hallarda klinik xüsusiyyətləri ilə yanaşı,dərmanların tətbiqi ilə birbaşa bağlı və ya
zərdabın ycridilmiəsi ilə əlaqədar səpkinin əmələ gəlməsi haqqında epidemioloji və
anamnestik məlumatları nəzərə almaq vacibdir.
Diaqnostikada həmçinin məxmərək zamanı qanm səciyyəvi dəiyşiklikləri də
kömək edir.
Müalicəsi. Səpki dövründə yataq rejimi tövsiyə olunur; hər hansı dərman
vasitələrinin tətbiqinə ehtiyac yoxdur.
Profilaktika. Xəstələri cv şəraitində səpki anından 5 gün ərzində izolyasiya
edirlər. Dezinfeksiya aparılmır. Məxmərəkli xəstə ilə təmasda olan uşaqlar
digərlərindən ayrılmır. Məxmərəklə xəstələnməmiş və hamiləliyin birinci aylarında
xəstə ilə təmasda olan hamilə qadınlarda hamiləlyin pozulması məsələsini həll
etmək lazımdır. Profilaktik məqsədlə qamma-qlobulinin hamilə qadına
yeridilməsinin effektivliyi təsdiq edilməmişdir. Qanda leykopeniya, nisbi limfositoz
və plazmatik hüceyrələrin əmələ gəlməsi (10-30 %-ə qədər) müşahidə olunur,
bəzən monositlərin sayı artır. Bəzən məxmərək silinmiş və simptomsuz keçir.
Məxmərəyin gedişi və nəticəsi yaxşıdır. Ağırlaşmalar, o cümlədən ensefalit,
cnsefalomielit oldcuqca nadir hallarda baş verir. Böyüklərdə məxmərək daha
yüksək temperaturla, güclü baş ağrısı, əzələlərdə ağrılr, limfa düyünlərinin kəskin
böyüməsi ilə müşayiət olunur.
EPIDEMIK PAROTIT
Epidemik parotit (svinka, mumps) - kəskin yoluxucu xəstəlikdir, əsasən
qulaqətrafı tüpürcək vəzilərinin zədələnməsi, eləcə də digər üzvlərin patoloji
prosesə cəlb edilməsi ilə səciyyələnir. Təbii şəraitdə ancaq insanlar epidemik
parotitlə xəstələnirlər. Heyvanların süni yoluxdurulması nəticəsində, xəstəliyi
meymunlarda törətmək mümkün olmuşdur.
Etiologiyası. Epidemik parotitin virus təbiətli olması ilk dəfə olaraq
Yohnson və Goodpasture tərəfindən sübut edilmişdir. Müəlliflər meymunun
qulaqətrafı vəzinə epidemik parotitlə xəstənin tüpürcəyini yeridərək onlarda parotit
yoluxucu xəstəliyini müşahidə etmişlər. Epidemik parotit virusu (VEP, nuımps
virus) paramikso virus ailəsinə, paramiksovirus cinsinə aid RNT-genomlu
viruslardır. Virusun nukleokapsidi 150-180 nm diametrdədir, xarici lipoproteyin
qişası ilə örtülmüşdür, orada hemaqqlutinin, neyraminidaza, lesitsinaza və onları
154
downloaded from KitabYurdu.org
təyin etmək üçün fermentlər yerləşmişdir. Antigen quruluşu sabitdir, genetik
rekombinasiyalar aşkar edilməmişdir. Müxtəlif yerlərdə əldə edilən ştamlar arasında
fərq tapılmamışdır.
Parotit virusu 60°C-yə qədər qızdırıldıqda 20 dəqiqədən sonra, 70°C-də 10
dəqiqədən sonra, ultrabənövşəyi şüaların təsirindən bir neçə dəqiqə ərzində məhv
olurlar. Virus efirə, xloroforma, formalinə, göy metilenə həssasdır; D aktinomitsinə
davamlıdır. Toyuq embrionlan parotit virusuna çox həssasdırlar.
Patogenez və klinikası. Epidemik parotitin törədiciləri yoluxmuş tüpürcəklə
hava damcısı vasitəsilə ağız və tənəffüs yollarına daxil olur. Ağızdan virus tüpürcək
vəzilərinə, sonra isə qan dövranına daxil olur və cinsiyyət, mədəaltı vəzlərin və beyin
qişalarının spesifik zədələnməsinə səbəb olur.
Epidemik parotitdə inkubasiya dövrü 3 gündən 30 günə qədərdir (orta hesabla
15-20 gün). Xəstəlik yüngül nasazlıq, əzginlik, iştahanın azalması ilə başlanır. 1-2
gündən sonra çeynəmə zamanı ağn hissiyatı, ağızda quruluq və qulaqyanı vəzlərdən
birinin şişməsi qeyd edilir. Şiş tədricən böyüyərək xəstəliyin 5-6-cı gününə kimi tam
inkişafına çatır. Daha 2-5 gün keçəndən sonra 37-42% xəstələrdə ikinci qulaqyanı
vəzi də böyüməyə başlayır. Bəzən bu prosesə çənəaltı və dilaltı vəzilər qoşulur.
Adətən hərarət yüksək olmur, xəstəliyin 5-7-ci günündə normaya enir. Parotitin
bəzən atipik gedişi də müşahidə edilir. Böyük oğlan uşaqları və kişilərin 20%-də
xayaların iltihabı qeyd olunur. Az-az hallarda qadınların cinsiyyət və mədəaltı
vəziləri zədələnir. Parotitli xəstələrin 1/3-də xəstəlik gizli şəkildə gedir. Xəstəliyin
proqonozu yaxşıdır, demək olar ki, ölüm qeyd edilmir.
Xəstəliyi keçirdikdən sonra xəstələrdə davamlı immunitet yaranır. Təkrar
yoluxma çox az hallarda (1,5-3% hallarda) baş verir. Xəstəliyi keçirənlərdə parotit
allergeninə qarşı yüksək həssaslıq əmələ gəlir, buna əsaslanaraq dəri-allergik sınağı
təklif edilmişdir. Onun vasitəsilə əhali arasında parotit xəstəliyinə qarşı immun
təbəqənin səviyyəsi öyrənilir.
Yoluxma mexanizmi. Epidemik parotit xəstəliyində yoluxma hava-damcı
yolu ilə həyata keçir. Xəstəliyin törədicisi ətraf mühitə tüpürcək damcıları vasitəsilə
xaric edilir, oradan isə ağzın selikli qişasına daxil olur. Digər hava-damcı yoluxucu
xəstəliklərindən fərqli olaraq, törədici yuxan tənəffüs yollannda deyil, tüpürcək
vəzilərində yerləşir. Bu xəstəlikdə kataral əlamətlər qeyd edilmir, virus tüpürcəklə
ifraz olunur. Xəstəlik zamanı tüpürcək ifrazı azalır, o, qatılaşır və törədicinin xaric
olunması zəifləyir.
155
downloaded from KitabYurdu.org
Bəzi tədqiqatçılar qeyd edirlər ki, uşaq müəssisəsində parotit xəstəliyi daha
sürətlə yayılır. Digər qrup tədqiqatçıların fikrincə uzun sürən gizli və əlamətsiz
gedən xəstəliyin olması parotitin epidemik alovlanmasının qızılca və başqa kəskin
tənəffüs infeksiyalanna nisbətən “süst” və uzun sürməsi, aşağı kontagiozluğu və
zəif yayılması ilə səciyyələnir.
İnfeksiya mənbəyi. Epidemioloji və eksperimental tədqiqatlar nəticəsində
sübut edilmişdir ki, parotit xəstəliyində törədicinin mənbəyi xəstəliyi kəskin, gizli
və əlamətsiz keçirən şəxslərdir. Mütəşəkkil uşaq müəssisələrində gizli və əlamətsiz
keçən xəstəlik növləri epidemioloji cəhətdən təhlükəlidir. Xəstəliyin əlamətsiz
keçməsi seroloji üsullarla müəyyən edilir, müayinə olunanların 13,3%-dən 30-
70%-də
əkscisimlərin titrlərinin artması qeyd edilir. Virusun xaricə ifraz olunması
inkubasiya dövründə və xəstəliyin başlanğıcının 5-8 günündə baş verir.
Epidemioloji xüsusiyyətləri. Epidemik parotit hər yerdə yayılmışdır.
Ərazidə əhalinin müxtəlif qrupları arasında və zaman daxilində qeyri-bərabər
yayılmışdır. Peyvəndin aparıldığı dövrdən əvvəl xəstəliyin səviyyəsi ilə əhalinin
sıxlığı arasında dəqiq əlaqə izlənirdi. Xəstəlik şəhərlərdə kənd yerlərinə nisbətən
2,3-4,0 dəfə çox qeyd edilirdi.
Ayrı-ayrı illərdə baş vermiş xəstəliyin səviyyəsi də eyni deyildir. Xəstəliyin
enməsi dövründə həm şəhərdə, həm də kənddə elə dövrlər olur ki, 1-3 ay
müddətində xəstəlik ümumiyyətlə baş vermir. Belə fasilədən sonra xəstəliyin baş
verməsini və səviyyəsinin yüksəlməsini, bir qayda olaraq, törədicinin xaricdən
gətirilməsilə əlaqədar olaraq müəyyən etmək mümkün deyildir. Epidemik prosesin
inkişafını və dayanmasını ancaq kütləvi immunitetin həyata keçirilməsi ilə əldə
etmək olar. Xəstələnmənin səviyyəsinin qalxması dövrünün sonunda, infeksiya
mənbəyinin artdığı vaxtda hələ kifayət qədər həssas şəxslər qalır. Baş verən
xəstələnmənin səviyyəsinin enməsini törədicinin virulentliyinin azalması ilə
əlaqələndirmək tələb olunur. Buna oxşar xəstəliyin növbəti artması üçün ancaq
immuniteti olmayanların lazımi sayda toplanması və xəstəliyi törətmək
qabiliyyətinə malik törədicinin olması vacibdir.
Epidemik parotit xəstəliyi ciddi fəsliliyə malikdir. Avropa, Asiya və Şimali
Amerikada xəstəlik ən çox yaz aylarında, ən az isə payız aylarında aşkar edilir.
Mərkəzi Amerika ölkələrində (Meksika, Venesuela, Boliviya) fəsli dəyişiklik qeyd
edilmir. Argentina və Uruqvayda xəstələnmənin səviyyəsinin qalxması payız
aylarında və qışın
156
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |