Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə48/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   117

dermatonekrotik  reaksiya  verdikdə,  Şik  sınağı  «+»  qiymətləndirilir.  Immun 
şəxslərdə  Şik  sınqağı  «-»  olur.  Bu  onunla  izah  edilir  ki,  1  ml  qanda  0,03  AV 
antitoksin vardır və nəticədə dəri içərisinə yeridilən yerdə toksin neytrallaşdırılır. 
Qan  zərdabında  antitoksinlərin  səviyyəsini  daha  dəqiq  müəyyən  etmək 
məqsədilə difteriya anatoksini ilə sensibilizasiya olunmuş erilrositar diaqnostikumla 
qeyri-düz hemaqqlütinasiya reaksiyası (QDHAR) qoyulur. 
Profilaktik və əksepidemik tədbirlər.  Difteıiya ilə mübarizədə vaksinasiya 
əsas tədbir sayılır. Difteriyaya qarşı vaksinasiyanın epidemioloji effektivliyi peyvənd 
preparatlarının keyfiyyəti, həmçinin həssas əhalinin bu infeksiyaya qarşı peyvəndlə 
əhatə olunma dərəcəsindən asılıdır. 
ÜST  tərəfindən  qəbul  olunmuş  genişləndirilmiş  immunizasiya  proqramında 
qeyd  olunur  ki,  immunlaşmanın  yüksək  effektivliyi  yalnız  uşaqların  95%-i 
peyvəndlərlə tam əhatə olunduqda təmin edilir. Difteriyaya görə peyvənd olunmamış 
uşaqların sayını azalmaq üçün tibbi əks-göstərişlərin siyahısını minimuma endirmək 
lazımdır. 
Difteriyaya  görə  peyvəndlər  hazırda  2,  3,  4,  18  aylığında  AGDT,  6  yaşında 
isə ADT polivaksini ilə aparılır. 
Xəstəliyin  yayılmasının  qarşısının  alınması  üçün  aşağıdakı  tədbirlər  həyata 
keçirilir:  a)  xəstələrin  və  toksigen  korinebak-  teriyaların  gəzdirənlərin  erkən  aşkar 
olunması,  təcridi  və  müalicəsi;  b)  spesifik  profilaktikanın  aparılması.  Xəstə 
izolyasiya olunduqdan sonra yataq ləvazimatı, oyuncaqlar, paltarlar zərərsizləşdirilir. 
Ocaqda son  dezinfeksiya aparılır.  Bu  zaman  əşyaların  dezinfeksiyası kamera üsulu 
ilə  (buxar,  buxaı-formalin),  kimyəvi  maddələrlə  (l-2%-  li  xloramin  məhlulu)  və  ya 
qaynatmaqla aparılır. 
Xəstə  və  törədicigəzdirənlər  hospitahzə  olunduqdan  sonra  ocaq  üzərində  7 
gün ərzində tibbi müşahidə qoyulur. Xəstə ilə təmasda olanların hamısında burun və 
udlaqdan  götürülmüş  seliyin  bakterioloji  müayinəsi  aparılır.  Difteriyanın  hər  bir 
ocağında mütləq əhalinin immunitetinin vəziyyəti öyrənilir. Xəstələrin evə yazılması 
klinik  sağalma  baş  verdikdən  sonra,  3  dəfə  aparılmış  müayinələrin  nəticələrinin 
alınmasından sonra icazə verilir. Müayinələr antibiotiklərin qəbulu dayandırıldıqdan 
sonra  aparılır.  Rckonvalessentlər  6  ay  ərzində  müşahidə  altında  saxlanır. 
Dispanserləşdirmə  sahə  həkimi  və  yoluxucu  xəstəliklər  kabinetinin  həkimi 
tərəfindən yaşayış yerinin poliklinikasında həyata keçirilir. 
145 
downloaded from KitabYurdu.org


