha tez-tez rast gəlir. 2 yaşa qədər uşaqlarda pnevmoniyalar tez-tez 
baş  verir  və  daha  ağır  keçir.  Qızılca  pnevmoniyasından  baş  verən  letal  nəticələrin, 
demək olar ki, hamısı 2 yaşa qədər uşaqların payına düşür. Qızılca zamanı otitlər çox 
rast gəlir. Son illər adətən yalnız kataral otitlər müşahidə olunur, irinli otitlər nadir 
hallarda  rast  gəlir.  Stomatitlər  qızılca  zamanı  çox  vaxt  kataral  və  aftoz  olurlar. 
Nekıotik  və  xoralı  stomatitlər  yalnız  qidalnması  pozulmuş  və  avitminozlu  zəif 
uşaqlarda  inkişaf  edir.  Qanqrcnoz  stomatitlər  son  illər  rast  gəlmir.  Qızılca  zamanı 
əmələ  gələn  kolitlər  və  cnterokolitlər  adətən  ikincili  mikroflora  ilə  törədilir 
(şigellalar, E.coli, stafılokoklar və s.). 
Laborator diaqnostikası: sitopatogenetik təsiri 72-96 saat ərzində meydana 
çıxır, buna görə də törədicini artıq bu müddət ərzində aşkar etmək olar. 
Qızılca  diaqnozunun  qoyulmasında  qızılca  antigeni  ilə  hemaqqlütiııasiyanın 
ləngimə  (HALR)  reaksiyası  vasitəisl  aparılan  seroloji  müaiynələr  böyük  köməklik 
göstərir. Qızılca antigenlərinin xəstədən 5-7 gün intervalla götürülmüş cüt zərdabda 
titrlərinin  4  dəfə  və  daha  çox  artması  spesifik  diaqnostik  test  sayılır  və  qızılca 
diaqnozunu tam təsdiq edir. 
Qızıca  ilə  xəstələri  adətən  evdə  müalicə  edirlər.  Xəstəliyin  ağır  gedişində, 
ağırlaşmalar olduqda, həmçinin evdəki şərait uşağa lazımi qulluğu yerinə yetirməyə 
imkan vermədikdə belə uşaqlar hospital- laşdırılmalıdırlar. 
Əkscpidemik  tədbirlər:  xəstələr  səpkilər  əmələ  gəldikdən  sonra  4  gün 
ərzində  təcrid  edilirlər.  Ağırlaşmalar  olarsa,  təcrid  edilmə  10  günə  qədər  uzanır. 
Xəstə  ilə  təmasda  olan  şəxslərə,  xəstəliyə  yoluxmamış  uşaqlara  qamma-qlobulin 
vurulur.  3  aydan  7  yaşa  qədər  uşaqlar  21  gün  və  ya  17  gün  ərzində  bir-birindən 
ayrılırlar. Ocaqda dezinfeksiya tədbirləri aparılmır. 
131 
downloaded from KitabYurdu.org


Qapalı uşaq müəssəslərindən olan uşaqlar məcburi hospitali- zasiya olunurlar. 
Qızılcanın  profilaktikası  kompleks  tədbirlərin  aparılmasından  ibarətdir.  Uşaq 
müəssisələrində qızılcanın yayılmasının qarşısının alınmasında mühüm tədbir erkən 
diaqnostika  və  xəstənin  vaxtında  təcrid  olunmasıdır.  Xəstə  haqqında  GEM-ə 
vaxtında xəbər verilməsi böyük əhəmiyyət daşıyır. Qızılca xəstəsi ilə təmasda olan 
uşaqlar  uşaq  müəsissələrinə  (yasli,  uşaq  bağçaları  və  2-  ci  sinif  məktəbliləri) 
təmasdan etibarən 17 gün ərzində buraxılmırlar. 
Profilaktik  məqsədlə  qamma-qlobulin  alan  uşaqlar  üçün  təcrid  müddəti  21 
günə  qədər  uzadılır.  Tomasın  başlanğıcının  ilk  7  günü  ərzində  xəstə  uşaq 
müəssisələrinə  gedə  bilər,  çünki  qızılca  zamanı  inkubasiya  dövrü  7  gündən  qısa 
deyildir. Passiv profilaktika məqsədilə insan qanından hazırlanmış qamma-qlobulin 
tətbiq edilir. Xəstə ilə təmasda olan, 3 aydan 4 yaşa qədər, qızılca ilə xəstələnməmiş 
və  əksgöstərişləri  olduğu  üçün  peyvənd  almamış  uşaqlr  qamma-  qlobulinlə 
profilaktikaya  məruz  qalırlar.  Qızılca  ilə  xəstələnməmiş  4  yaşdan  yuxan  uşaqlara 
xəstə ilə təmas zamanı qamma-qlobulin yalnız tibbi göstərişlərə əsasən yeridilir. 
Aktiv  immunizasiya.  Diri  qızılca  vaksini  ilə  vaksinasiya  qızılcanın  aktiv 
profilktikasının  ən  perspektiv  metodu  sayılır.  Həssas  uşaqlara  bu  vaksinin 
yeridilməsi  cavab  immunoloji  reaksiya  ilə  müşayiət  olunur  ki,  bu  da  95-98% 
peyvənd  olunmuşlarda  qızılcaya  qarşı  spesiifk  əkscisimlərin  yaranması  ilə  təzahür 
edir.  Əkscismlərin  toplanması  vaksin  yeridildikdən  7-15  gün  sonra  başlanır. 
Əkscisimlərin ən yüksək səviyyəsinin 1-2 aydan sonra müşahidə olunur. 4-6 aydan 
sonra əkscisimlərin fitri azalmağa başlayır, ancaq əkscisimlərin qoruyucu fitri 8-10 il 
və  daha  çox  qalır.  Lakin  aktiv  immunizasiya  nəticəsində  yarnmış  immuntetin 
müddəti  tam  müəyyən  olunmamışdır.  Diri  qızılca  vaksinin  yeridilməsinə  cavab 
olaraq  6-cı  gündən  18-ci  günə  qədər  vaksinal  prosesin  klinik  əlamətləri  baş  verə 
bilər  ki,  bu  da  temperaturun  artması,  konyunktivit,  kataıal  əlamətlərin,  bəzən  isə 
səpkinin  əmələ  gəlməsi  şəklində  özünü  göstərir.  Vaksinal  reaksiya  adətən  2-3 
gündən  artıq  çəkmir.  Vaksinal  reaksiyaları  olan  uşaqlar  ətrafdakılar  üçün 
epiedmioloji  təhlükə  təşkil  etmirlər.  Qızılcaya  qarşı  diri  vaksinlə  peyvəndlər  12 
aylığında aparılır. Vaksin bir dəfə 0,5 ml dozada dəri altına yeridilir. 
Yüksək epidemioloji effekt immun uşaqların  (xəstəliyi keçirmiş və peyvənd 
olunmuş) xüsusi çəkisi 90-95%-o çatdıqda mümkündür. 
132 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə