Peyvənd olunmamış 1-3 yaşlı uşaqlarda qırtlağın birincili difteriyası - inağ
rast gəlir. Qırtlağın iltihabı müxtəlif dərəcədə öskürmə hallarına, stenoza, nəhayət
asfiksiyaya gətirib çıxarır. Bu isə asfıksiya zamanı təcili cəırahi müdaxilə tələb edir
(traxeotomiya, intubasiya).
Difteriya xəstəliyində - daha çox toksik formalarda ağırlaşmalar sinir
sisteminin zədələnməsi (yumşaq damağın iflici, ətrafların poliradikulonefriti), ncfroz,
miokarditlər şəklində özünü birüzə verir. Müasir dövrdə daha çox əsnəyin difteriyası,
sonra burun difteriyası və onların kombinasiyaları rast gəlir. Toksik difteriya halları
da qeydə alınır, lakin klassik formalardan fərqli olaraq, onlar daha yüngül keçir və
xəstəliyin atipik, abortiv foormaları müşahidə edilir. Difteriya xəstəliyində proqnoz
vaxtında aparılan diaqnostikadan və antitoksik zərdabın yeridilməsindən, inağ
zamanı - intubasiya, traxeotomiyanın edilməsindən asılıdır.
Müalicə. Antitoksik zərdabın yeridilmə dozası xəstəliyin lokalizasiyasından,
gedişindən və ağırlaşmasından asılı olaraq yeridilir: 1 kurs müalicədə 10-50 mindən
200-250 min AV-ə qədər (2- 4 gün). Eyni vaxtda antibiotiklər (tetrasiklin,
eritromitsin), vitaminlər, qlükortikoidlər, intoksikasiyanı azaldan dərmanlar verilir,
difteriya çöplərinin toksigen şlamlarmm gəzdirənləri 7 gün ərzində vitaminlər və
antibiotiklərlə müalicə olunurlar.
Laborator diaqnostikası. Xəstəliyin bakteıioloji diaqnostikası üçün əsnək,
badamcıqlar, buıun-udlaqdan, ekstrabukal formalarda isə qulaq, dəri, bəzən tonasül
orqanlarından götürülmüş material (selik, ərp) müayinədən keçirilir. Müayinə
matcrailı yeməkdən əvvəl götürülür (selik və ərpin alınması acqarına aparılır).
Laborator müayinə xəstəliyin birinci günündən etibarən həyata keçirilir, xəstəliyin
bütün dövrləri ərzində, həmçinin rekonvalessensiya dövründə evə yazıldıqdan əvvəl
apırılır. Patoloji material müvafiq qidalı mühitlərə (qanlı aqar, telluritli kalium ilə
Klauberq II mühitinə) əkilir. Difteriya mikrobu adi qidalı mühitlərdə pis becərilir.
Onların becərilməsi üçün qan və zərdab olan qidalı mühitlər lazımdır. Bakterioloji
müayinənin ilkin cavabı 24 saatdan, son cavabı 48 saatdan sonra alınır. Material
dairəvi hərəkətlərlə, steril tamponla ərpin və sağlam selikli qişanın sərhəddindən
götürülür.
Seroloji müayinə. Ayrı-ayrı şəxslərdə və ya kollektivlərdə antitoksik
immunitetin səviyyəsini aşkar etmək üçün Şik sınağından istifadə olunur. Dəri
içərisinə yeridilmiş
standart difteriya toksini
144
downloaded from KitabYurdu.org