GÖYÖSKÜRƏK 
Göyöskürək bakteriyalar tərəfindən törənən kəskin yoluxucu xəstəlikdir, hava-
damcı yolu ilə yayılır, dövrü gedişə malikdir. Xəstəlikdə tutmalarla öskürək səciyyəvi 
əlamət sayılır. Xəstəlik zamanı tənəffüs, sinir və qan-damar sistemləri zədələnmiş olur. 
Yayılması.  Göyöskürək  dünyanın  bütün  ölkələrində  qeyd  edilir.  Geniş 
profilaktika tədbirləri həyata keçirildiyindən müasir dövrdə xəstəlik nisbətən az təsadüf 
edir və klinik gedişi yüngül olur və adətən sağalma ilə nəticələnir. 
Etiologiyası. Göyöskürəyin törədicisi göyöskürək çöpləri - Bordotella pertussis 
-dır. Müasir təsnifata əsasən Bordotella cinsinə və Brucellacea ailəsinə aiddir. O, uclan 
girdə,  qısa,  oval  şəkilli,  uzunluğu  0,2-0,5  mkm,  qalınlığı  isə  0,2-0,6  mkm  arasında 
tərəddüd  edən  Qram-  mənfı,  hərəkətsiz,  sporsuz,  zəif  kapsullu,  uclan  nisbətən  tünd 
rənglənən  çöpşəkilli  mikroblardır.  Romanovski-Gimza  usulu  ilə  rəngləndikdə  kapsul 
aydın  görünür.  Adi  qidalı  mühidə  bitmir.  Onu  becərmək  üçün  çox  vaxt  Borde-Janqu 
qidalı  mühitindən  (qanlı-qliserinli-kartoflu  aqar)  istifadə  edilir,  orada  mirvari 
dənəciyini, yaxud civə damcılannı xatırladan koloniya əmələ gətirir. Bundan başqa, o, 
südlü  və  kazeinli-kömürlü  aqarda  da  becərilir.  Koloniyası  kiçik  olub  bozumtul  krem 
rənginə  çalır.  Çöplər  xarici  mühit  amillərinin  təsirinə  qarşı  davamsızdırlar.  56°C 
hərarətdə 10-15 dəqiqədən, günəş şüalarının təsirindən isə 1 saatdan sonra məhv olurlar. 
Qurumuş  bəlğəmdə  bir  neçə  saat  qala  bilərlər.  Yüksək  hərarət  və  dezinfeksiyaedici 
maddələrə qarşı çox həssasdır, aerobdur, 36°-37°C hərarətdə yaxşı bitir. 
Göyöskürək  çöplərinin  tərkibində  aqlutinogen,  toksin  və  hemaqlutinin  var. 
Göyöskürək  çöplərindən  iki  cür  toksin  alınmışdır:  termolabil-bu  56°C  hərarətdə  30 
dəqiqə  ərzində  parçalanır:  termostabil  -  bu  isə  100°C  hərarətdə  5  saat  müdətində  belə 
toksigenliyini itirmir. 
Patogenez  və  klinikası.  Göyöskürək  çöpləri  hava-damcı  yoluxma  yolu  ilə 
tənəffüs orqanlarına daxil olduqdan sonra onun selikli qişasında inkişaf edərək özündən 
toksin ifraz edir. Göyöskürək toksini ilk növbədə tənəffüs, sinir və qan-damar sisteminə 
təsir  edərək  bronxlann,  tənəffüs  əzələlərinin  spazmına,  periferik  dəri  damarlarının 
tonusunun  artmasına  səbəb  olur.  Bunlar  tənəffüs  pozulmasına  və  orqanizmdə  allergik 
vəziyyətin yaranmasına səbəb olur. 
146 
downloaded from KitabYurdu.org


Peyvənd  olunmamış  uşaqlarda  göyöskürək  xəstəliyi  tədricən  inkişaf  edir, 
yüksək  inkişaf  dövrünə  2-3-cü  həftədə  çatır.  Xəstəliyin  gedişi  dövrü  davam  edir, 
onu 4 dövrə ayırmaq olar: 
1.
 
Inkubasiya  dövrü  orta  hesabla  5-8,  bəzi  hallarda  isə  14-18  gün  çəkir. 
Həyatının  ilk  aylarında  göyöskürəklə  xəstələnən  uşaqlarda  bu  dövr  2-3  günə  kimi 
qısalır. Bu dövrdə xəstənin heç bir şikayəti olmur. 
2.
 
Kataral dövr  - bu dövr 12-15 gün  çəkir (südəmər uşaqlarda 3-5 gün); bu 
zaman xəstələrdə öskürmə, bəzən zökəm, hərarətin bir qədər yüksəlməsi (axşam və 
gecə vaxtı) qeyd edilir. 
3.
 
Spazmatik öskürək dövrü. Bu dövrdə xəstədə öskürək tutmaları başlayır, 
əvvəl gündə 5-6 dəfə, sonralar isə bunların sayı 50-60 dəfəyə çatır, bu vəziyyət 3-4 
həftə  çəkir.  Öskürək  zamanı  xəstənin  başına  qan  toplanması,  gözündən  yaş  axma, 
qusma, bəzən özündən asılı olmayaraq sidik və nəcis ifrazı qeyd edilir. Xəstələrin 
sklerasına qansızma və dilinin altında yaralar əmələ gəlir. Şiddətli öskürək tutmaları 
nəticəsində  uşaqların  sifəti  və  bədənləri  bir  qədər  şişib  göyərir.  Elə  buna  görə  də 
xəstəliyə  göyöskürək  adı  verilmişdir.  Xəstəlik  ağır  keçən  hallarda  asfıksiya 
(boğulma) nəticəsində tənəffüs dayanır və ölüm baş verir. 
4.
 
Xəstəliyin  sönmə  dövrü.  Bu  dövr  1-3  həftə  çəkir.  Bu  dövrdə  öskürək 
tutma əlamətini itirir, öskürək zamanı qusma kəsilir, xəstənin iştahası artır, ümumi 
vəziyyəti yaxşılaşır. 
Keçirilmiş  xəstəlikdən  sonra  xəstədə  möhkəm  və  uzun  müddətli  immunitet 
yaranır.  Xəstəliyin  klassik  forması  ilə  yanaşı,  çox  vaxt  onun  yüngül  keçən  səthi 
formaları da qeyd edilir. Buna çox vaxt profilaktik peyvənd almış uşaqlarda təsadüf 
edilir.  Xəstəlik  keçirmiş  uşaqların  qamnda  aqlutinin,  presipitin  və  komplementləri 
birləşdirən əkscisimlər yaranır.. 
İnfeksiya  mənbəyi.  Göyöskürəkdə  infeksiya  mənbəyi  xəstə  insandır.  Xəstə 
klinik əlamətlər başlanan vaxtdan (bəzən inkubasiya dövrünün axırıncı iki günündən 
başlayaraq)  yoluxucudur.  Yoluxma  təhlükəsinin  səviyyəsi  xəstəliyin  dövrlərindən 
asılıdır.  Xəstəliyin  başlanğıcında  kliniki  əlamətlər  başqa  mənşəli  yuxarı  tənəffüs 
yollarının  iltihabı,  bronxit  və  traxeitlərə  oxşadığından  göyöskürək  diaqnozunun 
qoyulması çətinlik törədir. 
Bununla yanaşı, xəstəliyin kataral dövründə xəstələrin 70-100%-də laborator 
yolla  törədicini  aşkar  etmək  olur.  Tutma  ilə  baş  verən  öskürək  başlanan  andan  2 
həftəyə qədər müddətdə xəstələr çox yoluxucudurlar. Bu dövrdə 60-70% xəstələrdə 
törədicini əldə etmək mümkündür. 
147 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə