Qızılca xəstəsi ilə təmas qızılca vaksininin yeridilməsinə əksgöstəriş deyildir.
Qızılcaya qarşı aktiv immunizasiysının hər yerdə (kütləvi) aparılması bu
infeksiya ilə xəstələnmənin əhali arasında, xüsuilə də məktəbəqədər və məktəb yaşlı
uşaqlar arasında kəskin azalmasına səbəb olmuşdur.
QRİP
Qrip (
Influenza) - kəskin virus xəstəliyi olub, yüksək intoksikasiya, yuxarı
tənəffüs yollarının zədələnməsi simptomları və ikincili bakterial flora ilə şərtlənən
ağırlaşam alara meylliliyi ilə səciyyələnir. __
Qrip xəstəliyinin
törədicisi RNT-tərkibli virus, Orthmyxoviride ailəsindən,
İnfluenzavirus cinsindən olan virusdur. O, ilk dəfə 1933- cü ildə aşkar edilmişdir.
Belə ki, 1933-ci ildə Smit, Leydou, Endrüs qrip virusunu insandan ayird etmişlər.
Sonralar bu virus A tipinə aid olunmuşdur. 1940-ci ildə Frensis, Medcil qrip
virusunun
B tipini, 1949-ci ildə isə Teylor qrip virusunun C tipini aşkar etmişdir.
Qrip virusları xarici mühitdə az davamlıdır. Onlar aşağı mənfi temperatura
yaxşı dözür və qızdırılma və qaynadılma zamanı tezliklə məhv olurlar. Qrip
viruslarının ultrabənövşəyi şüalarla və adi dezinfeksiyaedici maddələrin təsirinə qarşı
yüksək dərəcədə həssas olduğu qeyd edilir.
Qeyd edildiyi kimi, virusun 3 tipi ayird olunur: A, B və C. Onlar öz aralarında
bir-birinə oxşayırlar, lakin antigen tərkibinə görə fərqlənirlər. Virusun 3 tipindən A
tipi daha dəyişkəndir, o, fasiləsiz, bəzən isə çox kəskin olaraq öz antigen tərkibini
dəyişir. Qrip virusunun dəyişkənliyi səthi antigenlərin əvəz olunması ilə təzahür edir.
Virusun səthi antigenlərinə hemaqqlütinin (H) və neyrami- nadaza (N) aiddir ki,
onların da əsasında A qripinin yarımtiplərini ayırmışlar, məsələn, HİNİ, H3N2. A tip
virusu səthi antigenlərin xeyli dərəcədə dəyişkənliyinə malikdir. O, ya antigen
«dreyfi» (yəni ştamların əmələ gəlməsi), ya da antigen «şifti» (A qripi virusunun
yeni yanmtiplərinin əmələ gəlməsi) şəklində təzahür olur. Hemaqqlütinin və
neyraminidaza bir-birindən asılı olmayaraq dəyişirlər, daha çox isə hemaqqlütinin
dəyişir.
133
downloaded from KitabYurdu.org